Almaniya millisinin qapıçısı Manuel Noyer açıqlama verib. Sport24.az xəbər verir ki, insayder Fabrizio Romanonun sorğusunu cavablandıran qolkiper hazırda davam edən dünya çempionatının onun üçün sonuncu rəsmi turnir olduğunu deyib:
"Sonuncu turnirimdir. İki il sonra baş tutacaq Avropa çempionatında oynamağı planlaşdırmıram. Gələcəklə bağlı çox düşünmürəm. Hər oyun mənim üçün potensial son matçdır".
41 yaşlı qapıçı Almaniya millisi ilə dünya çempionatında iştirak edir.