top
Maksim Medvedev Elvin Cəfərquliyev və Abbas Hüseynovun əsas komandaya qayıdış ümidlərindən danışıb Idman.biz
23 aprel 2026, 20:21
- ↺ +

Maksim Medvedev Elvin Cəfərquliyev və Abbas Hüseynovun əsas komandaya qayıdış ümidlərindən danışıb

Elvin və Abbas əsas komandaya qayıtmaq üçün fərdi şəkildə əlavə hazırlıq keçirlər.

İdman.Biz xəbər verir ki, bu sözləri AZƏRTAC-a açıqlamasında "Qarabağ"ın əvəzedici komandasının baş məşqçisi Maksim Medvedev əsas komandadan uzaqlaşdırılan futbolçular – Elvin Cəfərquliyev və Abbas Hüseynovun hazırkı durumu ilə bağlı danışarkən deyib.

O, hər iki futbolçunun əvəzedici komandada məşqlərini davam etdirdiyini bildirib: "Hazırda həm Elvin Cəfərquliyev, həm də Abbas Hüseynov komandamdadır. Baş verənləri müzakirə etmişik və onları başa düşürəm. Belə hallarda futbolçuları birbaşa tənqid etmək düzgün olmaz. Hər bir insan səhv edə bilər. Görünür ki, müəyyən səbəblər olub və buna görə baş məşqçi Qurban Qurbanov onları əsas komandadan uzaqlaşdırıb. Ola bilsin ki, bu hadisə həm Elvin, həm də Abbas üçün müəyyən nəticələr çıxarmağa səbəb olacaq. Onlar peşəkar və tanınmış futbolçulardır. Bu cür halların baş verməsi idman ictimaiyyəti tərəfindən də diqqətlə izlənilir. Heç kim belə vəziyyətin yaranmasını istəməzdi və hazırda futbolçular bunun məsuliyyətini daşıyırlar".

Baş məşqçi futbolçuların fiziki durumunun qorunması üçün əlavə tədbirlər görüldüyünü də vurğulayıb: "Çalışırıq ki, formalarını itirməsinlər. Bunun üçün əlavə məşqlər də keçirik. Onlar da vəziyyəti düzgün qiymətləndirir və əsas komandaya qayıtmaq üçün hazır olmağa çalışırlar. Hətta məşqlərdən sonra fərdi şəkildə əlavə hazırlıq keçirlər. Hazırda U-20 millisinə görə Əvəzedicilər Liqasında fasilə yaranıb. Fasilə dövründə futbolçuların oyun praktikasını qoruması çox vacibdir. Əgər fasilə başa çatanadək komandada qalsalar, onları oyunlara cəlb etməyi planlaşdırırıq. Məqsəd futbolçuların oyun praktikasını itirməməsidir. Qarşıda vacib matçlar var və istəyirik ki, əsas komandaya qayıtdıqda hazır vəziyyətdə olsunlar".

M.Medvedev futbolçuların əsas komandaya dönüşünün baş məşqçi Qurban Qurbanovun qərarından asılı olduğunu söyləyib: "Onların hansı müddətə əvəzedici komandada çıxış edəcəkləri hələlik məlum deyil. Bu məsələ tamamilə baş məşqçinin qərarından asılıdır. Hesab edirəm ki, müəyyən müddətdən sonra baş verənlər müzakirə olunaraq futbolçuların bağışlanması mümkündür. Biz də futbolçu olduğumuz dövrdə səhvlər etmişik və cəzalar almışıq".

"Qarabağ"ın və Azərbaycan millisinin keçmiş futbolçusu Qurban Qurbanovla bu məsələ ilə bağlı hələlik birbaşa müzakirə aparılmadığını diqqətə çatdırıb: "Hazırda onun diqqəti çempionat oyunlarına yönəlib. Bununla belə, köməkçi məşqçilərlə daim əlaqədəyik, futbolçuların durumu, statistikası və davranışları barədə onlara məlumat verirəm".

Qeyd edək ki, Elvin Cəfərquliyev və Abbas Hüseynov intizam qaydalarını pozduqlarına görə əsas komandadan uzaqlaşdırılıblar.

