top
Mançester Yunaytedin baş məşqçi vəzifəsi üçün namizədlər açıqlanıb Idman.biz
02 noyabr 2026, 08:28
- ↺ +

Mançester Yunaytedin baş məşqçi vəzifəsi üçün namizədlər açıqlanıb

İngiltərənin "Mançester Yunayted" futbol komandasının baş məşqçisi Maykl Karrik yaxın vaxtlarda vəzifəsindən ayrıla bilər.

İdman.Biz "Football365" nəşrinə istinadən xəbər verir ki, klub rəhbərliyi uğursuz nəticələr səbəbindən mütəxəssislə əməkdaşlığa son qoymaq variantını ciddi şəkildə nəzərdən keçirir.

Transfer eksperti Qrem Beylinin məlumatına görə, Karrikin noyabrda milli komandaların oyunları ilə əlaqədar yaranacaq fasiləyədək istefaya göndərilməsi ehtimalı yüksəkdir.

Baş məşqçi postuna əsas namizəd "Nyukasl"ın sabiq çalışdırıcısı Eddi Haudur. İngiltərə klubunun futbol direktoru Ceyson Uilkoksun 48 yaşlı mütəxəssisin təyinatında maraqlı olduğu bildirilir.

"Eddi Hau Ceyson Uilkoksun çox bəyəndiyi mütəxəssisdir. Bu istiqamətdə artıq müəyyən işlər görülüb. Onun təyinatı üçün "Nyukasl"a 3 milyon funt-sterlinq, məşqçilər heyətinə görə isə əlavə 3 milyon ödənilməlidir. Ümumi məbləğ 6 milyon funt-sterlinq təşkil edə bilər", - deyə Beyli bildirib.

Ekspert digər namizədlərin də adlarını açıqlayıb:

"Yulian Naqelsmannın namizədliyini Kristofer Vivell fəal şəkildə dəstəkləyir. Antonio Kontenin də klub daxilində tərəfdarları var. Onun təcrübəsi və qısa müddətdə komandaya müsbət təsir göstərmək bacarığı yüksək qiymətləndirilir. Bununla belə, hazırda əsas namizəd Eddi Hau olaraq qalır".

Beyli Kerrikin istefasını qaçılmaz hesab etdiyini vurğulayıb:

"Ceyson Uilkoks istefa verməyəcək, futbolçuların hamısı satılmayacaq. Rəhbərliyin edə biləcəyi əsas dəyişiklik Maykl Karriklə bağlıdır. Mənim fikrimcə və eşitdiklərimə əsasən, o, beynəlxalq fasiləyə qədər "Old Trafford"dan ayrılacaq".

Qeyd edək ki, "Mançester Yunayted" son beş oyunun dördündə məğlub olub. Komanda əvvəlcə "Bornmut"a 0:3, ardından İngiltərə Premyer Liqasında "Çelsi"yə 0:2 hesabı ilə uduzub.

Birev — ev elanları, mənzil, həyət evi, torpaq, ofis | Daşınmaz əmlak platforması
Qarabağ FK

Son xəbərlər

Qarabağ FK
Bu gün, 16:30

Gəncədə anşlaq, “Qarabağ” üçün təhlükə - Vəziyyət daha da pisləşə bilər

Futbol
Bu gün, 16:22

PSJ-yə ağır zərbə: Dezire Due mövsümü erkən başa vurdu

Futbol
Bu gün, 16:05

Son çempion Sumqayıtda niyə laqeyd münasibət gördü? - VİDEO

Qarabağ FK
Bu gün, 15:50

“Kəpəz” – “Qarabağ”: START HEYƏTLƏR

Futbol
Bu gün, 15:48

Çalhanoğlu uğrunda üç nəhəng klubun mübarizəsi, “İnter”də maaş problemi

Futbol
Bu gün, 15:40

"Araz-Naxçıvan" - "Neftçi" - CANLI YAYIM

Futbol
Bu gün, 15:40

Şahin Şahniyarov: Şəfaya qarşı 6 xallıq qələbə qazandığımızı deyə bilərəm, milli komandada daimi yer qazanmaq istəyirəm

Futbol
Bu gün, 15:30

PSJ "Bornmut"un hücumçusunu 95 milyon avroya ala bilər

Futbol
Bu gün, 15:28

Maktominey 2027-ci ildə Mançester Yunaytedə qayıda bilər

Digər
Bu gün, 15:15

17 yaşlı parataekvondoçumuzdan dünya çempionatında ilk qələbə

Futbol
Bu gün, 15:14

Dezire Due çarpaz bağları qoparaq PSJ-də ciddi itki yaşadı

Futbol
Bu gün, 15:07

Musiala Barcelona’ya keçə bilər? 25 milyonluq maaş müzakirəsi

Futbol
Bu gün, 15:00

Əli Qədimov: “Məqsədimiz ilk 6-lıqda yer almaqdır”

Futbol
Bu gün, 14:56

Poçettinodan köməkçilərinə ingilis dili tələbi

Futbol
Bu gün, 14:47

Dünya çempionu canlı yayımda huşunu itirdi - VİDEO

Basketbol
Bu gün, 14:44

Azərbaycanın U-14 basketbol millisi Belqraddakı toplanışı başa vurdu: 1 qələbə, 2 məğlubiyyət

Voleybol
Bu gün, 14:40

Qadın voleybolçulardan ibarət "Turan"ın Çempionlar Liqasındakı ev oyunları Tovuzda keçiriləcək

Futbol
Bu gün, 14:38

“İstəyimizə nail ola bilmədik” – Emin Rüstəmov

Futbol
Bu gün, 14:30

“Barselona” “Sabah”la oyundan əvvəl son matçında çıxır

Digər
Bu gün, 14:30

Mahir Emrelinin komandası “Vidzev”i qəbul edəcək

Futbol
Bu gün, 14:19

“Mançester Yunayted”in kapitanı getməyə hazır olduğunu deyib

Futbol
Bu gün, 14:00

Rövlan Muradov: 'Neftçi' ilə döyüşüb-vuruşaraq xal qazanmağa çalışacağıq'

Futbol
Bu gün, 13:43

Mbappe “Real”ın futbolçularına əsəbiləşdi: “Düşünməyi dayandır!” - VİDEO

Futbol
Bu gün, 13:41

"Neftçi" Şamaxıda zirvəyə yüksələ bilər - Heyətlər

Oxşar xəbərlər