Misli Premyer Liqasının XXVII turu davam edir. Sport24.az xəbər verir ki, ikinci oyun günündə daha 2 matç baş tutacaq.
İlk olaraq meydana "Kəpəz" və "Qarabağ"ın futbolçuları çıxacaq. Heç şübhəsiz ki, oyunun favoriti ağdamlılardır. Gəncəlilərin liderdən xal alacağı inandırıcı görünmür. Ancaq Azər Bağırovun yetirmələri təhlükəli zonada qərarlaşdıqlarından sonadək mübarizə aparmaq məcburiyyətindədirlər.
Qeyd edək ki, turun ilk görüşündə "Araz-Naxçıvan" dünən "Şamaxı" ilə "sülh" bağlayıb - 1:1.
Misli Premyer Liqası
III dövrə, XXVII tur
17:00. "Kəpəz" - "Qarabağ" 0:0 (1-ci hissə)
Hakimlər: Fərid Hacıyev, Vüsal Məmmədov, Rəhman İmami, Rəvan Həmzəzadə
VAR: Cavid Cəlilov
AVAR: Akif Əmirəli
Hakim-inspektor: Əmrah İbrahimov
AFFA nümayəndəsi: İlham Əliyev
Tovuz. Şəhər stadionu
"Kəpəz": 1. Rojerio Santos, 2. İlkin Qırtımov (k), 7. Ehtiram Şahverdiyev, 12. Turan Manafov, 5. Rauf Hüseynli, 26. Valdemar Almeyda, 9. Luis Paçu, 29. Dioqo Verdaska, 28. Rati Ardazişvili, 3. Mahamadu Ba, 88. Şevroni Mabatşoev
Ehtiyat oyunçular: 22. Məmməd Hüseynov, 18. Elgün Bayramov, 99. Əli Səmədov, 70. Nicat Süleymanov, 8. Elmir Tağıyev, 6. Nemət Musayev, 21. Camal Cəfərov, 17. Ümid Səmədov, 19. Sadiq Şəfiyev, 78. Yeqor Xvalko, 11. Trent Buhagiar, 10. Karim Lkoça
Baş məşqçi: Azər Bağırov
"Qarabağ": 1. Şahrudin Məhəmmədəliyev (k), 24. Aleksey İsayev, 13. Bəhlul Mustafazadə, 27. Toral Bayramov, 90. Nəriman Axundzadə, 81. Kevin Medina, 66. Patrik Andrade, 9. Kadi Borqes, 2. Mateus Silva, 21. Aleksey Kaşuk, 11. Emmanuel Addai
Ehtiyat oyunçular: 99. Mateus Koxalski, 97. Fabian Buntiç, 55. Bədavi Hüseynov, 29. Marko Veşoviç, 10. Abdullah Zubir, 7. Yassin Benzia, 19. Redon Cica, 15. Leandro Andrade
Baş məşqçi: Qurban Qurbanov