İspaniyanın "Real Madrid" futbol komandası mövsümöncəsi hazırlıq çərçivəsində İtaliyanın "Fiorentina" klubu ilə qarşılaşacaq.
İdman.Biz xəbər verir ki, yoxlama oyununun avqustun 1-də Avstriyanın Klaqenfurt şəhərində keçirilməsi planlaşdırılır.
Matç Bakı vaxtı ilə saat 20:00-da başlayacaq. Qarşılaşma Joze Mourinyonun rəhbərliyi altında yeni mövsümə hazırlaşan "Real Madrid" üçün əsas sınaqlardan biri olacaq.
Madrid təmsilçisi mövsümöncəsi hazırlığa iyulun 13-də "Valdebebas" bazasında başlayacaq. DÇ-2026-da iştirak edən bəzi futbolçuların komandaya daha gec qoşulacağı gözlənilir.