top
Luis Enrikenin uşaqlıqdakı Reala qarşı münasibəti: Forma geyinsən, danışmayacağam Sport24.az
27 may 2026, 14:20
- ↺ +

Luis Enrikenin uşaqlıqdakı "Real"a qarşı münasibəti: "Forma geyinsən, danışmayacağam"

​PSJ-nin baş məşqçisi Luis Enrikenin uşaqlıq illərinə dair maraqlı faktlar ortaya çıxıb. Sport24.az xəbər verir ki, ispaniyalı mütəxəssisin futsal üzrə ilk məşqçisi olmuş Xose Mariya Fernandes de Brito "RMC"yə açıqlamasında onun gənclik dövrü və xarakteri barədə danışıb.

 

​Məşqçinin sözlərinə görə, Enrike hələ 7 yaşında olarkən güclü liderlik xüsusiyyətləri ilə həmyaşıdlarından seçilib və komandada söz sahibi olub:

 

"Dəcəllik edəndə Abelardo (Luis Enrikenin uşaqlıq dostu və sabiq komanda yoldaşı – red.) həmişə birinci qaçıb gizlənirdi. Amma Luis fərqli idi. O, əsl lider kimi öndə durur, məsuliyyəti mən daşıyıram və biz belə edəcəyik deyirdi".

 

De Brito təcrübəli çalışdırıcının uşaq vaxtı "Real"a qarşı olan radikal münasibətini də xatırlayıb. O, "kral klubu"nun azarkeşi olan bir tanışlarının gənc Luisə "ağ forma sənə yaraşar" dediyi anı belə nəql edib:

 

"Luis dərhal ayağa qalxdı və sərt şəkildə bildirdi: Əgər Real forması geyinsən, səninlə bir daha danışmayacağam".

 

​Uşaqlıqdakı bu böyük barışmazlığa baxmayaraq, tale elə gətirib ki, Luis Enrikenin peşəkar karyerası məhz "Real"la kəsişib. Keçmiş məşqçisi zarafatla əlavə edib ki, həmin dövrdə "kral klubu"ndan gələn təklifdən imtina etmək imkansız idi.

 

Bununla belə, De Brito vurğulayıb ki, Enrikenin qəlbi həmişə "Barselona" ilə döyünüb və Madriddə keçirdiyi illər onun üçün psixoloji baxımdan heç də asan olmayıb.

 

​Qeyd edək ki, hazırda PSJ-yə rəhbərlik edən Luis Enrike Paris təmsilçisi ilə Çempionlar Liqasında ardıcıl ikinci dəfə finala yüksəlməyə hazırlaşır.

Birev — ev elanları, mənzil, həyət evi, torpaq, ofis | Daşınmaz əmlak platforması
Qarabağ FK

Son xəbərlər

Cüdo
Bu gün, 15:31

Sumqayıtda Abşeron-Xızı cüdo çempionatı keçdi

Futbol
Bu gün, 15:30

Cim Retkliff 2029-cu ilin ikinci yarısında Manchester United‑in əsas sahibi ola bilər

Futbol
Bu gün, 15:18

FIFA U-15 Dünya Çempionatı: Bakıda 114 min porsiya yemək və 27 ton çamaşır

Futbol
Bu gün, 15:15

Araz-Naxçıvanın futbolçusu Rövşan Muradov "Zirə" ilə matçda zədələndi

Futbol
Bu gün, 15:11

Sumqayıtın legioni, Ronaldo Vakzez: "Üç xal qazanmaq bizim üçün vacibdir"

Futbol
Bu gün, 14:54

Arsen Venger: Hər kəs Bakıda keçirilən FIFA U-15 dünya çempionatına aşiq oldu

Futbol
Bu gün, 14:51

Səbail məşqçisi: Futbolçuların adaptasiyasına inanıram

Futbol
Bu gün, 14:33

Alman mütəxəssis Yulian Naqelsman Juventusun baş məşqçisi ola bilər

Futbol
Bu gün, 14:30

Chelsea və Fulham Real Madridin 21 yaşlı müdafiəçisi Yakobo Ramon üçün rəqabət aparır

Basketbol
Bu gün, 14:12

Azərbaycan komandası idmanında dönüş başladi: Basketbol, voleybol və həndbolda böyük nailiyyətlər

Basketbol
Bu gün, 14:05

Sumqayıt - Sabah oyunu Baki İdman Sarayında keçiriləcək

Futbol
Bu gün, 14:00

Ramik Hacıyev: Dinamo və Polissya ilə danışıqlarım var idi, lakin Metalist 1925 məni daha çox cəlb etdi

Futbol
Bu gün, 13:42

Aston Villa klubunun Ceymi Karragerə qarşı məhkəmə işi

Futbol
Bu gün, 13:30

Futbolun İnkişaf Fondunun 10-cu ildönümü

Futbol
Bu gün, 13:15

Kəpəz Misli Liqa matçında İmişliyə qarşı itki ilə çıxacaq

Basketbol
Bu gün, 13:10

FIBA Avropa Kubokunda “Gəncə” komandası texniki məğlubiyyət aldı

Futbol
Bu gün, 13:04

Azuma Abubakar, "İmişli" qarşısında oynamayacaq

Qarabağ FK
Bu gün, 13:00

“Qəbələ” üçün 9 illik həsrət – “Qarabağ”la 65-ci qarşılaşma, son qələbə 2017-ci il

Gimnastika
Bu gün, 12:50

Mingəçevirdə 8 noyabrda bədii gimnastika üzrə regional yarış keçiriləcək

Formula 1
Bu gün, 12:38

Ferstappen və Louson Meksika Qran-prisinin sərbəst yürüşündəki insident üçün cəzalandırıldı

Digər
Bu gün, 12:00

Ağatahir Əzimov açıqladı: Araz-Naxçıvanın uğursuzluğunun səbəbləri

Güləş
Bu gün, 11:58

Arseniy Djioyev 86 kq çəki qrupunda dördqat dünya çempionu Kayl Deyk ilə finalda görüşəcək

Cüdo
Bu gün, 11:48

Azərbaycanın üç cüdoçusu Neapolda U-23 Avropa çempionatında mübarizə aparacaq

Futbol
Bu gün, 11:28

Qalatasaray, rusiya yarımmüdafiəçisi Matvey Kislyak transferinə maraq göstərir

Oxşar xəbərlər