top
„Liverpul“un transfer hədəfləri: Mora, Kone və Həsən Idman.biz
13 iyul 2026, 00:35
- ↺ +

„Liverpul“un transfer hədəfləri: Mora, Kone və Həsən

İngiltərənin "Liverpul" komandası yay transfer pəncərəsində bir neçə futbolçunu heyətinə qatmaq üçün çalışmalarını davam etdirir.

İdman.Biz xəbər verir ki, Meksika millisinin 17 yaşlı yarımmüdafiəçisi Hilberto Mora mersisaydlıların əsas hədəflərindən biridir.

Gənc futbolçu dünya çempionatında komandasının beş oyunundan dördündə meydana çıxıb. Lakin onun yaşı transferi çətinləşdirir. Belə ki, Mora yalnız 18 yaşını tamamladıqdan sonra Avropa klubuna keçə bilər.

Bundan əlavə, futbolçu bu yaxınlarda "Tixuana" ilə müqaviləsini 2029-cu ilin yayına qədər uzadıb. Bu da mümkün transferi daha da mürəkkəbləşdirir.

Mora ilə təkcə "Liverpul" deyil, "Real Madrid", "Barselona", "Mançester Siti", "Çelsi", PSJ və "Bavariya" da maraqlanır.

Mersisaydlıların digər hədəfi isə İtaliya A Seriyası təmsilçisi "Roma"da çıxış edən Fransa millisinin yarımmüdafiəçisi Manu Konedir. Daha əvvəl "Liverpul"un maraq dairəsində olan futbolçu son vaxtlar "Mançester Yunayted"in də əsas transfer namizədlərindən sayılır. Buna baxmayaraq, İngiltərə klubu onun transferi uğrunda mübarizəyə yenidən qoşulmağa hazırlaşır.

"Liverpul"un diqqət mərkəzində olan digər futbolçu isə Misir millisinin və İspaniya təmsilçisi "Real Ovyedo"nun cinah oyunçusu Hayssam Həsəndir. 24 yaşlı futbolçu ilə bağlı danışıqların aparıldığı bildirilir.

Həsənin müqaviləsində 12 milyon avro (24 milyon AZN) məbləğində sərbəstqalma bəndi yer alıb. Lakin "Liverpul"un bu məbləğdən aşağı təkliflə transferi reallaşdırmağa çalışdığı vurğulanır. Daha əvvəl "Seltik"in etdiyi aşağı məbləğli təklifin rədd edildiyi də qeyd olunub.

Birev — ev elanları, mənzil, həyət evi, torpaq, ofis | Daşınmaz əmlak platforması
Qarabağ FK

Son xəbərlər

Futbol
Bu gün, 08:17

Mbina: “Uşaq vaxtı xəyal qururdum, həyata keçəcəyini düşünməmişdim”

Futbol
Bu gün, 08:07

Afrika çempionunun taleyi bu gün həll olunur: CAS tarixi qərarını açıqlayacaq

Futbol
Bu gün, 08:00

“Barselona” qarşısında nə etməli?

Futbol
Bu gün, 07:03

Manchester United qırmızı vərəqə qərarına apellyasiya verir

Futbol
Bu gün, 06:13

Bavariyada Musialanın gələcək planları və gizli görüşün detalları açıqlandı

Futbol
Bu gün, 05:07

Unai Emeri Qalatasaray’ın ən təhlükəli tərəfini açıqladı

Futbol
Bu gün, 04:14

Barselona futbolçusu Mirza Çatoviç əməliyyat olacaq

Futbol
Bu gün, 03:12

Vinisiusun PSJ-yə transferi ilə bağlı gözlənilməz açıqlama

Futbol
Bu gün, 02:40

Timoteuş Puxaç: Oyun çıxmadığı üçün kədərlidir, amma həvəsini itirməyəcək

Futbol
Bu gün, 02:29

Qalatasaray azarkeşi şir maskasında qaçan şir axtarışına qoşuldu

Qarabağ FK
Bu gün, 02:20

Qurban Qurbanov Emin Mahmudovun 10 illik milli komandadakı sabit oyununu və gedişini necə qiymətləndirir?

Futbol
Bu gün, 02:10

Brentford Evertonu dörd qol və qırmızı kartla məğlub etdi

Futbol
Bu gün, 02:03

Levante 1-1 dərəcəli Elçəyə qarşı məğlubiyyətdən xilas oldu

Futbol
Bu gün, 01:47

Varela'nın iki qoluyla Monza çempionatın ardıcıl məğlubiyyətlərinə son verdi

Futbol
Bu gün, 01:32

Çempionlar Liqasında "Sabah" – "Barselona" matçı: Flik Yamalın yoxluğu ilə, "Sabah" Kanselonun zəifliyi ilə üzləşir

Futbol
Bu gün, 01:25

Cırtdanlar arasında futbol dünya çempionatında Mərakeş-Kolumbiya görüşündə dava baş verdi

Futbol
Bu gün, 01:20

PSJ Safonovu yeni müqavilə ilə məvacibini artırmağa hazırdır

Futbol
Bu gün, 01:18

Tebas: “Hakimlərə ən böyük təzyiqi “Real” Madrid edir”

Futbol
Bu gün, 01:05

"Qalatasaray" "Aston Villa"ya, "Arsenal" Borussiya Dortmund" qarşı - YENİLƏNİR

Futbol
Bu gün, 01:01

De Bruyne keçmiş komandasına qarşı oyundan danışdı: “Mareskanı yaxşı tanıyıram”

Futbol
Bu gün, 00:45

Aston Villa, Qalatasarayla oyundan əvvəl məşqə çıxmayacaq: Səbəb ot örtüyünün pis vəziyyəti

Qarabağ FK
Bu gün, 00:42

“Qarabağ” Qazaxıstan klubundan əvvəlki məğlubiyyətin əvəzini çıxdı - FOTO

Formula 1
Bu gün, 00:31

Ferstappen Formula-1-dəki texniki reqlament problemlərinin 2030-cu ilə qədər davam edəcəyi proqnozunu verdi

Futbol
Bu gün, 00:22

İlin ən yaxşı gənc oyunçusu oldu

Oxşar xəbərlər