top
Arda Turandan “Fənərbaxça”ya mesaj: “Geri çəkilməyəcəyik” Apasport.az
Bu gün, 18:34
- ↺ +

Arda Turandan “Fənərbaxça”ya mesaj: “Geri çəkilməyəcəyik”

Ukraynanın "Şaxtyor" klubunun baş məşqçisi Arda Turan UEFA Çempionlar Liqasında "Fənərbaxça" ilə keçirəcəkləri qarşılaşma barədə danışıb.

Apasport.az xəbər verir ki, türkiyəli mütəxəssis Liqa mərhələsinin V turunun oyunu öncəsi təşkil olunan mətbuat konfransında görüşün onun üçün xüsusi əhəmiyyət daşıdığını bildirib.

"Emosional baxımdan vacib oyundur. Ancaq hər şeydən əvvəl "Şaxtyor"un gələcəyi önəmlidir. Mən buraya müəyyən məqsəd üçün gəlmişəm. Bəzən belə məqamlarda hisslərimizi idarə etməliyik. Bu qarşılaşma bizim üçün emosional olmaqla yanaşı, gələcəyimiz baxımından da böyük əhəmiyyət daşıyır.

"Fənərbaxça" ilə oyun öncəsi həyəcanlı və ümidliyik. Asan qarşılaşma olmayacaq. Ancaq öz oyunumuzu nümayiş etdirmək və geri çəkilmək istəmirik".

Arda Turan İstanbul təmsilçisinin güclü heyətə malik olduğunu vurğulayıb:

""Fənərbaxça"nın detallara diqqət yetirən çox yaxşı baş məşqçisi və güclü komandası var. Heyətində belə böyük oyunların təcrübəsini yaşamış, Çempionlar Liqasını və dünya çempionatını qazanmış futbolçular çıxış edirlər.

Belə oyunçulara qarşı hər zaman ayıq-sayıq olmalısan. Çünki onlar ən kiçik fürsətdən belə istifadə edə bilərlər. Bu turnirdə vurulan və buraxılan hər qol, qazanılan hər xal çox vacibdir. Ona görə də hər an hazır olmalı və oyunun bütün məqamlarını düzgün idarə etməliyik".

Türkiyəli mütəxəssis komandasının turnirdəki hədəflərinə də toxunub:

"Addım-addım irəliləməliyik. Ancaq xəyal etdiyimiz futbolu oynayır, istədiyimiz qol imkanlarını yaradırıq. İlk 24 komanda sırasına düşə bilsək, bu, bizim üçün xəyalın gerçəkləşməsi olacaq.

Həqiqətən, çox çətin iş görürük. Futbolçularımın göstərdiyi performansla fəxr edirəm. İlk 24-lüyə düşüb-düşməyəcəyimizi bilmirəm. Amma Ukrayna xalqının müdafiə etdiyi dəyərləri biz də meydanda futbolumuzla mümkün qədər təmsil etməyə çalışacağıq.

Gələn hər kəsi böyük məmnuniyyətlə qarşılayacağıq. Bizim mədəniyyətimizdə də qonağa xüsusi hörmət göstərilir. İstəyirik ki, gözəl mübarizə olsun və azarkeşlər baxımlı futbol izləsinlər".

Qeyd edək ki, "Şaxtyor" – "Fənərbaxça" qarşılaşması noyabrın 25-i saat 00:00-da İngiltərədə "Stemford Bric" stadionunda keçiriləcək.

Birev — ev elanları, mənzil, həyət evi, torpaq, ofis | Daşınmaz əmlak platforması
Qarabağ FK

Son xəbərlər

Futbol
Bu gün, 18:37

“Yamalın Bakıya gəlməməsinə görə üzülürəm” – Dambrauskas

Futbol
Bu gün, 18:29

Lukaku “Fənərbağça”dan ayrıla bilər

Futbol
Bu gün, 18:22

Umarali Raxmonaliyev: "Barselona" ilə oyunda əlimizdən gələnin ən yaxşısını edəcəyik

Digər
Bu gün, 18:20

Valdas Dambrauskas: Müdafiədə məyyən boşluqlarımız ola bilər

Futbol
Bu gün, 18:20

Umarali Raxmonaliyev: 100 %dən artıq performans göstərəcəyik

Futbol
Bu gün, 18:20

Arda ”Real”dakı komanda yoldaşına nə hədiyyə etdi? - FOTO

Qarabağ FK
Bu gün, 18:18

Barselona

Futbol
Bu gün, 18:13

Dambravskas Sabah — Barselona matçı öncəsi: "Barselona"da zəif tərəf tapmaq çətindir, Lamine Yamalın olmaması bizi narahat etmir

Futbol
Bu gün, 18:13

PSJ “Barselona”nın transfer edə bilmədiyi futbolçunu istəyir

Boks
Bu gün, 18:10

Boksçumuz ardıcıl üçüncü dəfə Avropa çempionu oldu

Voleybol
Bu gün, 18:10

“ORDU”dan qələbə

Futbol
Bu gün, 18:03

“Sabah” - “Barselona” oyununa görə bəzi marşrutların hərəkət sxemi dəyişdiriləcək

Basketbol
Bu gün, 18:02

“Siz bununla azarkeşləri aldadırsınız”

Boks
Bu gün, 17:58

Azərbaycan boksçusu ardıcıl üçüncü dəfə Avropa çempionu olub

Futbol
Bu gün, 17:58

Mehmet Topal: “Barselona” ilə oyun Azərbaycan futbolu üçün mühüm hadisədir”

Qarabağ FK
Bu gün, 17:46

Patrik Andrade: “Premyer Liqa tədricən inkişaf edir, amma komandamız çətin dövrdədir”

Digər
Bu gün, 17:45

Sterlinq: "Xoşunuza gəlmirsə, Amerikaya gəlməyin"

Futbol
Bu gün, 17:40

Liqada “saxta” oyun və ya komanda niyə meydandan çıxmaq istədi? - Olayın VİDEOsu

Futbol
Bu gün, 17:40

"Monza"nın hücumçusu nəhənglərin hədəfində

Futbol
Bu gün, 17:40

“Sabah”ın rəqibi “Vilyarreal”da ciddi itki: futbolçu əməliyyat olunacaq

Formula 1
Bu gün, 17:35

“Ferstappenin müqaviləsini uzatması “Red Bull”a sabitlik qazandırdı”

Futbol
Bu gün, 17:31

İspaniya mətbuatı ‘Barselona’nın ‘Sabah’la oynayacağı start heyətini açıqladı

Futbol
Bu gün, 17:30

Netanyahu hökuməti “Qalatasaray”dan UEFA-ya şikayət etdi - SƏBƏB

Oxşar xəbərlər