top
Qarabağ Osiyek üzərində yoxlama oyununda qələbə qazandı, Zaqlebye ilə də qarşılaşacaq Idman.biz
16 yanvar 2026, 13:54
- ↺ +

"Qarabağ" "Osiyek" üzərində yoxlama oyununda qələbə qazandı, "Zaqlebye" ilə də qarşılaşacaq

Türkiyədə təlim-məşq toplanışını davam etdirən "Qarabağ" klubu növbəti yoxlama görüşünü də uğurla başa vurub.

İdman.Biz xəbər verir ki, Qurban Qurbanovun rəhbərlik etdiyi komanda Xorvatiyanın "Osiyek" kollektivi ilə qarşılaşıb. Görüş Azərbaycan çempionunun 3:1 hesablı qələbəsi ilə yekunlaşıb. Ağdam təmsilçisinin heyətində qolları 49-cu dəqiqədə Musa Qurbanlı, 57-ci dəqiqədə Aleksey Kaşuk və 90+3-cü dəqiqəsində Abbas Hüseynov vurub.

"Köhlən atlar" bu gün hazırlıq prosesi çərçivəsində daha bir yoxlama matçı keçirəcək. Komanda saat 19:00-da Polşanın "Zaqlebye" klubu ilə üz-üzə gələcək.

Qeyd edək ki, "Qarabağ" bundan əvvəlki yoxlama oyununda Özbəkistanın "Neftçi" komandasını 5:0 hesabı ilə məğlub edib.

09:48

Bu gün Azərbaycanın dörd komandası yoxlama oyunlarında qüvvəsini sınayacaq.

İdman.Biz xəbər verir ki, hazırda Birləşmiş Ərəb Əmirliklərinin paytaxtı Əbu-Dabidə təlim-məşq toplanışında olan "Neftçi" Çin təmsilçisi "Çenqdu Ronqçenq"lə üz-üzə gələcək.

"Ağ-qaralar" indiyədək Misirin "Piramids" klubu ilə 1:1 hesablı heç-heçə edib, Qazaxıstanın "Kayrat"ını isə 3 cavabsız qolla məğlubiyyətə uğradıb.

Türkiyənin Antalya bölgəsində toplanışda olan "Zirə" və "Qarabağ" isə bu gün iki oyuna çıxacaqlar. Paytaxt təmsilçisi Ukraynanın "Aleksandriya" və Çexiyanın "Bohemians 1905" komandaları ilə qarşılaşacaq. Ağdam klubu isə Bakı vaxtı ilə saat 12:00-da Xorvatiyanın "Osiyek", 19:00-da isə Polşanın "Zaqlebye" kollektivinə qarşı gücünü sınayacaq.

"Zirə" ilk oyunda Rumıniyanın "Çiksereda" klubu ilə bərabərə qalıb - 3:3. Özbəkistan təmsilçisi "Neftçi"ni beş cavabsız qolla məğlub edib.

"Sumqayıt" Antalyada sonuncu qarşılaşmasını keçirəcək. "Gənclik şəhəri" təmsilçisi axşam saatlarında "Osiyek"lə münasibətlərə aydınlıq gətirəcək. Saşa İliçin baş məşqçisi olduğu kollektiv daha əvvəl Macarıstanın "Pakş" və Serbiyanın OFK (Berlqrad) komandalarına uduzub - 1:5, 1:4.

Birev — ev elanları, mənzil, həyət evi, torpaq, ofis | Daşınmaz əmlak platforması
Qarabağ FK

Son xəbərlər

Futbol
Bu gün, 23:06

"Rizespor" və "Konyaspor" geri düşdükləri oyunları son dəqiqə qolları ilə qələbəyə çevirib

Futbol
Bu gün, 23:00

Breno Neftçiyə qələbə qazandırdı

Futbol
Bu gün, 22:55

İrakli Kobaxidze Beşiktaş‑Hapoel matçında baş verən ciddi təxribatları və polisin müdaxiləsini qiymətləndirir

Futbol
Bu gün, 22:50

Arsenal İvan Fresnedanı almayı planlayır

Futbol
Bu gün, 22:49

"Arsenal" "Komo"nun argentinalı yarımmüdafiəçisi Nico Pası 2027-ci ilin yayında heyətinə qatmaq istəyir

Futbol
Bu gün, 22:49

"Mançester City "Arsenal"ı məğlub edə bilər"

Futbol
Bu gün, 22:40

İmişli 3:1-ə məğlub, 10 oyunluq məğlubiyyət dövrü sona çatdı

Şahmat
Bu gün, 22:35

Şahin Vəliyev Portuqaliyada Fransa favorisini məğlub etdi

Futbol
Bu gün, 22:32

"Zirə" Neftçini 3:1 uduzdu – VİDEO və XRONOLOGİYA

Futbol
Bu gün, 22:28

Mourino "Real"ın ilk hissələrdəki çətinlikləri barədə danışdı: "Futbolçular dedilər ki, ideal başlasaydıq skamya darıxardı"

Futbol
Bu gün, 22:24

Mahir Emreli «Rakuv»da yeddinci qolunu vurdu

Futbol
Bu gün, 22:20

Vernidub "Neftçi" məğlubiyyəti və Sadıqovla qədimbarədə danışdı: "Arazımızda heç nə yoxdur"

Futbol
Bu gün, 22:20

"Sabah"ın legioneri Raxmonaliyev "Sumqayıt" matçından sonra uşaqlarla xatirə şəkilləri çəkdirib - VİDEO

Futbol
Bu gün, 22:17

"Çelsi" "Real Madrid"in geri alış hüququ olan "Komo"nun müdafiəçisi Yakobo Ramonla maraqlanır

Futbol
Bu gün, 22:15

Yuri Vernidub: «Futbolçularımız öz üzərlərində işləməyə davam etsələr, daha yaxşı nəticələr qazanacağıq»

Futbol
Bu gün, 22:13

«Neftçi» «Zirə»yə 1:0 hesabı ilə qalib gəldi - Video

Futbol
Bu gün, 22:11

Rəşad Sadıqov "Neftçi" – "Zirə" oyunundan sonra: "Susmağımın səbəbi sizin "Neftçi"də olmağınızdır"

Futbol
Bu gün, 22:07

"Neftçi" "Zirə"ni 1:0 hesabı ilə məğlub etdi - VİDEO

Futbol
Bu gün, 22:05

"Neftçi‑Zirə matçında Vernidub "Zirənin hansısa epizodunu xatırlamıram" dedi"

Futbol
Bu gün, 22:00

"Barselona" və "İnter" Hermoso üçün transfer axtarır

Futbol
Bu gün, 21:43

Rəşad Sadıqov: «Neftçi»yə qarşı matçda üstün tərəf biz idik

Futbol
Bu gün, 21:41

"Portu"ya ilk Avropa kubokunu gətirən braziliyalı sabiq futbolçu Juari 67 yaşında vəfat edib

Futbol
Bu gün, 21:40

"Atletiko" 35 milyon avroya aldığı Ludmani satmaq istəyir

Digər
Bu gün, 21:27

"Beşiktaş" İstanbulda su tağı ilə qarşılandı

Oxşar xəbərlər