top
Neftçi PFK Samir Abasovu istefaya göndərdi Sport24.az
Bu gün, 22:00
- +

"Neftçi" PFK Samir Abasovu istefaya göndərdi

Bu gün "Neftçi" rəhbərliyi və baş məşqçi Samir Abasovun iştirakı ilə görüş keçirilib. Sport24.az xəbər verir ki, görüşdə komandanın cari mövsümdəki çıxışı müzakirə edilib.

 

Bildirilib ki, Samir Abasova ötən ilin oktyabrında müqavilə bağlanandan indiyədək rəhbərlik tərəfindən hər cür dəstək göstərilib, o cümlədən transfer fəaliyyəti və komanda quruculuğunda ona tam səlahiyyət verilib.

 

Mövsümlərarası fasilədə və mövsüm başlayandan sonra həyata keçirilmiş 14 transferin hamısı baş məşqçinin istəyi və təsdiqi ilə baş tutub, o cümlədən komandanı tərk edən oyunçularla bağlı bütün qərarları baş məşqçi verib.

 

Müqavilə bağlanarkən Samir Abasovun qarşısına hədəf kimi yaradıcı və hücum futbolu sərgiləmək, komandanın iştirak etdiyi bütün turnirlərdə ən yüksək nəticələrə nail olmaq qoyulub.

 

Bununla belə, keçən 12 tur ərzində nə komandanın inkişaf dinamikası, nə də turnir cədvəlində qərarlaşdığı yer qənaətbəxş deyil. Baş məşqçi tərəfindən mövsüm ərzində komandanın oyundan oyuna yüksələn xətlə gedəcəyi, noyabr ayında futbolçuların formasının ən yüksək pilləsinə çıxacağı vəd edilsə də, son qarşılaşmalarda oyun keyfiyyətinin aşağı düşməsi müşahidə edilib. 12 oyunda qazanılan cəmi 3 qələbə arzuolunan sayılmayıb, "İmişli" ilə görüşdəki məğlubiyyət isə enişin kulminasiya nöqtəsi olub.

 

Samir Abasovun "Neftçi"də həm oyunçu, həm də məşqçi kimi xidmətlərini, həmçinin bumövsümkü fəaliyyətində göstərdiyi çalışqanlığı nəzərə alaraq, peşəkar etika naminə özünün istefa verməsi klub tərəfindən ona təklif edilib.

 

Öz növbəsində Samir Abasov gətirilən arqumentlərlə razılaşmayaraq, cari nəticələrin elə də pis olmadığını, hazırkı uğursuzluqların bilavasitə onun məşqçi fəaliyyəti ilə deyil, təsadüfi faktorlarla bağlı olduğunu iddia edib, mövsümün sonunda komandanın ilk 3-lüyə düşəcəyini söyləyib. İstefa verməkdən imtina edərək bildirib ki, klub onunla müqaviləyə birtərəfli qaydada xitam verəcəyi təqdirdə tam həcmdə təzminat tələb etmək fikrindədir.

 

Qeyd olunanları nəzərə alaraq, "Neftçi" PFK Samir Abasovu istefaya göndərib. Klubda çalışdığı müddətdə yüksək əzmkarlıq göstərmiş və iş etikasına sadiq qalmış Samir Abasova xidmətlərinə görə təşəkkür edilib, ona gələcək karyerasında uğurlar arzulanıb.

 

Hazırda yeni baş məşqçi axtarışları davam edir. Komandanı "Turan Tovuz"la noyabrın 28-də keçiriləcək qarşılaşmaya hazırlamaq Sənan Qurbanova həvalə edilib.

Qarabağ FK

Son xəbərlər

Futbol
Bu gün, 23:31

Marko Yankoviç: "Napoli" ilə oyunda bacardığımızın maksimumunu göstərəcəyik

Futbol
Bu gün, 23:30

Qurban Qurbanov "Napoli" ilə oyun öncəsi və Çempionlar Liqasındakı iştirakımız haqqında danışıb

Cüdo
Bu gün, 23:24

U-17 Cüdo Liqasının IV Turu Başladı: Nəticələr və İştirakçılar

Futbol
Bu gün, 23:21

Marko Yankoviç "Napoli" ilə oyun öncəsi: "Bütün suallara sabah aydınlıq gələcək"

Futbol
Bu gün, 23:18

Qurban Qurbanov: "Napoli" "Qarabağ"la oyuna çox ciddi hazırlaşır

Futbol
Bu gün, 23:13

"Traktor" klubu "Nasaf" üzərində qələbə qazanıb, lakin qrupda üçüncü yerdədir

Futbol
Bu gün, 23:04

"Qarabağ" "Napoli" ilə "Dieqo Armando Maradona" stadionunda qarşılaşacaq

Futbol
Bu gün, 22:58

"Qarabağ" "Napoli" ilə oyundan əvvəl "Dieqo Armando Maradona" stadionunda məşq edir - FOTO

Voleybol
Bu gün, 22:55

Azərbaycan Yüksək Liqası: MAA "Azərreyl"i məğlub etdi

Boks
Bu gün, 22:48

"Yüksələn Ulduzlar" karate turniri keçirilib, Flora Kərimova mərasimə rəng qatıb

Minifutbol
Bu gün, 22:34

"Araz-Naxçıvan" Çempionlar Liqasında "Benfika"ya böyük hesabla uduzub

Futbol
Bu gün, 22:25

Vinisius Junior "Real"dan ayrılmaq qərarına gəldi

Futbol
Bu gün, 22:18

Cəbrayıl rayonunda "Məktəbli Kuboku" turnirinə start verildi

Futbol
Bu gün, 22:05

Samir Abasov "Neftçi"dən istefa verməkdən imtina etdi, lakin klub onu istefaya göndərdi

Futbol
Bu gün, 22:04

Samir Abasov "Neftçi"dən istefaya göndərildi: Detallar və reaksiyalar

Futbol
Bu gün, 21:56

"Qalatasaray" "Yunion Sent-Jilluaz" matçına ciddi itkilərlə çıxır

Boks
Bu gün, 21:48

U-23 Avropa Çempionatı: Azərbaycan boksçuları 1/4 finala yüksəliblər (YENİLƏNİB + FOTO)

Minifutbol
Bu gün, 21:42

"Araz-Naxçıvan" Çempionlar Liqasında "Benfika"ya böyük hesabla məğlub oldu

Futbol
Bu gün, 21:34

Marko Yankoviç ikinci oğlunun adını açıqladı: Maksim

Futbol
Bu gün, 21:26

Mbappe hakimə etirazına görə sarı vərəqə ilə cəzalandırılıb

Futbol
Bu gün, 21:19

II Liqa: "Şəmkir"in qələbəsi, "Qaradağ Lökbatan"dan böyük hesablı qələbə, "Araz Saatlı"nın ilk uğuru

Formula 1
Bu gün, 21:04

Şarl Leklerin "Aston Martin"ə Keçidi İddiaları Güclənir

Boks
Bu gün, 20:57

"Telegram" Həbib Nurməhəmmədovun papağından 4 milyon dollardan çox gəlir əldə edib

Oxşar xəbərlər