“Mançester Yunayted” Lenni Yoronun “Liverpul”la matçda aldığı qırmızı vərəqənin ləğvi üçün apellyasiya şikayəti verməyə hazırlaşır.
QOL.az xəbər verir ki, bu barədə “The Athletic” məlumat yayıb.
Fransalı müdafiəçi Premyer Liqanın 11-ci turunda keçirilən və “Mançester Yunayted’in 0:4 hesabı ilə uduzduğu görüşün 8-ci dəqiqəsində meydandan qovulub. Baş hakim Sem Barrott Yoronu Aleksander İsakın qapıçı ilə təkbətək çıxışına mane olduğuna görə cəzalandırıb. VAR da qərarı təsdiqləyib.
Qeyd olunur ki, klub artıq İngiltərə Futbol Assosiasiyasına apellyasiya niyyəti barədə məlumat verib. Qırmızı vərəqə qüvvədə qalarsa, Yoro “Brentford”la qarşılaşmanı buraxacaq.