"Neftçi"nin ulduz futbolçusu Vensan Abubakar Portuqaliyaya yollanıb. Sport24.az-ın yerli mətbuata istinadən məlumatına görə, 34 yaşlı hücumçu Draqao stadionunda "Porto" klubunun prezidenti Andre Villas Boasla görüşüb.
Kamerunlu forvard məşhur funksionerlə layihələr haqqında danışıb.
O, görüş zamanı gələcək planlarına da toxunub. Abubakar öz futbol akademiyası ilə bağlı yeniliklərin yaxın vaxtlarda açıqlanacağını bildirib.
Bu isə o deməkdir ki, oyunçu karyerasından sonra da futbola bağlı qalmaq və gənc istedadların inkişafına töhfə vermək istədiyini göstərir.