top
Kürasao tarixdə ilk xalını mundialda qazandı Idman.biz
21 iyun 2026, 08:36
- ↺ +

Kürasao tarixdə ilk xalını mundialda qazandı

Ekvador və Kürasao yığmaları futbol üzrə Dünya Çempionatı-2026-nın E qrupunda ikinci turun oyununda qalibi müəyyənləşdirə bilməyiblər. Kanzas-Sitidə keçirilən qarşılaşma qolsuz heç-heçə ilə başa çatıb – 0:0.

İdman.Biz xəbər verir ki, görüşün aşkar favoriti ilk turda Kot-d'İvuara 0:1 hesabı ilə uduzan və qələbəyə ciddi ehtiyac duyan Ekvador hesab olunurdu. Cənubi amerikalılar ilk dəqiqələrdən təşəbbüsü ələ keçirərək demək olar ki, bütün oyunu rəqibin meydanında keçiriblər. Onlar qapıya 28 zərbə endiriblər, bunların 15-i çərçivəyə düşüb. Lakin Ekvador futbolçuları Kürasaonun qapısını heç cür aça bilməyiblər.

Görüşün əsas qəhrəmanı Karib hövzəsi təmsilçisinin 37 yaşlı qapıçısı Eloy Rom olub. Təcrübəli qolkiper dəfələrlə komandasını xilas edib, 15 seyv etməklə dünya çempionatlarının bir oyununda ən çox qurtarış rekordu ilə nəticəni təkrarlayıb.

Bu nəticə sayəsində Kürasao dünya çempionatları tarixində ilk xalını qazanıb. Mundialın debütantları pley-offa çıxmaq şanslarını qoruyub saxlayaraq öz futbol tarixlərini yazmağa davam edirlər.

İki turdan sonra E qrupunda vəziyyət belədir: Almaniya 6 xalla liderdir və artıq pley-offa vəsiqəni təmin edib. İkinci pillədə 3 xalla Kot-d'İvuar qərarlaşıb. Ekvador və Kürasaonun aktivində isə bir xaldan var. Lakin topların daha yaxşı fərqinə görə Cənubi Amerika təmsilçisi rəqibini qabaqlayır.

Qrup mərhələsinin son turunda Ekvador Almaniya ilə, Kürasao isə Kot-d'İvuarla qarşılaşacaq. Hər iki görüş E qrupundan 1/16 finala yüksələcək ikinci komandanın taleyini həll edəcək.

Birev — ev elanları, mənzil, həyət evi, torpaq, ofis | Daşınmaz əmlak platforması
Qarabağ FK

Son xəbərlər

Futbol
Bu gün, 20:23

Sadio Mane: "CAS-ın Seneqala çempionluğu qaytarması bizi hədsiz sevindirdi"

Futbol
Bu gün, 20:20

«Bavariya» Maykl Olisenin mütləq ayrılığına və yerinə alternativ transferlərinə hazırlaşır

Futbol
Bu gün, 20:15

"Tottenhem" 18 yaşlı yarımmüdafiəçisi Luka Uilyams-Barnettlə yeni müqavilə imzaladı

Futbol
Bu gün, 20:11

Mourinyonun seçimi qarşısında Vinisiusun iki fərqli üzü

Voleybol
Bu gün, 20:10

Naxçıvan qadın voleybol komandası 3:1 hesabla məğlub oldu

Futbol
Bu gün, 20:10

Flikdən “Sabah”a böyük tərif: “La Liqa komandası səviyyəsindədir”

Futbol
Bu gün, 20:05

“Sabah” La Liqa komandalarını xatırladır – Flik

Futbol
Bu gün, 20:00

Yamalın yoxluğu hiss olunacaq, amma...

Futbol
Bu gün, 19:50

Frenki de Yonq: “‘Sabah’la matç bizim üçün asan olmayacaq”

Basketbol
Bu gün, 19:46

NBA-nın əvvəlki ulduzu Amare Stadmayr 43 yaşında polis oldu

Futbol
Bu gün, 19:45

"Mundo Deportivo" Sabah-Barcelona mətləbində Bakının soyuq və küləkli hava şəraitinə diqqət çəkib

Futbol
Bu gün, 19:40

Türkiyənin adlı-sanlı klubu Azərbaycanda çalışan baş məşqçi ilə niyə anlaşmayıb?

Qarabağ FK
Bu gün, 19:40

“Qolu vurandan sonra gözlərim dolmuşdu, çox kövrəlmişdim”

Futbol
Bu gün, 19:37

Umarali “Barselona” ilə oyundan danışdı

Futbol
Bu gün, 19:36

“Mançester Yunayted”ə şad xəbər: Futbolçunun cəzası ləğv edildi

Futbol
Bu gün, 19:34

Kuareşmanın oğlu atasının yolu ilə gedir: “Sportinq”lə müqavilə

Futbol
Bu gün, 19:28

“Sabah”ın rəqibində ciddi itki

Futbol
Bu gün, 19:26

Afrika çempionluğu Mərakeşin əlindən alınaraq Seneqala verildi;

Futbol
Bu gün, 19:26

Norveçli futbolçu Erling Haalandın soyadını kommersiya məqsədilə istifadə edən polşalı elektrik ustası ilə məhkəmə mübahisəsi

Futbol
Bu gün, 19:24

FIFA Türkiyənin Gənclərbirliyi və Pendikspor klublarına transfer qadağası tətbiq etdi

Digər
Bu gün, 19:10

CAS Afrika Millətlər Liqasının qalibini elan etdi – RƏSMİ

Futbol
Bu gün, 19:03

Sabah, Bakı Olimpiya Stadionunda Barselona qarşısında son məşqini keçirib

Qarabağ FK
Bu gün, 19:00

Gəncədə “Qarabağ”ı da heyran edən FUTBOL GECƏSİ

Futbol
Bu gün, 18:58

İtaliyada qırmızı vərəqə alan futbolçu meydana bıçaqla qayıtdı

Oxşar xəbərlər