Rusiya millisinin və "Monako"nun futbolçusu Aleksandr Qolovin karyerasında dəyişiklik emtəyə hazırlaşır. Sport24.az xəbər verir ki, rus futbolçu "Latsio"nun transfer siyahısındadır.
"Qartallar"ın Qolovinin transferini bu yay bitirmək istəyində olduğu bildirilir. 30 yaşlı futbolçunun "Monako" ilə müqavilə müddəti 2029-cu il iyunun 30-na qədərdir.
O, 2018-ci ildən bu klubun formasını geyinir.