"Frayburq"un yarımmüdafiəçisi Yohan Manzambi karryerasını İngiltərə Premyer Liqasında davam etdirməyə yaxındır. Sport24.az verir ki, "Nyukasl" dünya çempionatında uğurlu performans göstərən isveçrəli oyunçunun keçidini həll edib.
Bu barədə insayder Fabritsio Romano məlumat yayıb.
Artıq klublar arasında razılıq əldə olunub. "Nyukasl" 20 yaşlı futbolçu üçün Almaniya klubuna 60 milyon avro təzminat ödəyəcək.
Qeyd edək ki, Yoham Manzambi DÇ-2026-da İsveçrə millisinin heyətində meydana çıxdığı 5 matçda 3 qol və 1 məhsuldar ötürmə ilə yadda qalıb.