"Həmin matçı xatırlamıram. Amma bu, o vaxtdan bəri necə böyük irəliləyiş əldə etdiyimiz və indi çox, çox yaxşı bir komanda olduğumuz barədə çox şey deyir".
Bu sözləri Norveç millisinin futbolçusu Aleksandr Sörlot İdman.Biz-in 10 il əvvəl millimizin qələbəsi (1:0) ilə qurtarmış Azərbaycan-Norveç matçını xatırlayıb-xatırlamadığı barədə suala cavab verərkən deyib.
Sözügedən matç DÇ-2018-in seçmə mərhələsi çərçivəsində keçirilib.
Norveç millisi DÇ-2026-nın 1/16 finalında Kot-d"İvuarı 2:1 hesabı ilə məğlub edib və 1/8 finalda Braziliya ilə qarşılaşacaq.