top
Qarabağ FK və AVIS Azərbaycan arasında əməkdaşlıq başladı Sport24.az
14 may 2026, 12:10
- ↺ +

"Qarabağ" FK və AVIS Azərbaycan arasında əməkdaşlıq başladı

"Qarabağ" Futbol Klubu avtomobil icarəsi sahəsində dünyanın aparıcı markalarından biri olan AVIS ilə əməkdaşlığa başlayıb. Müqaviləyə əsasən, AVIS klubun rəsmi nəqliyyat tərəfdaşı olacaq. 2026–2029-cu illəri əhatə edən əməkdaşlıq çərçivəsində klubun nəqliyyat ehtiyaclarının qarşılanması ilə yanaşı, müxtəlif layihələrin birgə həyata keçirilməsi və hər iki markanın dəyərlərinin qarşılıqlı şəkildə gücləndirilməsi nəzərdə tutulur.

 

Əməkdaşlıq çərçivəsində AVIS Azərbaycan loqosu klubun ev oyunları zamanı stadionda, məşq bazalarında və rəsmi kommunikasiya kanalları daxil olmaqla bir çox platformada yer alacaq. Bundan əlavə, marka mətbuat konfranslarının brandwall zonalarında, klubun sosial media hesablarında və müxtəlif rəqəmsal layihələrdə aktiv şəkildə təqdim olunacaq.

 

Bu tərəfdaşlıq sayəsində AVIS Azərbaycan meydandan rəqəmsal platformalara qədər uzanan geniş kommunikasiya imkanları əldə edərək marka tanınmasını daha da artıracaq.

 

AVIS Türkiyə Koç Holding şirkətlər qrupunun törəmə müəssisələrindən biri kimi 1974-cü ildə fəaliyyətə başlayıb və hazırda Otokoç Otomotiv çatısı altında xidmətlərini davam etdirir. Otokoç Otomotiv AVIS markası ilə Türkiyə ilə yanaşı Azərbaycan, Yunanıstan, Qazaxıstan, Şimali Kipr Türk Respublikası və Şimali İraqda da fəaliyyət göstərir.

 

15 aprel 1997-ci ildə Azərbaycan bazarına daxil olan AVIS, malik olduğu təcrübəni, operativ mükəmməlliyi və korporativ idarəetmə yanaşmasını regiona gətirib. Bu gün uzunmüddətli və qısamüddətli icarə xidmətləri sahəsində bazarın aparıcı şirkətlərindən biri olan AVIS Azərbaycan təxminən 1200 avtomobildən ibarət parkı ilə Bakı və ətraf ərazilərdə fəaliyyət göstərir.

 

AVIS Azərbaycan istehsalçı zəmanəti, sığorta təminatı, rəsmi servis mərkəzlərində pulsuz texniki xidmət, avtomobillərin istismar müddəti ərzində çevik idarə olunması kimi üstünlüklərlə yanaşı, yenilənən avtomobil parkı və 24 ildən artıq təcrübəsi ilə təhlükəsiz və müştəri məmnuniyyətinə əsaslanan xidmət təqdim edir.

Birev — ev elanları, mənzil, həyət evi, torpaq, ofis | Daşınmaz əmlak platforması
Qarabağ FK

Son xəbərlər

Boks
Bu gün, 04:12

Ceyk Pol qələbə qazanarsa karyerasını başa vuracağını bildirdi

Futbol
Bu gün, 03:19

"Liverpool" rəhbərliyindəki dəyişikliklər Mak Allisterin gələcəyinə yeni perspektiv açır

Futbol
Bu gün, 02:19

Okan Buruk Ştutqart qarşısında hakimin qərarlarını tənqid etdi

Futbol
Bu gün, 01:38

Eyden Makkarti: “Rəqibimiz də bizim güclü tərəflərimizi nəzərə almalıdır”

Futbol
Bu gün, 01:28

PSG Çempionlar Liqasında 16 dəqiqədə dörd qol vurarak rekord yaradı

Futbol
Bu gün, 01:11

Fənərbağça Emre Belözoğlu ilə 1,5 illik müqavilə imzaladı

Futbol
Bu gün, 01:01

Emre Belözoğlu "Fənərbaxça" klubunun yeni baş məşqçisi oldu - RƏSMİ

Futbol
Bu gün, 00:58

Sabah FK-nın baş məşqçisi Valdãs Dambrauskas: "Çempionlar Liqasında Vikinqə qarşı əsas problem sıx qrafikdə futbolçuları sağlam saxlamaqdır"

Futbol
Bu gün, 00:46

Noyer üçüncü mövqedə: Messi və Müller geridə, Çempionlar Liqasının rekordunu dəyişdi

Futbol
Bu gün, 00:38

Sabahın məşqçisi: ‘Vikinq’ə qarşı matçda tam hazırıq

Futbol
Bu gün, 00:27

Aşraf Hakimi tarixdə yeni rekord qırdı, Luis Enríqueyə isə 50-ci Çempionlar Liqası matçı ilə tarix yazıldı

Futbol
Bu gün, 00:08

Batrakov Ştутqart qarşılaşmasında ən yaxşı oyunçu seçildi - statistikasilə diqqət çəkdi

Futbol
Dünən, 23:38

Mareska açıqlayıb: Fodenin az oyunu fiziki hazırlığın marafoni

Futbol
Dünən, 23:24

Çempionlar Liqasında "Fənərbaxça"ya qarşı oynayacaq "Liverpul"da ciddi itki: Rayan Qravenberx sağlım deyil

Futbol
Dünən, 23:24

Reqraqi: Yamalın Qızıl topu alması halında Mbappé daha çox məyus olardı

Futbol
Dünən, 23:09

Harri Keyn İspaniyada və La Liqada oynamaq arzusundan danışdı

Futbol
Dünən, 22:54

İraola Fenerbahçənin gücünü vurğuladı: “Onlara qarşı təzyiq göstərməliyik”

Futbol
Dünən, 22:50

Makkarti: İlk qolumla özünəinamımı artırdım, növbəti oyunda da davam etmək istəyirəm

Futbol
Dünən, 22:39

Vikinq məşqçisi 'Sabah' haqqında: Çoxlarının eşitmədiyi, amma güclü komandadır

Futbol
Dünən, 22:33

Valdas Dambrauskas: Sıx oyun cədvəli bərpa prosesini çətinləşdirir

Futbol
Dünən, 22:25

Real Madridın yarımmüdafiəçisi Arda Güler zədə səbəbindən kənarda qaldı

Cüdo
Dünən, 21:56

Yeni Cüdo Kəmər Sınağı 5-6 Noyabr Baku Olimpiya Kompleksində

Digər
Dünən, 21:55

Azərbaycan karateçiləri Sofiyada Avropa çempionu oldu, çoxsaylı medallar qazanıldı

Futbol
Dünən, 21:39

Seneqal Millisinin Ex-Footballçusu Demba Ba Havr İdman Direktoru Vəzifəsindən Ayrıldı

Oxşar xəbərlər