top
Ramal Hüseynov: Qarabağ ÇL-ə yüklənməsi Sabahın çempionluğuna kömək etdi Idman.biz
11 may 2026, 17:59
- ↺ +

Ramal Hüseynov: "Qarabağ" ÇL-ə yüklənməsi "Sabah"ın çempionluğuna kömək etdi

"Qarabağ" bu mövsüm Çempionlar Liqasında oynaması "Sabah"ın çempion olmasına kömək etdi desəm, yəqin ki, yanılmaram. Çünki "Qarabağ" ÇL-də bu qədər irəli gedəcəyini təsəvvür etməmişdilər. Daha çox ÇL-ə yükləmələri, milli çempionatda boşluq vermələrinə gətirib-çıxardı. Amma "Sabah"ın da haqqını yemək istəmirəm. Çünki bu il "Sabah" çox gözəl futbol nümayiş etdirdi".

Bu sözləri "Qarabağ"ın veteran futbolçusu Ramal Hüseynov deyib.

O, Ağdam klubunun bu mövsüm çempion ola bilməməsinin səbəblərindən danışıb.

"Sabah" bu il çempionata yeni nəfəs gətirdi. Uzun illərdən sonra çempionun adı dəyişdi. "Sabah" "Qarabağ"dan üstün futbol oynamaqla çempion oldu. Buun da başlıca səbəbi odur ki, "Qarabağ" gücünü düzgün bölə bilmədi. Həm ÇL, həm də milli çempionat...Göründü ki, onlar üçün çətin oldu. Ən əsas səbəbi də "Qarabağ"ın ehtiyat qüvvəsinin olmaması idi. Çünki məcburiyyətdən "onbirlik" dəyişmirdi. Onu dəyişən kimi xallar itirirdilər. Bu da onu göstərir ki, "Qarabağ" üçün hesablanmamış mövsüm oldu", - deyə o, sportal.az-a açıqlamasında söyləyib.

Hüseynovun fikrincə, "Qarabağ" üçün Avropa Liqası və ya Konfrans Liqası arasında fərq yoxdur, hansı turnirə yollanarsa, uğurlu olacaq:

"Qarabağ" artıq 13 ildir ki, Avropada uğurla çıxış edir. Komanda bu il Çempionlar Liqasında göstərdi ki, istənilən rəqibə qarşı layiqli mübarizə aparmaq mümkündür. "Qarabağ" üçün ciddi problem görmürəm, çünki komandanın kifayət qədər təcrübəsi var. Məncə, "Qarabağ" hansı cəbhədə mübarizə aparsa, orada böyük uğurlar qazanacaq. Bunun əsas səbəbi isə komandanın artıq oturuşmuş sistemə sahib olmasıdır. Diqqət yetirsək görərik ki, kim gəlib-getsə belə, "Qarabağ"ın oyun üslubu dəyişmir. Çünki klub artıq öz futbol fəlsəfəsini və oyun təməlini çox möhkəm qurub. Bu il də "Qarabağ"ın uğurlu çıxış edəcəyinə heç bir şübhəm yoxdur".

Onun sözlərinə görə, yeni mövsüm Azərbaycan Premyer Liqasında çempionluq uğrunda böyük mübarizə gedəcək: "Yeni mövsümdən təkcə "Qarabağ" deyil, "Sabah", "Neftçi", "Zirə" və "Turan Tovuz" da çempionluq uğrunda ciddi mübarizə aparacaq. Məncə, bizi daha maraqlı və rəqabətli bir çempionat gözləyir. "Qarabağ" üçün isə bu mövsüm yaxşı dərs oldu ki, əgər eyni anda həm daxili çempionatda, həm də Avropa turnirlərində mübarizə aparırsansa, hər şeyə hazır olmalısan. Buna görə də düşünürəm ki, "Qarabağ" yeni mövsümdə hər oyuna daha ciddi və məsuliyyətli yanaşacaq".

