top
Rauf Hüseynli Kəpəzdə rekordu təkrarladı: 4 dəqiqəyə dubl - VİDEO Idman.biz
05 may 2026, 11:40
- ↺ +

Rauf Hüseynli "Kəpəz"də rekordu təkrarladı: 4 dəqiqəyə dubl - VİDEO

Misli Premyer Liqasının 30-cu turu "Kəpəz"in futbolçusu Rauf Hüseynlinin 4 dəqiqəyə iki qol vurması ilə əlamətdar olub.

İdman.Biz Peşəkar Futbol Liqasının rəsmi saytına istinadən xəbər verir ki, "Sumqayıt"la ev oyununda (2:1) fərqlənən futbolçu mövsümün rekordunu təkrarlayıb.

86-cı və 89-cu dəqiqələrdə qol sevinci yaşayan oyunçuya qədər yalnız Leandro Andrade matçın bir hissəsində belə qısa müddətdə dubl müəllifi olub. "Qarabağ"ın portuqaliyalı yarımmüdafiəçisi "Araz-Naxçıvan"la martın 8-də keçirilən qarşılaşmada (6:0) 33-cü və 36-cı dəqiqələrdəki qolları ilə dublunu rəsmiləşdirib.

Leandrodan fərqli olaraq Hüseynli hər iki qolu penaltidən vurub. O, cari mövsümdə bir matçda 2 dəfə 11 metrlik nöqtədən dəqiq olan 4-cü futbolçudur. Onadək Aleksandr Ramalinqom ("Sumqayıt") və Coy Lens Mikels ("Sabah") penaltilərlə dubl edib, Toral Bayramov ("Qarabağ") het-trik etdiyi qarşılaşmada iki dəfə "ağ nöqtə"dən fərqlənib.

Raufa qədər Ramalinqom daha qısa müddətdə - 12 dəqiqədə iki penalti zərbəsini qola çevirmişdi. O, "Karvan-Yevlax"la ötən il oktyabrın 18-də keçirilən matçın (4:1) 54-cü və 65-ci dəqiqələrində fərqlənib.

Birev — ev elanları, mənzil, həyət evi, torpaq, ofis | Daşınmaz əmlak platforması
Qarabağ FK

Son xəbərlər

Futbol
Bu gün, 14:20

“Real”da yeni müqavilə hazırlığı

Futbol
Bu gün, 14:18

“Soyadım yazılmış “Levski” forması mənim üçün sürpriz oldu” - Boris Xetaqurovun İDMAN.BİZ-Ə MÜSAHİBƏSİ - FOTO

Futbol
Bu gün, 14:14

1-ci liqada həftənin hakimləri məlum oldu

Futbol
Bu gün, 14:10

Vəli Qasımov: Yamalın gəlməməsi çox pis oldu - MÜSAHİBƏ

Şahmat
Bu gün, 14:07

“Babam çempion olmağımı arzulayırdı, görə bilmədi” - Avropanı fəth edən Nərminlə MÜSAHİBƏ

Digər
Bu gün, 14:07

79 yaşlı idmançı rəqibi olmadan yarışdı

Qarabağ FK
Bu gün, 14:00

Qarabağa səfər, tarixi şəhərdə futbol günü | Xankəndi vloqu - VİDEO

Futbol
Bu gün, 14:00

Vernidub “Neftçi”ni çempion edəcəyini niyə deyə bilmir?

Cüdo
Bu gün, 13:53

UFC reytinqi yeniləndi – Azərbaycan döyüşçülərinin mövqeyi bəlli oldu

Qarabağ FK
Bu gün, 13:48

Mircavadov: “Sabah”ın Barselona qarşı taktikası və planları

Futbol
Bu gün, 13:40

“Barselona” Bakıya səfəri “PlayStation”la keçirdi

Cüdo
Bu gün, 13:37

UFC-nin sabiq çempionu: “Nurməhəmmədovlar həbsxanada qalmalı idilər” - FOTO/VİDEO

Qarabağ FK
Bu gün, 13:33

Makreçkis vəziyyətdən razı deyil: “Hər oyunda qələbə qazanmalıyıq”

Futbol
Bu gün, 13:27

PSJ-yə rədd cavabı verdi – “Benfika”da qalacaq

Futbol
Bu gün, 13:22

“Sabah” - “Barselona” oyununa bilet almamışam” - Samir Abbasovun İDMAN.BİZ-ə AÇIQLAMASI

Futbol
Bu gün, 13:21

Nazim Süleymanov: "Sabah" "Barselona" ilə oyunda sürpriz edə bilər

Futbol
Bu gün, 13:20

"Arsenal" və "Borussiya"nın sabiq futbolçusu Çexiya klubundan ayrıldı

Futbol
Bu gün, 13:01

Mahirin asistləri Polşa Ekstraklasasında ön sırada

Futbol
Bu gün, 13:00

Azərbaycan çempionu iş yerini dəyişdi, operativ qərargah qurdu

Futbol
Bu gün, 13:00

Abdulla Rzayev: “Qapımızda bəzən heç nədən qollar görürük"

Cüdo
Bu gün, 12:52

Tahir Abdullayev: “Çətin olan döyüşmək yox, çəki salmaq idi”

Futbol
Bu gün, 12:51

Qərb derbisinin biletləri satışa çıxarılıb

Futbol
Bu gün, 12:50

PSJ Vinisius Juniorun transferindən imtina etdi

Digər
Bu gün, 12:44

‘Azərlotereya’dan iki yeni ‘Poz-Qazan’ oyunu: Böyük uduş imkanları!

Oxşar xəbərlər