top
Lionel Messi Argentina millisi üçün karyerasını başa vurdu Idman.biz
31 avqust 2026, 19:59
- ↺ +

Lionel Messi Argentina millisi üçün karyerasını başa vurdu

Argentina millisinin kapitanı, 39 yaşlı futbolçu Lionel Messi yığmadakı karyerasını başa vurduğunu açıqlayıb.

İdman.Biz bildirir ki, 39 yaşlı hücumçu sosial şəbəkə hesabında bununla bağlı vida müraciəti yayımlayıb.

"Uzun düşüncələrdən sonra hər kəsə milli komandada karyeramı başa vurduğumu elan etmək istəyirəm. Bu, ağrılı və hələ də ağrı verən qərardır. Lakin indi bunun üçün ən uyğun vaxt olduğunu başa düşürəm.

Artıq çox az vaxt qalıb, bəzi fəsillər bağlanır və bu fəsil mənə dərin ağrı verir. Mən milli komandada olmağı sevirdim, sevirəm və həmişə sevəcəyəm. Bütün gücümü verdim, artıq verəcək heç nəyim qalmayıb. Bundan əlavə, arxamca milli komandada yer almağa layiq çox istedadlı gənc futbolçular gəlir. Bu 20 il ərzində göstərdiyiniz bütün sevgiyə görə təşəkkür edirəm", - Messi yazıb.

Argentina millisinin sabiq kapitanı qərarı ilə bağlı sözləri ilk dəfə iyulun 21-də, finaldan iki gün sonra yazdığını, lakin ailəsində baş verən sonrakı hadisələrin onu bu qərarda qəti əmin etdiyini bildirib.

"İndi mən sizinlə birlikdə olacağam, kənardan həmişə dəstək verəcəyəm və yaxşı, pis günlərdə sizə azarkeşlik edəcəyəm. Sizə və komanda yoldaşlarıma nağıla bənzər anlar yaşatdığıma görə rahatlıq və qürur hissi ilə ayrılıram. Bunu hamınızla birlikdə yaşamaq inanılmaz idi", - futbolçu əlavə edib.

Qeyd edək ki, Messi Argentina millisinin əsas komandasında 2005-ci ildən çıxış edib. O, milli ilə 2022-ci ildə dünya çempionu olub, 2021 və 2024-cü illərdə Amerika Kubokunu qazanıb. Həmçinin 2022-ci ildə Finalissimada qalib gəlib. Messi 2008-ci ildə Pekin Olimpiadasında Argentina ilə qızıl medal əldə edib.

Birev — ev elanları, mənzil, həyət evi, torpaq, ofis | Daşınmaz əmlak platforması
Qarabağ FK

Son xəbərlər

Futbol
Bu gün, 22:05

"Neftçi‑Zirə matçında Vernidub "Zirənin hansısa epizodunu xatırlamıram" dedi"

Futbol
Bu gün, 22:00

"Barselona" və "İnter" Hermoso üçün transfer axtarır

Futbol
Bu gün, 21:43

Rəşad Sadıqov: «Neftçi»yə qarşı matçda üstün tərəf biz idik

Futbol
Bu gün, 21:41

"Portu"ya ilk Avropa kubokunu gətirən braziliyalı sabiq futbolçu Juari 67 yaşında vəfat edib

Futbol
Bu gün, 21:40

"Atletiko" 35 milyon avroya aldığı Ludmani satmaq istəyir

Digər
Bu gün, 21:27

"Beşiktaş" İstanbulda su tağı ilə qarşılandı

Futbol
Bu gün, 21:20

Rəşad Sadıqov: "Mən bəzi açıqlamaları Verniduba yaraşdırmıram"

Futbol
Bu gün, 21:20

Tanıdığımız sima milliyə dəvət almasının səbəbini bilmir - VİDEO

Futbol
Bu gün, 21:15

Mançester Yunayted, Liverpul və Arsenal Borussiya Dortmundun müdafiəçisi Joan Qadunu transfer etmək istəyir

Futbol
Bu gün, 21:08

«Zirə»nin baş məşqçisi Rəşad Sadıqov «Neftçi» matcından sonra Vernidubla söhbətdə əsəbi reaksiya göstərib

Digər
Bu gün, 21:00

Azərbaycanda üzgüçülük məşqçiləri üçün sertifikatlaşdırma sistemi tətbiq ediləcək

Futbol
Bu gün, 20:53

Premyer Liqa: Neftçi Zirəyə 1:0 hesabı ilə qalib gəlib və liderliyini möhkəmləndirib

Futbol
Bu gün, 20:41

"Bavariya"da zədə böhranı genişləndi"

Futbol
Bu gün, 20:40

"Veteranların futbolun xilaskarı olmadığına dair təhlil"

Digər
Bu gün, 20:38

Gürcüstanın Ankaradakı səfiri UEFA Avropa Liqası matçındakı hadisələrə görə Türkiyə XİN-ə çağırıldı

Futbol
Bu gün, 20:32

Bavariyanın futbolçusu Camal Musiala zədəsi barədə açıqlama

Futbol
Bu gün, 20:26

Arsenal 30 zərbə ilə yalnız bir qol vurdu

Futbol
Bu gün, 20:25

Neftçi fanı İstanbula gediş-qayıdış aviabileti qazanıb

Futbol
Bu gün, 20:20

"Sabah"ın xorvatiyalı legioneri İvan Lepiniçaya "Napoli" qarşısında cərimə riski ilə üzləşir

Futbol
Bu gün, 20:19

İspaniya məhkəməsi «Valensiya»nın sabiq futbolçusu Rafa Mirin həbs cəzasını 7 ilə endirib

Futbol
Bu gün, 20:12

Beşiktaş Sabiha Gökçen Hava Limanında su tağı mərasimi ilə qarşılandı

Futbol
Bu gün, 20:11

"Liverpul" Lyuis Holldan maraqlıdır – "Nyukasl" 80 milyon avro tələb edir

Futbol
Bu gün, 20:10

"Sabah"ın futbolçusu Akim Zedadkanın zədəsi ciddi deyil — "Araz-Naxçıvan"la matçı buraxma ehtimalı var

Şahmat
Bu gün, 20:05

"Nicat Abasov və Gövhər Beydullayeva Türküstanda qızıl medal qazandı"

Oxşar xəbərlər