top
Naqelsmannın gələcəyi ciddi təhdid altinda: Almaniya millisindən uzaqlaşdırılmaq Idman.biz
03 iyul 2026, 09:40
- ↺ +

Naqelsmannın gələcəyi ciddi təhdid altinda: Almaniya millisindən uzaqlaşdırılmaq

Almaniya futbol millisinin baş məşqçisi Yulian Naqelsmann DÇ-2026-dakı uğursuzluqdan sonra postunu itirməyə yaxındır.

İdman.Biz xəbər verir ki, bu barədə "Bild" məlumat yayıb. Nəşrin yazdığına görə, Almaniya Futbol İttifaqı (DFB) rəhbərliyi ilə keçirilən qapalı görüşdən sonra 38 yaşlı mütəxəssisin gələcəyi ciddi sual altına düşüb.

Naqelsmann DFB prezidenti Bernd Noyendorf, idarəedici direktor Andreas Rettig, idman direktoru Rudi Föller və Bundesliqa rəhbəri Hans-Yoahim Vatske ilə təxminən üç saat yarımlıq görüş keçirib. Görüşdə Almaniya millisinin mundialdakı uğursuzluğu, heyət seçimi və məşqçinin qərarları müzakirə olunub.

"Tagesschau"nun məlumatına görə, yekun qərarın bu gün açıqlanması mümkündür. Hələlik DFB rəsmi şəkildə Naqelsmannın istefaya göndərildiyini elan etməyib.

"Bild" isə qeyd edir ki, Almaniya Futbol İttifaqında artıq Nagelsmannla ayrılıq, ona ödəniləcək təzminat və mümkün varis məsələləri müzakirə olunur. Baş məşqçinin qarşısında əsas seçim könüllü istefa vermək və ya rəsmi şəkildə vəzifədən uzaqlaşdırılmaqdır.

Almaniya millisində baş məşqçi postuna əsas namizəd Yurgen Klopp hesab olunur. Almaniya mətbuatı keçmiş "Liverpul" çalışdırıcısının bu vəzifəyə gəlməyə hazır olduğunu bildirir.

Qeyd edək ki, Almaniya millisi DÇ-2026-nın 1/16 finalında Paraqvaya penaltilər seriyasında uduzaraq turnirlə vidalaşıb.

Birev — ev elanları, mənzil, həyət evi, torpaq, ofis | Daşınmaz əmlak platforması
Qarabağ FK

Son xəbərlər

Futbol
Bu gün, 02:19

Okan Buruk Ştutqart qarşısında hakimin qərarlarını tənqid etdi

Futbol
Bu gün, 01:38

Eyden Makkarti: “Rəqibimiz də bizim güclü tərəflərimizi nəzərə almalıdır”

Futbol
Bu gün, 01:28

PSG Çempionlar Liqasında 16 dəqiqədə dörd qol vurarak rekord yaradı

Futbol
Bu gün, 01:11

Fənərbağça Emre Belözoğlu ilə 1,5 illik müqavilə imzaladı

Futbol
Bu gün, 01:01

Emre Belözoğlu "Fənərbaxça" klubunun yeni baş məşqçisi oldu - RƏSMİ

Futbol
Bu gün, 00:58

Sabah FK-nın baş məşqçisi Valdãs Dambrauskas: "Çempionlar Liqasında Vikinqə qarşı əsas problem sıx qrafikdə futbolçuları sağlam saxlamaqdır"

Futbol
Bu gün, 00:46

Noyer üçüncü mövqedə: Messi və Müller geridə, Çempionlar Liqasının rekordunu dəyişdi

Futbol
Bu gün, 00:38

Sabahın məşqçisi: ‘Vikinq’ə qarşı matçda tam hazırıq

Futbol
Bu gün, 00:27

Aşraf Hakimi tarixdə yeni rekord qırdı, Luis Enríqueyə isə 50-ci Çempionlar Liqası matçı ilə tarix yazıldı

Futbol
Bu gün, 00:08

Batrakov Ştутqart qarşılaşmasında ən yaxşı oyunçu seçildi - statistikasilə diqqət çəkdi

Futbol
Dünən, 23:38

Mareska açıqlayıb: Fodenin az oyunu fiziki hazırlığın marafoni

Futbol
Dünən, 23:24

Çempionlar Liqasında "Fənərbaxça"ya qarşı oynayacaq "Liverpul"da ciddi itki: Rayan Qravenberx sağlım deyil

Futbol
Dünən, 23:24

Reqraqi: Yamalın Qızıl topu alması halında Mbappé daha çox məyus olardı

Futbol
Dünən, 23:09

Harri Keyn İspaniyada və La Liqada oynamaq arzusundan danışdı

Futbol
Dünən, 22:54

İraola Fenerbahçənin gücünü vurğuladı: “Onlara qarşı təzyiq göstərməliyik”

Futbol
Dünən, 22:50

Makkarti: İlk qolumla özünəinamımı artırdım, növbəti oyunda da davam etmək istəyirəm

Futbol
Dünən, 22:39

Vikinq məşqçisi 'Sabah' haqqında: Çoxlarının eşitmədiyi, amma güclü komandadır

Futbol
Dünən, 22:33

Valdas Dambrauskas: Sıx oyun cədvəli bərpa prosesini çətinləşdirir

Futbol
Dünən, 22:25

Real Madridın yarımmüdafiəçisi Arda Güler zədə səbəbindən kənarda qaldı

Cüdo
Dünən, 21:56

Yeni Cüdo Kəmər Sınağı 5-6 Noyabr Baku Olimpiya Kompleksində

Digər
Dünən, 21:55

Azərbaycan karateçiləri Sofiyada Avropa çempionu oldu, çoxsaylı medallar qazanıldı

Futbol
Dünən, 21:39

Seneqal Millisinin Ex-Footballçusu Demba Ba Havr İdman Direktoru Vəzifəsindən Ayrıldı

Futbol
Dünən, 21:29

Fabio Kannavaro, Özbəkistan milli komandasının məşqçisi vəzifəsindən ayrılma ehtimalı

Futbol
Dünən, 21:24

FIFA prezidenti Xəsus de Migelin vəfatı münasibətilə başsağlığı bildirdi

Oxşar xəbərlər