top
Murad Məmmədov “Pafos”da Idman.biz
23 iyun 2026, 13:45
- ↺ +

Murad Məmmədov “Pafos”da

Kiprin "Pafos" futbol klubu Azərbaycanın U-21 millisinin üzvü Murad Məmmədovun təqdimatını edib.

İdman.Biz xəbər verir ki, Kipr təmsilçisi yeni transferinin komandaya qoşulması ilə bağlı görüntülər yayımlayıb.

Klub paylaşımında Məmmədovun ilk təəssüratlarına xüsusi diqqət çəkib. "Pafos" Muradın bazaya daxil olduğu andan qarşıdakı çağırışa hazır göründüyünü vurğulayıb.

Millimizin üzvü klubun mətbuat xidmətinə müsahibəsində sevimli futbolçusunun Lionel Messi olduğunu bildirib. O, argentinalı ulduzu "dünyanın kralı" adlandırıb. Məmmədov sevimli rənginin qara olduğunu, ən çox sevdiyi yeməyin isə milli mətbəxə aid qaralı plov olduğunu deyib.

Futbolçu karyerasının ən yaddaqalan anı kimi Azərbaycan çempionatında "Şamaxı"ya qarşı debüt oyununu xatırladıb. Onun sözlərinə görə, həmin matçda qol vurması karyerası üçün vacib məqam olub. Məmmədov məşq saatı ilə bağlı isə havanın isti olduğu vaxtlarda səhər, normal şəraitdə isə axşam məşqlərinə üstünlük verdiyini söyləyib.

Murad "Pafos"u seçməsinin səbəbini də açıqlayıb. O bildirib ki, ötən il bu komandanın oyunlarını izləyib və klubun çıxışını bəyənib. Məmmədov atasına bir gün bu komandada oynamağı arzuladığını dediyini, indi isə həmin istəyin gerçəkləşdiyini vurğulayıb.

Yeni klubunda 47 nömrəni seçən futbolçu bunun uşaqlıq illəri ilə bağlı olduğunu qeyd edib. Məmmədov futbol karyerasına müdafiəçi kimi başlayanda 4 nömrə ilə çıxış etdiyini, daha sonra cinah oyunçusu kimi 7 nömrəni götürdüyünü bildirib. O, əsas komandaya keçdikdən sonra bu iki rəqəmi birləşdirərək 47-ni seçdiyini deyib.

Birev — ev elanları, mənzil, həyət evi, torpaq, ofis | Daşınmaz əmlak platforması
Qarabağ FK

Son xəbərlər

Futbol
Bu gün, 19:28

“Sabah”ın rəqibində ciddi itki

Futbol
Bu gün, 19:26

Norveçli futbolçu Erling Haalandın soyadını kommersiya məqsədilə istifadə edən polşalı elektrik ustası ilə məhkəmə mübahisəsi

Digər
Bu gün, 19:10

CAS Afrika Millətlər Liqasının qalibini elan etdi – RƏSMİ

Futbol
Bu gün, 19:03

Sabah, Bakı Olimpiya Stadionunda Barselona qarşısında son məşqini keçirib

Qarabağ FK
Bu gün, 19:00

Gəncədə “Qarabağ”ı da heyran edən FUTBOL GECƏSİ

Futbol
Bu gün, 18:58

İtaliyada qırmızı vərəqə alan futbolçu meydana bıçaqla qayıtdı

Futbol
Bu gün, 18:55

Afrika futbolda tarixi qərar – Senegal yenidən çempiondur!

Futbol
Bu gün, 18:37

“Yamalın Bakıya gəlməməsinə görə üzülürəm” – Dambrauskas

Futbol
Bu gün, 18:34

Arda Turandan “Fənərbaxça”ya mesaj: “Geri çəkilməyəcəyik”

Futbol
Bu gün, 18:29

Lukaku “Fənərbağça”dan ayrıla bilər

Futbol
Bu gün, 18:22

Umarali Raxmonaliyev: "Barselona" ilə oyunda əlimizdən gələnin ən yaxşısını edəcəyik

Digər
Bu gün, 18:20

Valdas Dambrauskas: Müdafiədə məyyən boşluqlarımız ola bilər

Futbol
Bu gün, 18:20

Umarali Raxmonaliyev: 100 %dən artıq performans göstərəcəyik

Futbol
Bu gün, 18:20

Arda ”Real”dakı komanda yoldaşına nə hədiyyə etdi? - FOTO

Qarabağ FK
Bu gün, 18:18

Barselona

Futbol
Bu gün, 18:13

Dambravskas Sabah — Barselona matçı öncəsi: "Barselona"da zəif tərəf tapmaq çətindir, Lamine Yamalın olmaması bizi narahat etmir

Futbol
Bu gün, 18:13

PSJ “Barselona”nın transfer edə bilmədiyi futbolçunu istəyir

Boks
Bu gün, 18:10

Boksçumuz ardıcıl üçüncü dəfə Avropa çempionu oldu

Voleybol
Bu gün, 18:10

“ORDU”dan qələbə

Futbol
Bu gün, 18:03

“Sabah” - “Barselona” oyununa görə bəzi marşrutların hərəkət sxemi dəyişdiriləcək

Basketbol
Bu gün, 18:02

“Siz bununla azarkeşləri aldadırsınız”

Boks
Bu gün, 17:58

Azərbaycan boksçusu ardıcıl üçüncü dəfə Avropa çempionu olub

Futbol
Bu gün, 17:58

Mehmet Topal: “Barselona” ilə oyun Azərbaycan futbolu üçün mühüm hadisədir”

Qarabağ FK
Bu gün, 17:46

Patrik Andrade: “Premyer Liqa tədricən inkişaf edir, amma komandamız çətin dövrdədir”

Oxşar xəbərlər