Birev — ev elanları, mənzil, həyət evi, torpaq, ofis | Daşınmaz əmlak platforması
Qarabağ FK

Son xəbərlər

Futbol
Bu gün, 01:20

Dambrauskas: Sabah 1:4 Barselona - Azarkeşlərin əksəriyyəti 'Barselona' üçün gəlmişdi

Futbol
Bu gün, 01:20

Entoni Qordon 'Sabah'a qarşı iki qol vurdu: Azərbaycan gözəl ölkədir, burada olduğum üçün xoşbəxtəm

Futbol
Bu gün, 01:10

Raxmonaliyev Çempionlar Liqasında ən yaddaqalan oyununun "Slaviya Praqa" qarşısında qələbə olaraq bildirdi

Futbol
Bu gün, 01:10

Sabahın "Barselona"ya 1:4 hesabına məğlubiyyət aldığı Çempionlar Liqası matcına Barcelona azarkeşləri axın edib

Futbol
Bu gün, 01:04

Qabriel Jezus Bakıda ot örtüyü və oyunundan narazı qalıb

Futbol
Bu gün, 00:50

Yuventus

Futbol
Bu gün, 00:48

Sabahın Barselona matçından dərslər: Valdas Dambrauskasın gözlər və boyun ağrısı

Futbol
Bu gün, 00:40

Aleksey İsayev: 'Barselona ilə oyunda maksimum səviyyədə oynadıq, 'Vilyarreal'la da öz futbolumuzu oynayacağıq'

Futbol
Bu gün, 00:35

Flik: "Sabah" Çempionlar Liqasında qəhrəmanca mübarizə apardı, bizim üçün vacib xal qazandırıblar

Futbol
Bu gün, 00:32

Valdas Dambrauskas: "Barselona" o qədər gözəl paslaşırdı ki, sağa-sola baxmaqdan boynum ağrıyırdı;

Futbol
Bu gün, 00:29

Dambrauskas: Barcelona qarşısında oyunçuların çətinliklərini hiss etdim

Qarabağ FK
Bu gün, 00:29

Anthony Gordon Azərbaycan torpaqlarında Çempionlar Liqasının tarixində yeni rekord qırdı

Futbol
Bu gün, 00:25

Hansi Flik: "Sabaha 4:1 qalib gəldik, üç xalı almaq bizim üçün vacib idi"

Futbol
Bu gün, 00:22

Hans Flik: Sabah qəhrəmanca mübarizə apardı, qələbə heç vaxt asan olmamışdır;

Futbol
Bu gün, 00:15

Beşiktaş

Futbol
Bu gün, 00:15

Flik: Sabah bizə çətin anlar yaşatdı, amma səfərdə qələbə heç vaxt asan deyil;

Futbol
Bu gün, 00:13

Hans Flik 'Sabah'ı təriflədi: 'Onlar yaxşı və cəsarətli futbol oynayırlar, bəzi anlarda bizə çətinlik yaratdılar'

Futbol
Dünən, 23:57

Fərid Qayıbov UEFA Çempionlar Liqasında

Futbol
Dünən, 23:54

“Çelsi”nin müdafiəçisi Malo Qusto üç ingilis nəhəng klubunun hədəfində

Futbol
Dünən, 23:46

Entoni Qordon ‘Sabah’–‘Barselona’ matçının ən yaxşı futbolçusu seçildi

Futbol
Dünən, 23:22

Amrabat Afrika çempionluğu qazanmasını Mərakeşdən alınıb olmağını ədalətsizlik adlandırdı

Futbol
Dünən, 23:13

Realın da addım atması lazımdır;

Futbol
Dünən, 23:07

Markos Alonso Xavinin "Barselona"dakinəsas çatışmazlığını açıqladı

Futbol
Dünən, 23:00

Çempionlar Liqasında hakimin sərxoş olması şübhəsi ilə fasilədə əvəzləndi

Oxşar xəbərlər