Mətbuatda 11 yaşlı Messi Jmırın Rusiyanın "Spartak" klubuna keçməsi ilə bağlı məlumat yayılıb.
İdman.Biz xəbər verir ki, gənc futbolçu paytaxt təmsilçisinin akademiyasına çağırılsa da, skautların onu izləməyə davam edəcəyi bildirilir.
"Krasnodar" akademiyasında yarımmüdafiəçi kimi yetişməsinə baxmayaraq, Jmır baxış oyununda qapıçı qismində çıxış edib. Həmçinin, onun qış birinciliyində qalib gəlməsi ilə bağlı məlumat da yanlışdır.

Yeniyetməyə bu qeyri-adi adı anası verib. O, dünya çempionu, dəfələrlə "Qızıl top" mükafatının sahibi Lionel Messinin qatı azarkeşidir.