top
Kvinsi Promesin azadlığa buraxılması üçün yeni cəhd: Məhkəmə iclası keçiriləcək Idman.biz
17 mart 2026, 11:00
- ↺ +

Kvinsi Promesin azadlığa buraxılması üçün yeni cəhd: Məhkəmə iclası keçiriləcək

Amsterdam Apellyasiya Məhkəməsi bu gün Kvinsi Promesun işi üzrə növbəti iclasını keçirəcək. Martın 17-nə təyin olunan bu iclasda futbolçunun vəkillərinin onun vaxtından əvvəl və ya apellyasiya prosesi müddətində azadlığa buraxılması ilə bağlı növbəti vəsatətinə baxılacaq.

İdman.Biz xəbər verir ki, məhkəmənin mətbuat katibi Melissa Zeylstra hələlik işin mahiyyəti üzrə əsas dinləmələrin tarixinin dəqiqləşmədiyini bildirib. Hazırda keçirilən iclaslar yalnız futbolçunun həbs qətimkan tədbirinin dəyişdirilməsi və ya saxlanılma şərtləri ilə bağlıdır.

Xatırladaq ki, Kvinsi Promes Hollandiyada iki ayrı cinayət işi üzrə - narkotik vasitələrin qaçaqmalçılığı (6 il) və xalası oğluna bıçaqla xəsarət yetirmə (1.5 il) maddələri ilə ümumilikdə 7.5 il müddətinə azadlıqdan məhrum edilib. Uzun müddət Rusiyada gizlənən və BƏƏ-də saxlanıldıqdan sonra 2025-ci ilin iyununda ölkəsinə ekstradisiya edilən futbolçu hazırda həbsxanadadır.

Promesun vəkilləri onun beş uşağının olduğunu və maliyyə vəziyyətinin pisləşdiyini əsas gətirərək azadlığa buraxılmasını istəsələr də, məhkəmə onun qaçma ehtimalının yüksək olduğunu bildirərək əvvəlki vəsatətləri rədd edib.

Qeyd edək ki, karyerası ərzində "Spartak" Moskva, "Ayaks", "Sevilya" və "Tvente" kimi klublarda çıxış edən 34 yaşlı hücumçu Niderland milli komandasının heyətində 50 oyuna çıxaraq yeddi qol vurub.

Birev — ev elanları, mənzil, həyət evi, torpaq, ofis | Daşınmaz əmlak platforması
Qarabağ FK

Son xəbərlər

Futbol
Bu gün, 07:14

"Aston Villa" Unai Emery-ə yeni müqavilə təklif edir

Futbol
Bu gün, 06:13

Nikolas Pas Çempionlar Liqasının ən məhsuldar futbolçusu oldu

Futbol
Bu gün, 05:11

Erlinq Holand UEFA Çempionlar Liqasında 62-ci qolunu vurdu, Raulun rekorduna yaxınlaşır

Futbol
Bu gün, 04:12

"Komo" Çempionlar Liqasının səfər oyununda 55 illik rekordunu təkrarladı

Futbol
Bu gün, 02:51

UEFA Çempionlar Liqası 2026/27 dördüncü turda PSJ lider, “Sabah” 31-ci yerdə

Futbol
Bu gün, 01:56

ÇL: “Sabah” Norveçdə 4-1 məğlub oldu

Futbol
Bu gün, 01:54

Fənərbağça, Çempionlar Liqasında 18 illik geridönüş məğlubiyyətini sona erdi

Futbol
Bu gün, 01:37

Real Madrid məşqçisi Mourinyo: 'Valverde'dən qapıya zərbə vurmasını istəmədim'

Basketbol
Bu gün, 01:29

Neftçi basketbolu: Müsibət məğlubiyyətdə də güclü xarakterimiz var

Futbol
Bu gün, 01:14

Kilian Mbappe UEFA Çempionlar Liqasında 74-cü qolunu vurdu

Futbol
Bu gün, 00:51

“Yuventus” “Mançester Yunayted”in sloveniyalı forvardı Benjamin Şeşkodur transfer etmək istəyir

Futbol
Bu gün, 00:41

Velko Simic’in sakatlanması ‘Sabah’ın heyətində itki yaradır

Futbol
Bu gün, 00:32

“Barselona” Rafinya Diası ilə 2030-cu il iyun 30-dək müqavilə imzaladı

Futbol
Dünən, 23:51

Romero, Atletico'nun Barcelona qarşısında oynayacaq qarşılaşmada zərbə səbəbindən iştirak etməyəcək

Futbol
Dünən, 23:40

Denis Zakaria, Monako kapitanı, dünyanın ən yaxşı futbolçusunu Lamin Yamal olaraq təyin etdi

Futbol
Dünən, 23:25

Arsenal’a transfer olacağı planlaşdırılan gürcü futbolçu ciddi zədə aldı

Futbol
Dünən, 23:24

Ansu Fati 2026-cı il zədəsi ilə sahədə olmayacaq

Futbol
Dünən, 22:54

Vinicius Junior Çempionlar Liqası oyunundan əvvəl dəhşətli xatirə anında göz yaşı süzdü

Futbol
Dünən, 22:48

Vikinq və Sabah komandalarının UEFA Çempionlar Liqası IV turu üçün start heyətləri;

Futbol
Dünən, 22:43

Fransa polisi Qızıl top mərcində şübhə araşdırır

Futbol
Dünən, 22:17

Braziliyada futbol yarımfinalında 53 qırmızı vərəqə ilə kütləvi dava başladı

Futbol
Dünən, 22:03

Cerrard Cud Bellinqemi Zidanla müqayisə edir, onu dünyanın ən yaxşı 11-ə daxil edərdi

Futbol
Dünən, 21:45

De Yonq əsas heyətə qayıtmaq istəyir, lakin Flik hələ qərar vermir

Digər
Dünən, 21:28

Kəpəz Regional Expo Gəncə 2026 sərgisinə qatılacaq

Oxşar xəbərlər