top
“Qızıl top” mükafatının nəticələrini əvvəlcədən təxmin edənlər 200 min dollar qazandı Idman.biz
01 noyabr 2026, 23:32
- ↺ +

“Qızıl top” mükafatının nəticələrini əvvəlcədən təxmin edənlər 200 min dollar qazandı

Futbol dünyasının ən nüfuzlu fərdi mükafatlarından biri olan "Qızıl top"un 2026-cı il üzrə nəticələri ətrafında qalmaqal yaranıb.

İdman.Biz xəbər verir ki, mükafatın qaliblərinin adlarının rəsmi mərasimdən xeyli əvvəl məlum olması və bu məlumatlardan mərc oyunlarında istifadə edilməsi ehtimalı araşdırılır.

Britaniyanın "The Guardian" qəzeti və Fransa mediasının məlumatına görə, Fransada qadağan olunan "Polymarket" kriptovalyuta əsaslı proqnoz platformasında şübhəli maliyyə əməliyyatları aşkarlanıb.

Məlumata əsasən, oktyabrın 1-dən 21-dək 12 anonim hesab vasitəsilə ümumilikdə 264 min dollardan çox mərc edilib. Diqqətçəkən məqam həmin istifadəçilərin yalnız qalibi deyil, ilk beş yeri tutan futbolçuların ardıcıllığını da dəqiq proqnozlaşdırmasıdır.

Mərc edənlər təxminən 200 min dollar xalis gəlir əldə ediblər. Onlara ödənilən ümumi məbləğ isə 460 min dolları keçib.

2026-cı ilin "Qızıl top" səsverməsində ilk beşlik belə olub:

1. Harri Keyn - 1055 xal

2. Kilian Mbappe - 1027 xal

3. Lamin Yamal - 881 xal

4. Rodri - 726 xal

5. Lionel Messi - 612 xal

Şübhələri artıran digər məqam hesabların qeydiyyatdan dərhal sonra yaradılması və böyük məbləğlərin məhz bu hadisəyə yatırılmasıdır.

"Upside" adlı araşdırma layihəsinin məlumatına görə, əməliyyatlardan birinin arxasında dayanan şəxsin müəyyənləşdirilməsi istiqamətində də irəliləyiş əldə olunub.

Fransalı idman şərhçisi Daniel Riolo "Qızıl top"u təqdim edən "France Football" jurnalından və təşkilatçılardan ictimai izahat tələb edib.

Araşdırmaçı jurnalist Romen Molina isə məsələnin böyük media qurumlarında kifayət qədər işıqlandırılmamasına təəccübləndiyini bildirib. Onun fikrincə, daxili məlumat sızması və ya manipulyasiya təsdiqlənərsə, bu, mükafatın nüfuzuna ciddi zərbə vura bilər.

Qeyd edək ki, məlumat sızması hələ sübuta yetirilməyib. Məsələ ilə bağlı daxili araşdırma aparılır, hüquq-mühafizə orqanları da məlumatlandırılıb.

Birev — ev elanları, mənzil, həyət evi, torpaq, ofis | Daşınmaz əmlak platforması
Qarabağ FK

Son xəbərlər

Qarabağ FK
Bu gün, 16:30

Gəncədə anşlaq, “Qarabağ” üçün təhlükə - Vəziyyət daha da pisləşə bilər

Futbol
Bu gün, 16:22

PSJ-yə ağır zərbə: Dezire Due mövsümü erkən başa vurdu

Futbol
Bu gün, 16:05

Son çempion Sumqayıtda niyə laqeyd münasibət gördü? - VİDEO

Qarabağ FK
Bu gün, 15:50

“Kəpəz” – “Qarabağ”: START HEYƏTLƏR

Futbol
Bu gün, 15:48

Çalhanoğlu uğrunda üç nəhəng klubun mübarizəsi, “İnter”də maaş problemi

Futbol
Bu gün, 15:40

"Araz-Naxçıvan" - "Neftçi" - CANLI YAYIM

Futbol
Bu gün, 15:40

Şahin Şahniyarov: Şəfaya qarşı 6 xallıq qələbə qazandığımızı deyə bilərəm, milli komandada daimi yer qazanmaq istəyirəm

Futbol
Bu gün, 15:30

PSJ "Bornmut"un hücumçusunu 95 milyon avroya ala bilər

Futbol
Bu gün, 15:28

Maktominey 2027-ci ildə Mançester Yunaytedə qayıda bilər

Digər
Bu gün, 15:15

17 yaşlı parataekvondoçumuzdan dünya çempionatında ilk qələbə

Futbol
Bu gün, 15:14

Dezire Due çarpaz bağları qoparaq PSJ-də ciddi itki yaşadı

Futbol
Bu gün, 15:07

Musiala Barcelona’ya keçə bilər? 25 milyonluq maaş müzakirəsi

Futbol
Bu gün, 15:00

Əli Qədimov: “Məqsədimiz ilk 6-lıqda yer almaqdır”

Futbol
Bu gün, 14:56

Poçettinodan köməkçilərinə ingilis dili tələbi

Futbol
Bu gün, 14:47

Dünya çempionu canlı yayımda huşunu itirdi - VİDEO

Basketbol
Bu gün, 14:44

Azərbaycanın U-14 basketbol millisi Belqraddakı toplanışı başa vurdu: 1 qələbə, 2 məğlubiyyət

Voleybol
Bu gün, 14:40

Qadın voleybolçulardan ibarət "Turan"ın Çempionlar Liqasındakı ev oyunları Tovuzda keçiriləcək

Futbol
Bu gün, 14:38

“İstəyimizə nail ola bilmədik” – Emin Rüstəmov

Futbol
Bu gün, 14:30

“Barselona” “Sabah”la oyundan əvvəl son matçında çıxır

Digər
Bu gün, 14:30

Mahir Emrelinin komandası “Vidzev”i qəbul edəcək

Futbol
Bu gün, 14:19

“Mançester Yunayted”in kapitanı getməyə hazır olduğunu deyib

Futbol
Bu gün, 14:00

Rövlan Muradov: 'Neftçi' ilə döyüşüb-vuruşaraq xal qazanmağa çalışacağıq'

Futbol
Bu gün, 13:43

Mbappe “Real”ın futbolçularına əsəbiləşdi: “Düşünməyi dayandır!” - VİDEO

Futbol
Bu gün, 13:41

"Neftçi" Şamaxıda zirvəyə yüksələ bilər - Heyətlər

Oxşar xəbərlər