top
Rahid Əmirquliyev: 6510 manatlıq cərimə I Liqa klubu üçün böyük yükdür Report.az
11 mart 2026, 17:36
- ↺ +

Rahid Əmirquliyev: "6510 manatlıq cərimə I Liqa klubu üçün böyük yükdür"

6510 manatlıq cərimə I Liqa klubu üçün çox böyükdür.

Bunu "Report"a açıqlamasındada "Şahdağ Qusar"ın prezidenti Rahid Əmirquliyev deyib.

O, komandasının AFFA İntizam Komitəsi tərəfindən cəzalandırılmasına münasibət bildirib:

"Belə cərimələr I Liqa klubları üçün böyük məbləğ sayılır. İnanmaq istəmirəm ki, klubumuzun həkimi Müşfiq Hümmətli matçın baş hakimini təhqir və ya təhdid edib. Hətta bu barədə onun özündən soruşdum. Cavab olaraq bildirdi ki, birinci hakim ona nəsə əlavə söz deyib, həkimimiz də cavab verib. Lakin belədir ki, baş hakimin sözünə inanılır və cərimələr tədbiq edilir. Amma biz deyəndə, ona baxılmır. Məşqçi Babək Allahverdiyevə də qırmızı vərəqə göstərildi və onu da cəzalandırdılar. O da mənə bildirdi ki, normal oyun vaxtı etirazını bildirib, bununla belə qarşılığı sərt olub".

Klub rəhbəri bu cür halların klubun imicinə zərbə vurduğunu söyləyib:

"Onsuz da I Liqa klubları üçün ayrılan büdcə bir çox xərclərə yetmir. Bir də belə bir cərimə əlavə yükdür və klubun fəaliyyətini daha da çətinləşdirir. İnanın, biz hər zaman oyunlar zamanı maksimum diqqətli oluruq. Futbolçulara bildirirəm ki, hakimlə əlavə söhbətlər etməyin, qərarlara sakit yanaşın. Çünki artıq hərəkətlər klubun imicinə zərər gətirə bilər".

Rahid Əmirquliyev qərardan apellyasiya şikayəti verməyi düşünmədiklərini deyib:

"Şikayət etsək, gərək sübutlarımız olsun. Lakin günahsız olduğumuzu sübut edə bilmirik".

Qeyd edək ki, "Şahdağ Qusar" klubu AFFA İntizam Komitəsi tərəfindən 6510 manat cərimələnib. Buna XVII turda "Şəfa" ilə oyunda yaşananlar səbəb olub. Qusar təmsilçisi 4 nəfər sarı vərəqə aldığı üçün 210 manat ödəyəcək. Komandanın həkimi Müşfiq Hümmətli hakimi təhqir və təhdid etdiyinə görə birbaşa qırmızı vərəqə aldığı üçün növbəti 4 matça buraxılmayacaq. Klub bu səbəbdən 3000 manat ziyana düşüb.

Hakimi təhqir edən məşqçi Babək Allahverdiyev birbaşa qırmızı vərəqə aldığı üçün eyni cəza ilə üzləşib və "Şahdağ Qusar" daha 3000 manat cərimələnib. Bundan əlavə, klubun icraçı direktoru Mirzə Bayrampul buraxılış akkreditasiyası olmadan Zona 1-ə daxil olub. Bu, I Liqa təmsilçisinə 300 manata başa gəlib.

Birev — ev elanları, mənzil, həyət evi, torpaq, ofis | Daşınmaz əmlak platforması
Qarabağ FK

Son xəbərlər

Digər
Bu gün, 10:28

Fərid Qayıbov Monako'da Avropa Şurasının iclasında çıxış etdi

Formula 1
Bu gün, 10:13

Alan Cons, 1980-ci il Formula-1 dünya çempionu, 80 yaşında vəfat etdi

Qarabağ FK
Bu gün, 10:00

“Neftçi” Braziliya hücumçusunu transfer etdi, “Qarabağ” yenidən Portuqaliya klubuna müraciət edir

Futbol
Bu gün, 09:49

Sabah Kapitanı Stas Pokatilov: UEFA Çempionlar Liqasında Ən Çox Qurtarış Edən İkinci Qapıçıdır

Qarabağ FK
Bu gün, 09:45

Riçard Almeyda Azərbaycana qayıtdı: Emosional paylaşımı ilə həsrətini izah etdi

Digər
Bu gün, 09:40

Kanada Rus millətinin gənclər dünyə çempionatına qatılmamasına qərar verdi

Futbol
Bu gün, 09:38

Yeddinci turun son dörd oyunu bu gün

Voleybol
Bu gün, 09:35

DH Volley Azərbaycan komandası CEV Çelenk Kubokunda növbəti oyununa çıxacaq

Basketbol
Bu gün, 09:31

LANDAU Lionsun məğlubiyyəti sonrası Erhan Toker səbəbləri açıqladı

Basketbol
Bu gün, 09:25

Murad Dikmen: Ev oyunlarını qələbə ilə bitirmək əsas məqsəddir

Futbol
Bu gün, 09:20

Devid Bekhem Manchester United'ı almağa çalışan konsorsiumun rəhbəri ola bilər

Voleybol
Bu gün, 09:13

DH Volley Azərbaycan komandası 1/32 finalında Danimarka ilə qarşılaşacaq

Futbol
Bu gün, 09:00

UEFA Avropa Liqası Dördüncü Turda 17 Oyun, Milan, Yuventus və Beşiktaş İştirak Edir

Qarabağ FK
Bu gün, 09:00

"Qarabağ"dan ayrıldı, 3 ildən sonra Kabo-Verde milli komandası tərəfindən dəvət alıb

Futbol
Bu gün, 08:50

UEFA Konfrans Liqası: Üçüncü turda 18 oyun – Trabzonspor, Ayaks, Monako və digərləri

Futbol
Bu gün, 08:40

Braziliya U‑20 matçında 54 qırmızı vərəqə və hakimin həyatı təhlükədə

Futbol
Bu gün, 08:20

ÇL: Qalatasarayın futbolçusu “həftənin oyunçusu” namizədi

Futbol
Bu gün, 08:06

“Nyukasl” klubunun futbolçuları baş məşqçinin taktik tələblərini anlamırlar

Futbol
Bu gün, 08:00

Kostanayda Tobolun oyunçusuna silahlı hücum

Futbol
Bu gün, 07:14

"Aston Villa" Unai Emery-ə yeni müqavilə təklif edir

Futbol
Bu gün, 06:13

Nikolas Pas Çempionlar Liqasının ən məhsuldar futbolçusu oldu

Futbol
Bu gün, 05:11

Erlinq Holand UEFA Çempionlar Liqasında 62-ci qolunu vurdu, Raulun rekorduna yaxınlaşır

Futbol
Bu gün, 04:12

"Komo" Çempionlar Liqasının səfər oyununda 55 illik rekordunu təkrarladı

Futbol
Bu gün, 02:51

UEFA Çempionlar Liqası 2026/27 dördüncü turda PSJ lider, “Sabah” 31-ci yerdə

Oxşar xəbərlər