Birev — ev elanları, mənzil, həyət evi, torpaq, ofis | Daşınmaz əmlak platforması
Qarabağ FK

Son xəbərlər

Futbol
Bu gün, 20:39

Bavariya Noyeri yaralı, Borussia 2-1 qələbə qazanıb

Futbol
Bu gün, 20:38

Al-Nasr Joao Felix'i Barcelona'dan koruyacaq: 50 milyon avroya ulaşacaq

Futbol
Bu gün, 20:13

Zaur Həşimov: "Şəfa"nın "Araz-Naxçıvan"la heç-heçə etdiyi oyunda dörd xalın əlimizdən alındığını düşünürəm [video]

Futbol
Bu gün, 20:00

Kalyari 1-0 ilə Frozinone’yi məğlub edərək dörd ardıcıl məğlubiyyətdən çıxdı

Futbol
Bu gün, 19:56

Əvəzedicilər Liqası: "Şamaxı-2" səfərdə "İmişli-2"ni 4:2 hesabı ilə məğlub etdi

Futbol
Bu gün, 19:47

Yuri Maksimov: Araz-Naxçıvanın sonuncu yerdə olmasına baxmayaraq, hər oyuna qələbə üçün çıxacağını bildirir ki, zədələr heyət inikasını mənfi təsir edir

Futbol
Bu gün, 19:41

Şəfa klubunun prezidenti Zəfər Günü münasibətilə Vətən müharibəsi iştirakçılarına hədiyyə təqdim etdi

Futbol
Bu gün, 19:29

Moürinyeu Viníusun meydan vaxtını azaldı: Hər matçda 12 dəqiqədən çox oynamaqdan imtina edir

Futbol
Bu gün, 19:26

Vanspor, Sivassporu 3:1 qələbə ilə məğlub etdi

Futbol
Bu gün, 19:25

Montader Məcidin ölüm təhdidina cavab: İraqın "Hammarby" oyunçusu milli komandanı rədd etdiyinə görə hədələnib

Futbol
Bu gün, 19:15

Zaur Həşimov: "Şəfa" haqqında qərar verən mübahisəli epizodlar səbəbindən iki oyunda 4 xal itirdik

Futbol
Bu gün, 19:13

Rasinq Santander İlk Səfər Qələbəsini Qazanıb

Futbol
Bu gün, 19:09

Manuel Noyer Bayern tarixində ən yaşlı futbolçu oldu

Futbol
Bu gün, 19:01

Maksimov: Zədələr və sadə qollar səbəbindən qələbə almırıq

Cüdo
Bu gün, 18:57

Bakıda cüdo üzrə böyüklər arasında şəhər çempionatı noyabrın 14-15-də keçiriləcək

Futbol
Bu gün, 18:45

Mourino "Real Madrid"də PSJ-nin fiziki yüklənməni idarə etmə strategiyasını tətbiq etdi

Futbol
Bu gün, 18:34

Futbol tarixində ən yadda qalan oyunçu-məşqçilər: Dalqliş, Gullit, Vialli və başqaları

Futbol
Bu gün, 18:31

Tottenham 1-0 Leeds məğlubiyyəti: Noa Okaforun qolu

Güləş
Bu gün, 18:27

Azərbaycan idmançıları Daqarda Olimpiya oyunlarında uğurlu başlanğıc edib

Basketbol
Bu gün, 18:26

“Neftçi” basketbol komandası baş məşqçisinin “İlk 20 dəqiqə kiçik fəlakət idi” açıqlaması

Qarabağ FK
Bu gün, 18:21

Premyer Liqasında Şəfa və Araz-Naxçıvan 2:2 Bərabərlikdə Bitdi

Qarabağ FK
Bu gün, 18:12

"Turan Tovuz"un futbolçusu Xorxe Silvanın "Qarabağ"a qələbədən sonra Benito sportify.az-a müsahibəsi

Futbol
Bu gün, 17:58

Azərbaycan U-19 milli komandası Avropa çempionatı üçün heyəti açıqladı

Digər
Bu gün, 17:57

Sərhədçi 1:0 məğlubiyyə ilə Peşəkar Çövkən Liqasının çempionu oldu

Oxşar xəbərlər