top
Liqa 1: Monako Marsel üzərində qələbə qazandı, digər oyunlarda heç-heçə qeydə alındı Idman.biz
06 aprel 2026, 01:10
- +

Liqa 1: "Monako" "Marsel" üzərində qələbə qazandı, digər oyunlarda heç-heçə qeydə alındı

Fransa Liqa 1-in 28-ci turu çərçivəsində keçirilən mərkəzi qarşılaşmada "Monako" öz meydanında "Marsel"i qəbul edib. Gərgin keçən mübarizədə meydan sahibləri 2:1 hesablı qələbə qazanaraq turnir cədvəlindəki mövqelərini yaxşılaşdırıblar.

İdman.Biz xəbər verir ki, matçda hesabı 59-cu dəqiqədə Aleksandr Qolovin açıb. 74-cü dəqiqədə isə Folarin Baloqun meydan sahiblərinin üstünlüyünü iki qola çatdırıb. "Marsel" oyunun sonlarına yaxın, 85-ci dəqiqədə Amin Quirinin qolu ilə fərqi azaltsa da, bərabərlik qolunu vura bilməyib.

Bu qələbə sayəsində xallarını 49-a çatdıran "Monako" Liqa 1-də ardıcıl yeddinci qələbəsini qazanaraq beşinci pilləyə yüksəlib. Eyni xala malik olan "Marsel" isə ardıcıl ikinci məğlubiyyətini almasına baxmayaraq, əlavə göstəricilərə görə dördüncü pillədəki yerini qoruyub.

21:36

Fransa Liqa 1-in 28-ci turu çərçivəsində "Loryan" öz meydanında "Paris" komandasını qəbul edib. Gərgin keçən mübarizə 1:1 hesablı heç-heçə ilə başa çatıb.

İdman.Biz xəbər verir ki, matçda hesabı 54-cü dəqiqədə meydan sahiblərinin hücumçusu Bamba Dyenq açıb. Lakin qonaqlar məğlubiyyətdən qaçmağı bacarıblar. 74-cü dəqiqədə Marşall Munetsi tarazlığı bərpa edərək komandasına bir xal qazandırıb.

Turun digər qarşılaşmalarında da bərabərlik qeydə alınıb. "Mets" və "Nant" komandaları arasındakı oyun qolsuz (0:0) yekunlaşıb. "Havr" və "Oser" mübarizəsində isə tərəflər hərəyə bir qol vurmaqla (1:1) meydandan ayrılıblar.

19:37

"Lion" səfərdə "Anje" ilə qarşılaşdığı Fransa Liqa 1-in 28-ci tur matçında xal itkisi ilə üzləşib.

İdman.Biz xəbər verir ki, 90 dəqiqə ərzində komandalar bir-birinin qapısına yol tapa bilməyiblər. Oyun başladığı kimi – qolsuz bərabərliklə yekunlaşıb.

Bu nəticədən sonra bütün turnirlər daxil olmaqla qələbəsiz seriyasını doqquz matça çatdıran "Lion" 48 xalla beşinci pillədə qərarlaşıb. 33 xalı olan "Anje" isə turnir cədvəlinin 12-ci pilləsində yer alıb.

Birev — ev elanları, mənzil, həyət evi, torpaq, ofis | Daşınmaz əmlak platforması
Qarabağ FK

Son xəbərlər

Futbol
Bu gün, 05:44

Premyer Liqa nəhəngləri Fulham‑un 19‑yaşlı ulduzu Coş King ilə maraqlanır

Gimnastika
Bu gün, 02:14

Mədinə Mustafayeva və Vladimir Dolmatov dünya gimnastika çempionatında gümüş medal qazandılar

Futbol
Bu gün, 00:36

"Traktor" Asiya Çempionlar Liqasının Elit mərhələsində 0:1 məğlubiyyətlə başladı

Basketbol
Dünən, 23:54

Erhan Toker: “Matçdan razı qaldıq, amma nəticədən narazıyıq”

Futbol
Dünən, 23:37

Zaur Haşımov: “Sabah”a 0:3 məğlubiyyətdə də layiqincə mübarizə apardıq

Futbol
Dünən, 23:06

Valdas Dambrauskas: Çempionlar Liqasından sonra komandamızın tam köklənməsi çətindir

Güləş
Dünən, 22:30

Optimist və ILCA4 siniflərində Yelkən İdmanı Açıq Azərbaycan Çempionatı sona çatdı

Futbol
Dünən, 22:05

Azərbaycan U19 qadın milli komandası Moldova ilə 2-2 bərabərlikdə nəticələndi

Güləş
Dünən, 21:38

Azərbaycan çimərlik güləşi millisi Dünya Seriyası finalına hazırlaşır

Basketbol
Dünən, 21:26

LANDAU Lions, Latviya çempionu VEF Rīga qarşısında məğlub oldu

Futbol
Dünən, 21:15

Barselona 2027-ci ildə Erling Haalandı komandaya cəlb etməyi planlaşdırır

Futbol
Dünən, 19:55

“Neftçi” klubunun Elvin Camalovla müqaviləsi qarşılıqlı razılıqla xitam verildi

Qarabağ FK
Dünən, 19:40

“Qarabağ”ın futbolçusu Marko Yankoviç Monteneqro millisinə dəvət alıb, Ermənistanla oyunlarda çıxış edəcək

Minifutbol
Dünən, 19:28

Araz‑Naxçıvanın Futzal Çempionlar Liqası matçları Polşanın Qlivitse şəhərindəki PreZero Arena’da keçiriləcək

Minifutbol
Dünən, 17:43

Araz‑Naxçıvan futzal klubu transfer siyasətini dəyişir

Qarabağ FK
Dünən, 17:19

“Qarabağ”ın sabiq futbolçusu Yassin Benzia “Turan Tovuz”a keçməyib

Futbol
Dünən, 16:28

“Neftçi” Emil Səfərovla “2+1” illik müqaviləni uzatdı - FOTO

Basketbol
Dünən, 14:31

“Sabah” basketbol klubu Avropa Kubokunun qalibi Tacuan Eyci-ni transfer etdi

Futbol
Dünən, 06:15

Barselona məşqçisi Hans‑Dieter Flick: “İkinci yarıda çətinliklərlə qarşılaşdıq”

Futbol
Dünən, 05:46

“Xetafe”nin müdafiəçisi Mohika Lamin Yamal ilə duellaları tərifləyir

Futbol
Dünən, 05:13

Zidane, Fransa millisi üçün ilk heyət siyahısını açıqlamaq ərəfəsində “Formula‑1” İspaniya Qran‑prisinə qatıldı

Futbol
Dünən, 00:26

“Şəfa” kipi Nicat Mehbalıyev: Millidən dəvət almaq ən böyük arzumdur

Futbol
13 sentyabr 2026, 23:33

Şəfa ilə Sabah arasında keçirilən matçın girişləri pulsuz olacaq

Futbol
13 sentyabr 2026, 23:13

Toral Bayramovun oyununa baxmayaraq Bursaspor qələbəni qaçırdı

Oxşar xəbərlər