top
Lorenzo Mezzotero: Azərbaycan U-21 millisində oynamaq mənim üçün böyük qürurdur Idman.biz
25 may 2026, 14:32
- ↺ +

Lorenzo Mezzotero: Azərbaycan U-21 millisində oynamaq mənim üçün böyük qürurdur

"Azərbaycanın U-21 millisindən dəvət almaq mənim üçün böyük qürur mənbəyidir".

Bu sözləri Azərbaycanın U-21 millisinə cəlb olunan İtaliyanın "Sampdoriya" komandasının futbolçusu Lorenzo Mezzotero deyib.

İtaliya əsilli hücumçu Azərbaycan yığmasının formasını geyinəcəyinə görə böyük sevinc hissi keçirdiyini bildirib.

"Bu dəvətə görə çox xoşbəxt və həyəcanlıyam. Azərbaycanda altı il yaşamışam və bu ölkəni çox sevirəm. Buna görə də komandaya qoşulacağım günü səbirsizliklə gözləyirəm", deyə o AZƏRTAC-a açıqlamasında qeyd edib.

Gənc hücumçu əsas məqsədinin daim inkişaf etmək olduğunu söyləyib: "Hazırda bütün diqqətimi hər gün daha da yaxşılaşmağa yönəltmişəm. Çox çalışmaq, oyundan zövq almaq, komandanın qələbələrinə töhfə vermək və qollar vurmaq istəyirəm. Qalan uğurlar isə addım-addım gələcək".

Oyunçu Azərbaycan millisinin şərəfini qorumağın onun üçün xüsusi əhəmiyyət daşıdığını qeyd edib: "Bu komandanın formasını geyinmək böyük şərəfdir".

Futbolçu İtaliya millisindən hər hansı təklif almadığını da vurğulayıb.

Məlumat üçün bildirək ki, Lorenzo Mezzotero "Neftçi" Futbol Akademiyasının yetirməsidir.

Qeyd edək ki, U-21 millisi mayın 28-dən 30-dək Bakıda, mayın 31-dən iyunun 10-dək isə Türkiyənin İsparta şəhərində təlim-məşq toplanışında olacaq. Kollektiv Türkiyədəki hazırlıq çərçivəsində iyunun 6-da Bəhreyn, 9-da isə Qırğızıstanın müvafiq yaş qrupundan ibarət komandasına qarşı 2 yoldaşlıq oyunu keçirəcək. "Sav" stadionunda baş tutacaq hər iki matçın Bakı vaxtı ilə saat 18:00-da başlanması nəzərdə tutulur.

Birev — ev elanları, mənzil, həyət evi, torpaq, ofis | Daşınmaz əmlak platforması
Qarabağ FK

Son xəbərlər

Futbol
Bu gün, 01:58

Trua 2:0 Le-Manı məğlub etdi

Futbol
Bu gün, 01:38

“Real Madrid” futbolçusunun evinə “El Clasico” zamanı 350 min avrodan artıq dəyərində oğurluq

Digər
Bu gün, 01:20

Bakı noyabrın 23‑29‑da qreppling, pankration və həvəskar MMA dünya çempionatlarına ev sahibliyi edəcək

Futbol
Bu gün, 00:43

Bukovina ilə Livıy Bereq arasındakı matç hava hücumu təhlükəsi səbəbindən dayandırıldı

Futbol
Bu gün, 00:38

Cəlal qol vurdu, “Petrolul” evdə xal qazandı

Güləş
Bu gün, 00:26

Arseniy Djioyev: “Ümid edirəm ki, Azərbaycan bayrağı birinci yerdə olacaq”

Futbol
Bu gün, 00:21

Real Madrid müdafiəçisinin evində 350 min avro dəyərində əşyalar oğurlandı

Futbol
Bu gün, 00:12

Manchester United Karrikin gələcəyinə dair qərarı noyabr fasiləsinə qədər təxirə saldı

Futbol
Dünən, 23:55

Simeone La Liqasında ən çox qalib gələn məşqçi rekordunu yenilədi

Futbol
Dünən, 22:53

Rüfat Abdullazadə iştirak etdi, komandası 1:1 heç-heçə ilə tamamladı

Futbol
Dünən, 22:46

Murad Məmmədov Pafos üçün məğlubiyyətdən xilas oldu

Cüdo
Dünən, 22:39

İki Azərbaycan cüdoçusu U-23 Avropa çempionu

Futbol
Dünən, 22:38

Mourinyo yeddi günə üç matç tənqid etdi

Futbol
Dünən, 22:24

Rüfət Abdullazadənin komandası 1:1 nəticəni son anda bərabərlədi

Futbol
Dünən, 22:15

Spalletti: "Napoli qarşısında qələbə üçün rəqiblərdən daha çox istəmək lazımdır"

Olimpiada
Dünən, 21:59

Dakar 2026‑da Azərbaycan üzgüçüsü Süleyman İsmayılzadənin 800 m sərbəst üzmə yarışı ləğv edildi – məşqçinin etirazı

Futbol
Dünən, 21:48

Maykl Karrik Çelsiyə 0:2 məğlubiyyətdəki üç əsas səbəbi izah etdi

Futbol
Dünən, 21:01

"Sabah" klubu "Barselona" ilə UEFA Çempionlar Liqası matçı üçün hazırlanır

Qarabağ FK
Dünən, 20:45

Yeton Bekiri: "Qarabağ"la 0:0 hesablı heç-heçədə komandamdan razıyam, 1 xala layiq idi"

Futbol
Dünən, 20:39

Bayer evdə 4-2 məğlubiyyətə məruz qaldı, RB Leypsiq 2-0 qələbə qazandı

Qarabağ FK
Dünən, 20:36

Qurban Qurbanov: Çatışmazlıqlarımızı Gizlətməyəcəyik

Futbol
Dünən, 20:35

Maksimov: Cədvəldə sonuncu yerdə olduğumuz üçün futbolçularımız həyəcanlıdır

Futbol
Dünən, 20:25

Araz-Naxçıvan – Zirə matçı (2:2) video icmalı

Qarabağ FK
Dünən, 20:10

Çempionatın çətinliyinə qarşı: hər matça maksimum hazırlaşmalıyıq

Oxşar xəbərlər