top
Qarabağın məşqçisi Hüseyn Seyidov Qalatasarayda təcrübə keçib Idman.biz
Bu gün, 17:41
- +

"Qarabağ"ın məşqçisi Hüseyn Seyidov "Qalatasaray"da təcrübə keçib

"Qarabağ"ın məşqçisi Hüseyn Seyidov Türkiyənin "Qalatasaray" klubunda təcrübə proqramı keçib.

İdman.Biz xəbər verir ki, bu barədə Ağdam təmsilçisinin mətbuat xidməti məlumat yayıb.

Mütəxəssis klubun saytına açıqlamasında səfərin onun üçün həm peşəkar, həm də şəxsi baxımdan çox önəmli olduğunu deyib: "Bu imkanı yaratdıqları üçün klubun baş direktoru və İdarə Heyətinin üzvü Əmrah Çəlikəl və baş məşqçi Qurban Qurbanov olmaqla hər kəsə təşəkkür edirəm. Bu, mənim üçün çox dəyərli bir təcrübə idi. Həm özümü sınamaq, nəyə qadir olduğumu görmək, həm də hansı sahələrdə biliklərimi artırmalı olduğumu dərk etdim. "Qalatasaray"da çox isti münasibətlə qarşılandım. Baş məşqçi Okan Buruk və qapıçılar üzrə məşqçi Fadıl Koşutan ilə günün 10 saata qədərini birgə keçirirdik. Video təhlillərdən tutmuş, hər qapıçıya fərqli yanaşma prinsiplərinə qədər bir çox məsələləri müzakirə etdik. Müasir futbolun trendlərini yaxından izləmək və öyrənmək imkanım oldu".

O, Fadıl Koşutanla iş prosesinin onun üçün xüsusilə faydalı olduğunu qeyd edib: "Fadıl Koşutan UEFA-nın PRO kateqoriyalı məşqçisidir. Onunla gün ərzində uzun müzakirələr aparırdıq. O, uzun illər Taffarel və Muslera ilə çalışmış mütəxəssisdir. Sonuncu gün artıq tam açıq fikir mübadiləsi şəraitində idik. Mənim bu qədər uzaq məsafədən sırf öyrənmək məqsədilə gəldiyimi bildirdi və bunu yüksək qiymətləndirdi. Bu münasibət mənim üçün əlavə motivasiya oldu. Açığı, oradan böyük bir özgüvənlə qayıtdım".

Seyidov "Qalatasaray" və "Qarabağ" arasındakı fərqlərdən də danışıb: "Təbii ki, müəyyən fərqlər var. "Qalatasaray" Avropadakı yenilikləri çox tez mənimsəyir və onları öz sisteminə tətbiq edir. Bu baxımdan bizdən bir neçə addım öndədirlər. Amma artıq "Qarabağ"da da həmin yenilikləri tətbiq etməyə başlamışıq. Ümumi məşq prosesi baxımından isə ciddi fərq yoxdur. Sadəcə, orada qapıçı məşqçiləri üçün yaradılan şərait fərqlidir. Onların fərdi otaqları, xüsusi inventarları və təhlil imkanları var. Bu, işin keyfiyyətinə birbaşa təsir edir".

O, bu istiqamətdə klub rəhbərliyinə də təkliflərini çatdırdığını bildirib: "Rəhbərliyimiz bu məsələyə çox pozitiv yanaşdı və dəstək verdi. Düşünürəm ki, bu, işimizin effektivliyini daha da artıracaq. Bu səfər mənim üçün həm təcrübə, həm də motivasiya baxımından böyük addım oldu. Əldə etdiyim bilik və təcrübəni artıq komandamızda tətbiq etməyə başlamışam".

İdman.Biz

Qarabağ FK

Son xəbərlər

Minifutbol
Bu gün, 22:12

Futzal üzrə Yüksək Liqa: "Neftçi" "Araz-Naxçıvan"ı məğlub edərək lider oldu

Futbol
Bu gün, 22:07

Cənubi Afrika millisi DÇ-2026-ya vəsiqə qazandı

Futbol
Bu gün, 21:58

Rəşad Eyyubov: Azərbaycan - Şotlandiya matçı - İtirilmiş 2 xal

Basketbol
Bu gün, 21:56

Basketbol Məşqçiləri üçün Federasiya Seminar və İmtahanları Keçiriləcək

Cüdo
Bu gün, 21:45

U-17 cüdoçular arasında Bakı birinciliyinin ikinci gününün qalibləri bəlli oldu

Futbol
Bu gün, 21:32

AFFA-da Tofiq Bəhramovun irsinə həsr olunmuş seminar keçirilib

Futbol
Bu gün, 21:28

Rəşad Eyyubov: "Azərbaycan U-21 millisi Şotlandiya ilə oyunda 2 xal itirdi"

Gimnastika
Bu gün, 21:26

İdman Arbitraj Məhkəməsi İsrail gimnastlarının Dünya Çempionatına buraxılmaması ilə bağlı şikayəti rədd edib

Boks
Bu gün, 21:21

Nazim Sadıxov: Həbiblə Konorun döyüşü sadəcə idman yarışı deyildi, mədəni fenomen idi

Futbol
Bu gün, 21:05

Roberto Martines: "Vitinya mənim üçün dünyanın ən yaxşı yarımmüdafiəçisidir"

Futbol
Bu gün, 20:59

Azərbaycan U-21 millisi Şotlandiya ilə 3:3 hesablı heç-heçə edib

Futbol
Bu gün, 20:59

U-21 Azərbaycan - Şotlandiya oyunu 3:3 hesabı ilə başa çatdı

Futbol
Bu gün, 20:51

Neymar A Seriyasına keçməyə hazırdır: "İnter" və "Napoli" maraqlanır

Futbol
Bu gün, 20:41

U-21 Avropa çempionatı: Azərbaycan - Şotlandiya oyununda hesab dəyişir, Şahin İbrahimov fərqlənir - CANLI

Cüdo
Bu gün, 20:41

U-17 cüdoçular arasında Bakı şəhər birinciliyində ikinci günün medalçıları müəyyənləşib

Futbol
Bu gün, 20:35

Pike: "Real Madrid" fırıldaq edə bilməyəndə şikayət edir - bu, onların DNT-sidir"

Futbol
Bu gün, 20:27

"Mançester Yunayted" Federiko Dimarkonun transferi üçün "İnter"ə təklif göndərəcək

Futbol
Bu gün, 20:20

"Mançester Yunayted" və "Mançester Siti" Aleksandar Pavloviçə görə "Yuventus" və PSJ ilə rəqabət aparır

Futbol
Bu gün, 20:10

U-21 Avropa çempionatı: Azərbaycan və Şotlandiya arasında hesab bərabərləşdi (2:2)

Futbol
Bu gün, 20:06

II Liqa: "Qaradağ Lökbatan" "Xankəndi"ni məğlub edərək lider oldu

Futbol
Bu gün, 20:06

U-21 Avropa çempionatı: Azərbaycan - Şotlandiya oyununun ilk hissəsindən sonra hesab - CANLI

Futbol
Bu gün, 19:58

Azərbaycan U-17 millisi Avropa çempionatının seçmə mərhələsində Rumıniyaya 1:5 hesabı ilə uduzdu

Futbol
Bu gün, 19:51

U-17 millimiz Avropa çempionatının seçmə mərhələsində məğlubiyyət seriyasını davam etdirir

Futbol
Bu gün, 19:40

Yon Dal Tomasson İsveç Millisinin Baş Məşqçisi Postundan Uzaqlaşdırıldı

Oxşar xəbərlər