top
La Liqa: Ovyedo - Vilyarreal heç-heçəsi, Rayo Valyekanonun qələbəsi, Levantedən inamlı qələbə Idman.biz
24 aprel 2026, 01:59
- ↺ +

La Liqa: "Ovyedo" - "Vilyarreal" heç-heçəsi, "Rayo Valyekano"nun qələbəsi, "Levante"dən inamlı qələbə

İspaniyanın "Ovyedo" futbol komandası La Liqanın 33-cü turu çərçivəsində öz meydanında "Vilyarreal"ı qəbul edib. "Nuevo Karlos Tartyer" stadionunda keçirilən qarşılaşma 1:1 hesablı heç-heçə ilə başa çatıb.

İdman.Biz xəbər verir ki, qonaqlar matça sürətli başlayıblar. Oyunun 13-cü dəqiqəsində qazanılan penalti zərbəsini dəqiq yerinə yetirən hücumçu Nikolya Pepe hesabı açıb. Lakin meydan sahibləri məğlubiyyətlə barışmayıblar. Matçın 69-cu dəqiqəsində İlyas Şayra tarazlığı bərpa edən qola imza atıb.

Bu nəticədən sonra xallarının sayını 62-yə çatdıran "Vilyarreal" turnir cədvəlində üçüncü pillədəki mövqeyini qoruyub. 28 xalı olan "Ovyedo" isə sonuncu pillədə qalmaqda davam edir.

00:17

İspaniya La Liqasının 33-cü turu çərçivəsində "Rayo Valyekano" öz meydanında "Espanyol"u qəbul edib. Gərgin keçən qarşılaşma meydan sahiblərinin 1:0 hesablı minimal qələbəsi ilə başa çatıb.

İdman.Biz xəbər verir ki, matçın taleyi son dəqiqələrdə həll olunub. Görüşün 87-ci dəqiqəsində fərqlənən Serxio Kamelyo komandasına vacib üç xal qazandırıb.

Bu nəticədən sonra xallarının sayını 38-ə çatdıran "Rayo Valyekano" turnir cədvəlində 11-ci pilləyə yüksəlib. Eyni xala malik olan "Espanyol" isə 12-ci sırada qərarlaşıb.

Maraqlıdır ki, Kataloniya təmsilçisi 2026-cı ildə hələ də qələbə üzünə həsrətdir. Komandanın çempionatdakı qələbəsizlik seriyası artıq 15 oyuna yüksəlib. Xatırladaq ki, mövsümün ilk dövrəsindəki matçda "Espanyol" rəqibinə 1:0 hesabı ilə qalib gəlmişdi.

"Rayo Valyekano" növbəti turda, aprelin 26-da öz meydanında "Real Sosyedad"ı qəbul edəcək. "Espanyol" isə bir gün sonra "Levante" ilə qarşılaşacaq.

23:35

İspaniya La Liqasının 33-cü turu çərçivəsində autsayderlər qrupunda yer alan "Levante" öz meydanında "Sevilya"nı qəbul edib. Qarşılaşma meydan sahiblərinin inamlı qələbəsi ilə yekunlaşıb - 2:0.

İdman.Biz xəbər verir ki, matçın qəhrəmanı dubl müəllifi olan İvan Romero olub. 25 yaşlı hücumçu hər hissədə bir dəfə fərqlənməyi bacarıb. O, 38-ci və 90+4-cü dəqiqələrdə rəqib qapısına yol taparaq komandasına vacib qələbəni qazandırıb.

Bu nəticədən sonra xallarının sayını 32-yə çatdıran "Levante" 19-cu pillədə qərarlaşaraq elitada qalmaq şanslarını davam etdirir. 34 xalı olan "Sevilya" isə 17-ci yerdədir və təhlükəli zonadan cəmi bir xal uzaqdadır.

