top
Kurban Berdıyev Rusiya futboluna Azərbaycan təcrübəsini nümunə göstərdi: Legioner limiti ləğv edilsin Idman.biz
27 may 2026, 15:32
- ↺ +

Kurban Berdıyev Rusiya futboluna Azərbaycan təcrübəsini nümunə göstərdi: Legioner limiti ləğv edilsin

"Turan Tovuz"un baş məşqçisi Kurban Berdıyev Rusiya futbolunda legioner limitinin tamamilə ləğv edilməsinin tərəfdarı olduğunu bildirib və buna nümunə kimi Azərbaycan təcrübəsini göstərib.

İdman.Biz xəbər verir ki, rusiyalı-türkmənistanlı mütəxəssis Azərbaycan çempionatında limitin ləğvindən sonra rəqabət səviyyəsinin əhəmiyyətli dərəcədə artdığını, yerli futbolçuların isə daha sürətlə inkişaf etməyə başladığını deyib.

Berdıyevin sözlərinə görə, hazırda Azərbaycan Premyer Liqasındakı vəziyyət ötən mövsümdən ciddi şəkildə fərqlənir.

"Azərbaycanda indi limiti ləğv ediblər. Səviyyə bir neçə dəfə yüksəlib! İndi liderlər istənilən komandaya qarşı xal itirə bilər. Azərbaycanlı futbolçular, o cümlədən komandamızdakı oyunçular ötən illə müqayisədə daha çox səy göstərirlər. Çünki keçən il onların heyətdə yeri təmin olunmuşdu.

İndi isə daha çox çalışaraq milliyə düşüblər. Keçənilki sistem olsaydı, milliyə düşə bilməzdilər – klubun əsas heyətində oynamaq onları qane edirdi. Rəqabət hər yerdə var. Biznesi də hərəkətə gətirən rəqabətdir. Burada da eyni vəziyyətdir – istənilən futbolçu inkişaf edir", – deyə Berdıyev "Cappuccino & Catenaccio" podkastında bildirib.

Mütəxəssis əlavə edib ki, güclü əcnəbi futbolçularla rəqabət yerli oyunçuların inkişafına müsbət təsir göstərir.

"Mən "Turan"ın nümunəsini çəkdim. Keçən il bilirdilər ki, heyətdə oynayacaqlar. Amma bu il əziyyət çəkmək lazımdır. Çalışmağa başladılar – milliyə çağırıldılar! Bundan əvvəl heç vaxt milliyə düşməmişdilər", – deyə Berdıyev vurğulayıb.

Xatırladaq ki, "Turan Tovuz" Berdıyevin rəhbərliyi altında Azərbaycan Premyer Liqasının bürünc mükafatçısı olub və Konfrans Liqasına vəsiqə qazanıb.

Birev — ev elanları, mənzil, həyət evi, torpaq, ofis | Daşınmaz əmlak platforması
Qarabağ FK

Son xəbərlər

Futbol
Bu gün, 11:39

Ayxan Hüseynov: “0:0 dəyən oyundan sonra qələbə üçün daha çox çalışmalıyıq”

Futbol
Bu gün, 11:23

Lixtenşteyn yarıpeşəkar yığmasının Bakıdakı 0:0 nəticəsinə mediya və rəsmi orqanların reaksiyası

Futbol
Bu gün, 11:08

Gəncəbasar futbolçusu Kəpəzlə sınaq matçı öncəsi hazır olduğunu bildirdi

Futbol
Bu gün, 09:41

UEFA Millətlər Liqası: Günün əsas oyunları və qrup mübarizələri

Basketbol
Bu gün, 09:38

Maykl Cordanın 1998-ci NBA finalının forması 12,26 milyon dollara rekord qiymətə satıldı

Futbol
Bu gün, 09:20

Qana millisinin baş məşqçisi Karluş Keyroş 3 ayda ikinci dəfə istefa verdi

Futbol
Bu gün, 06:31

Kurtua açıqladı: “Atletiko” azarkeşlərinə yönəlmiş kimi görünən sözlər əslində Liverpoola yönəlmişdi

Futbol
Bu gün, 04:03

İspaniya millisinin futbolçusu Niko Uilyams zədə səbəbiylə düşərgədən ayrıldı

Futbol
Bu gün, 02:10

Almaniya və Portuqaliya üçün qalibiyyətlər

Futbol
Dünən, 22:38

Ayxan Abbasov: “Məsuliyyəti öz üzərimə götürürəm, qələbə üçün aşağıdan başlamalıyıq”

Futbol
Dünən, 22:14

Manchester United və Chelsea Tomas Araujo’nu transfer etmək istəyir

Futbol
Dünən, 21:39

AFFA Media və İctimaiyyətlə Əlaqələr Şöbə Rəhbəri Murad Axundov Vəzifəsindən Ayrıldı

Futbol
Dünən, 19:09

Aqueronun “Mançester Siti”yə transferi: razılaşma masa örtüyündə imzalanıb

Basketbol
Dünən, 17:40

Basketbol Liqasında “Sabah” və “Neftçi” matçları təxirə salındı

Voleybol
Dünən, 16:40

U-20 qadın voleybol milli komandası Qubada EEVZA çempionatı hazırlığını davam etdirir

Futbol
Dünən, 16:40

U-17 Azərbaycan qızlar millisi Kosovoya 8:3, İrlandiyaya 0:16 hesabla məğlub oldu

Futbol
Dünən, 14:48

AFFA İkinci Liqa turnirində beş klub müxtəlif səbəblərlə cərimə aldı

Futbol
Dünən, 11:36

Türkiyə U-21 millisinin heyətinə iki futbolçu əlavə edildi;

Basketbol
Dünən, 11:19

Sabah basketbolunun legioneri Cerri Bleyks: “Komanda olaraq əlimizdən gələni etdik”

Futbol
Dünən, 09:20

Manchester United Jan-Filip Matetaya maraq göstərir

Futbol
Dünən, 09:02

UEFA Millətlər Liqası: Azərbaycan millisi Lixtenşteynlə bu gün 20:00‑də Bakıda qarşılaşacaq

Cüdo
Dünən, 06:29

Olimpiya çempionu Yeldos Smetov Bakıdakı cüdo dünya çempionatından imtina etdi: “Xalqım məni bağışlamaz”

Futbol
Dünən, 01:42

Ronaldonun şəxsi təyyarəsi Kopenhagenə endi - Portuqaliya millisi ilə yolları ayırdı

Futbol
Dünən, 01:25

İsveçrə Futbol İttifaqı Canni İnfantinonun FIFA prezidentliyi namizədliyinə dəstəyi geri çəkdi

Oxşar xəbərlər