Dünən Çempionlar liqasının pley-off mərhələsində PSJ 5:2 "Çelsi"ni məğlub etdiyi matçın ikinci yarısında Pedro Neto top daşıyan oğlanı itələyib. Sport24.az xəbər verir ki, portuqaliyalı futbolçu bu barədə "TNT Sports"a açıqlama verərək üzr istəyib.
"Bu, baş verməməli idi. Həqiqətən üzr istəyirəm," – deyə Neto bildirib.
Qeyd edək ki, 26 yaşlı futbolçunun millidən komanda yoldaşı Vitinya hadisəni sakitləşdirərək top daşıyan oğlana Netonun belə davranış göstərməyən oyunçu olduğunu bildirib. Gərgin anlara baxmayaraq, matç problemsiz davam etdirilib.