Birev — ev elanları, mənzil, həyət evi, torpaq, ofis | Daşınmaz əmlak platforması
Qarabağ FK

Son xəbərlər

Futbol
Bu gün, 20:39

Bavariya Noyeri yaralı, Borussia 2-1 qələbə qazanıb

Futbol
Bu gün, 20:38

Al-Nasr Joao Felix'i Barcelona'dan koruyacaq: 50 milyon avroya ulaşacaq

Futbol
Bu gün, 20:13

Zaur Həşimov: "Şəfa"nın "Araz-Naxçıvan"la heç-heçə etdiyi oyunda dörd xalın əlimizdən alındığını düşünürəm [video]

Futbol
Bu gün, 20:00

Kalyari 1-0 ilə Frozinone’yi məğlub edərək dörd ardıcıl məğlubiyyətdən çıxdı

Futbol
Bu gün, 19:56

Əvəzedicilər Liqası: "Şamaxı-2" səfərdə "İmişli-2"ni 4:2 hesabı ilə məğlub etdi

Futbol
Bu gün, 19:47

Yuri Maksimov: Araz-Naxçıvanın sonuncu yerdə olmasına baxmayaraq, hər oyuna qələbə üçün çıxacağını bildirir ki, zədələr heyət inikasını mənfi təsir edir

Futbol
Bu gün, 19:41

Şəfa klubunun prezidenti Zəfər Günü münasibətilə Vətən müharibəsi iştirakçılarına hədiyyə təqdim etdi

Futbol
Bu gün, 19:29

Moürinyeu Viníusun meydan vaxtını azaldı: Hər matçda 12 dəqiqədən çox oynamaqdan imtina edir

Futbol
Bu gün, 19:26

Vanspor, Sivassporu 3:1 qələbə ilə məğlub etdi

Futbol
Bu gün, 19:25

Montader Məcidin ölüm təhdidina cavab: İraqın "Hammarby" oyunçusu milli komandanı rədd etdiyinə görə hədələnib

Futbol
Bu gün, 19:15

Zaur Həşimov: "Şəfa" haqqında qərar verən mübahisəli epizodlar səbəbindən iki oyunda 4 xal itirdik

Futbol
Bu gün, 19:13

Rasinq Santander İlk Səfər Qələbəsini Qazanıb

Futbol
Bu gün, 19:09

Manuel Noyer Bayern tarixində ən yaşlı futbolçu oldu

Futbol
Bu gün, 19:01

Maksimov: Zədələr və sadə qollar səbəbindən qələbə almırıq

Cüdo
Bu gün, 18:57

Bakıda cüdo üzrə böyüklər arasında şəhər çempionatı noyabrın 14-15-də keçiriləcək

Futbol
Bu gün, 18:45

Mourino "Real Madrid"də PSJ-nin fiziki yüklənməni idarə etmə strategiyasını tətbiq etdi

Futbol
Bu gün, 18:34

Futbol tarixində ən yadda qalan oyunçu-məşqçilər: Dalqliş, Gullit, Vialli və başqaları

Futbol
Bu gün, 18:31

Tottenham 1-0 Leeds məğlubiyyəti: Noa Okaforun qolu

Güləş
Bu gün, 18:27

Azərbaycan idmançıları Daqarda Olimpiya oyunlarında uğurlu başlanğıc edib

Basketbol
Bu gün, 18:26

“Neftçi” basketbol komandası baş məşqçisinin “İlk 20 dəqiqə kiçik fəlakət idi” açıqlaması

Qarabağ FK
Bu gün, 18:21

Premyer Liqasında Şəfa və Araz-Naxçıvan 2:2 Bərabərlikdə Bitdi

Qarabağ FK
Bu gün, 18:12

"Turan Tovuz"un futbolçusu Xorxe Silvanın "Qarabağ"a qələbədən sonra Benito sportify.az-a müsahibəsi

Futbol
Bu gün, 17:58

Azərbaycan U-19 milli komandası Avropa çempionatı üçün heyəti açıqladı

Digər
Bu gün, 17:57

Sərhədçi 1:0 məğlubiyyə ilə Peşəkar Çövkən Liqasının çempionu oldu

Oxşar xəbərlər