top
Nasir Nəsirli: Uşaq futbolunda əsas məqsəd nəticə yox, inkişaf olmalıdır Idman.biz
30 mart 2026, 17:02
- ↺ +

Nasir Nəsirli: Uşaq futbolunda əsas məqsəd nəticə yox, inkişaf olmalıdır

"Bəli, belə uşaqlar kifayət qədərdir. Sadəcə, uşaqlar bu potensialı əsl istedada çevirmək üçün günlük rejimə çox ciddi əməl etməlidirlər".

Bunu "Sabah"ın U-14 komandasının baş məşqçisi Nasir Nəsirli futbolinfo.az-a müsahibəsində deyib.

Həmin müsahibəni təqdim edirik.

– Sabah Futbol Akademiyasının hazırkı durumu bir uşaq məşqçisi olaraq sizi tam qane edir?

– Əvvəla uşaq futbolunu işıqlandırdığınız üçün sizə təşəkkür edirəm. Akademiyamızda rəhbərlik tərəfindən hər bir şərait yaradılıb. Uşaqların inkişafı üçün xarici turnirlərdə iştirakçıları çox vacibdir. Akademiyamızın komandaları hər il 2-3 ölkəxarici turnirə qatılırlar.

– İndiki halda ümumi uşaq futbolumuzda sizi narahat edən əsas məqamlar hansılardır?

– Ümumi götürsək, hər kəs – valideynlər, məşqçilər, uşaqlar öz işinə məsuliyyətlə yanaşsa, narahat olacaq səbəblər də çox olmaz. Və ən əsası, uşaqlardan nəticə tələb etmək doğru deyil. Sadəcə, onları düzgün inkişaf etdirmək lazımdır. Məşqlər metodiki ardıcıllıqla və hər akademiyanın özünəməxsus prinsiplərinə uyğun şəkildə tərtib edilməlidir.

– Çalışdırdığınız "Sabah"ın U-14 komandası fevralda Gürcüstanda keçirilən turnirdə çempion oldu. Həmin turnirin səviyyəsi və qazandığınız uğurla bağlı fikirləriniz maraqlıdır…

– Turnir çox yaxşı səviyyədə təşkil olunmuşdu. Turnirdə əsasən Gürcüstan komandaları çoxluq təşkil edirdi. Bizim üçün ən əsas uşaqların təcrübə toplaması idi. Turniri çempion kimi başa vurduq. Amma əsas olan uşaqların qazandığı təcrübə və yanaşmaları idi. Uşaqlar düzgün futbol oynadılar, deyilənləri meydançada doğru icra etdilər. Ən sevindirici məqam bu idi.

– Uşaq futbolunda mövcud problemlərimizdən biri də yetərincə peşəkar məşqçilərin olmamasıdır. Bu sahədə özünüzü daha da inkişaf etdirmək, ölkə xaricində təcrübə keçmək istəyiniz varmı?

– Bizim akademiyada iş prinsipi və peşəkar yanaşma yüksək səviyyədədir. Məşqlərdən 2 saat öncə koordinatorumuz Giorgi Minaşvili ilə məşqin təqdimatı ilə bağlı görüş olur. Məşqdən sonra isə məşqin təhlili həyata keçirilir. Həmçinin xarici turnirlərə gedəndə bizim üçün də kiçik kurslar təşkil olunur və akademiyaların iş prinsipləri ilə tanış oluruq. Fikrimcə, məşqçilər də öz üzərlərində çalışmalıdırlar. Mənim özümün də təcrübə məqsədi ilə xaricə yollanmaq planlarım var.

– Məlum məsələdir ki, bizdə uşaq futbolunda valideynlər məşqçilərin işlərinə çox qarışırlar. Bu məsələni necə tənzimləyirsiniz?

– Bəli, təəssüf ki, arada belə hallarla da rastlaşırıq. Bunun üçün valideynlərlə maarifləndirici söhbətlər aparırıq. Valideynlərin uşaqların inkişafı məsələsinə həssas yanaşmağı normal haldır. Uşaqların bir futbolçu kimi yetişməsində valideynlərin də məsuliyyəti, məsələn uşaqların davamiyyəti məsələlərinə ciddi yanaşması əsas rol oynayır. Biz də valideynlərdə uşaqların inkişafı ilə bağlı ətraflı məlumat olsun deyə, oyunçuların dəyərləndirilməsi ilə bağlı onlara da ətraflı məlumat verir, lazımi informasiyaları onlara da göndəririk.

– "Sabah"ın aşağı yaş qruplarında yaxın gələcəyin ulduzu, Xəyal Əliyevin davamçısı ola biləcək istedadlı uşaqlar çoxdurmu? Daha çox hansı mövqelərdə bacarıqlı uşaqlar var?

