"Mançester Siti" "Real"ın yarımmüdafiəçisi Eduardo Kamavinqa ilə maraqlanmaqda davam edir. Sport24.az xəbər verir ki, fransalı futbolçunun transferində "şəhərlilər"in baş məşqçisi Pep Qvardiola şəxsən maraqlıdır.
"Mançester Siti"nin rəhbərliyi Kamavinqanın transferi üçün "Real"a tutarlı təklif hazırlayır. Madridlilər isə 22 yaşlı oyunçusu ilə ayrılmaq istəmir. Onun bazar dəyəri 80 milyon avro qiymətləndirilir.
Qeyd edək ki, Kamavinqanın "Kral klubu" ilə hazırkı müqaviləsinin müddəti 2029-cu ilin yayında başa çatacaq.