– Bəli, belə uşaqlar kifayət qədərdir. Sadəcə, uşaqlar bu potensialı əsl istedada çevirmək üçün günlük rejimə çox ciddi əməl etməlidirlər. Bura təkcə futbolçu keyfiyyətlərinin inkişaf etdirilməsi yox, həmçinin qidalanma, yuxu rejimi və s. kimi nüanslar da daxildir. Uşaqlar aşağı yaşlarından işə peşəkar yanaşmanı öyrənməlidirlər.

– Yetirmələrinizin təkcə futbolçu kimi deyil, həm də güclü şəxsiyyət kimi yetişməsi üçün hansı addımları atırsınız, onlarla futboldankənar söhbətlər də edirsinizmi?

– Əlbəttə, uşaqların sadəcə futbolçu kimi yox, həmçinin bir fərd kimi yetişməsi üçün onların daim diqqət mərkəzində olması, davamlı olaraq fərdi və kollektiv söhbətlərin aparılması da ümumi işin çox vacib bir parçasıdır. Akademiyamızda bu istiqamətdə də iş aparılır.

Birev — ev elanları, mənzil, həyət evi, torpaq, ofis | Daşınmaz əmlak platforması
Qarabağ FK

Son xəbərlər

Futbol
Bu gün, 02:51

UEFA Çempionlar Liqası 2026/27 dördüncü turda PSJ lider, “Sabah” 31-ci yerdə

Futbol
Bu gün, 01:56

ÇL: “Sabah” Norveçdə 4-1 məğlub oldu

Futbol
Bu gün, 01:54

Fənərbağça, Çempionlar Liqasında 18 illik geridönüş məğlubiyyətini sona erdi

Futbol
Bu gün, 01:37

Real Madrid məşqçisi Mourinyo: 'Valverde'dən qapıya zərbə vurmasını istəmədim'

Basketbol
Bu gün, 01:29

Neftçi basketbolu: Müsibət məğlubiyyətdə də güclü xarakterimiz var

Futbol
Bu gün, 01:14

Kilian Mbappe UEFA Çempionlar Liqasında 74-cü qolunu vurdu

Futbol
Bu gün, 00:51

“Yuventus” “Mançester Yunayted”in sloveniyalı forvardı Benjamin Şeşkodur transfer etmək istəyir

Futbol
Bu gün, 00:41

Velko Simic’in sakatlanması ‘Sabah’ın heyətində itki yaradır

Futbol
Bu gün, 00:32

“Barselona” Rafinya Diası ilə 2030-cu il iyun 30-dək müqavilə imzaladı

Futbol
Dünən, 23:51

Romero, Atletico'nun Barcelona qarşısında oynayacaq qarşılaşmada zərbə səbəbindən iştirak etməyəcək

Futbol
Dünən, 23:40

Denis Zakaria, Monako kapitanı, dünyanın ən yaxşı futbolçusunu Lamin Yamal olaraq təyin etdi

Futbol
Dünən, 23:25

Arsenal’a transfer olacağı planlaşdırılan gürcü futbolçu ciddi zədə aldı

Futbol
Dünən, 23:24

Ansu Fati 2026-cı il zədəsi ilə sahədə olmayacaq

Futbol
Dünən, 22:54

Vinicius Junior Çempionlar Liqası oyunundan əvvəl dəhşətli xatirə anında göz yaşı süzdü

Futbol
Dünən, 22:48

Vikinq və Sabah komandalarının UEFA Çempionlar Liqası IV turu üçün start heyətləri;

Futbol
Dünən, 22:43

Fransa polisi Qızıl top mərcində şübhə araşdırır

Futbol
Dünən, 22:17

Braziliyada futbol yarımfinalında 53 qırmızı vərəqə ilə kütləvi dava başladı

Futbol
Dünən, 22:03

Cerrard Cud Bellinqemi Zidanla müqayisə edir, onu dünyanın ən yaxşı 11-ə daxil edərdi

Futbol
Dünən, 21:45

De Yonq əsas heyətə qayıtmaq istəyir, lakin Flik hələ qərar vermir

Digər
Dünən, 21:28

Kəpəz Regional Expo Gəncə 2026 sərgisinə qatılacaq

Futbol
Dünən, 21:22

Premyer Liqanın doqquzuncu turunun ən yaxşı futbolçusu “Çelsi”ninstrat Romelo Laviya seçilib

Gimnastika
Dünən, 21:17

Azərbaycan gimnastları dünya çempionatında uğurlu start etdilər

Futbol
Dünən, 21:07

Rafael Benites Premier Liqaya qayıtmaq istədiyini elan etdi, uyğun layihə tapmaq çətinlik yaradır

Voleybol
Dünən, 20:59

Superliqa III turu başladı: Ordu 3:0 Azərreyl

Oxşar xəbərlər