top
Kristal Palas Konfrans Liqasının qalibi oldu: Tarixdə ilk Avropa kuboku qazandı Idman.biz
28 may 2026, 01:05
- ↺ +

"Kristal Palas" Konfrans Liqasının qalibi oldu: Tarixdə ilk Avropa kuboku qazandı

İngiltərənin "Kristal Palas" futbol komandası Konfrans Liqasının 2025/2026 mövsümünün qalibi olub.

İdman.Biz xəbər verir ki, Oliver Qlasnerin komandası Almaniyanın Leypsiq şəhərində keçirilən finalda İspaniyanın "Rayo Valyekano" futbol komandasına 1:0 hesabı ilə qalib gəlib. Qarşılaşmanı italiyalı FIFA referisi Mauritsio Mariani idarə edib.

Oyunda yeganə qolu 51-ci dəqiqədə "Kristal Palas"ın fransalı hücumçusu Jan-Filipp Mateta vurub. O, Adam Uortonun zərbəsindən sonra qapıçıdan dönən topu tora göndərib.

Bu nəticə ilə "Kristal Palas" tarixində ilk dəfə avrokubok turnirinin qalibi adını qazanıb. London klubu yarımfinalda Ukraynanın "Şaxtyor" komandasını iki oyunun nəticəsinə görə üstələyib - 3:1, 2:1. "Rayo Valyekano" isə finala gedən yolda Fransanın "Strasbur" komandasını hər iki matçda 1:0 hesabı ilə məğlub edib.

Növbəti mövsüm "Kristal Palas" UEFA Avropa Liqasında mübarizə aparacaq.

00:16

Oyunun 51-ci dəqiqəsində hesab açılır. "Kristal Palas"ın heyətində fərqlənən Mateta oldu. Bu onun UEFA Konfrans Liqasında vurduğu ikinci qoldur.

00:07

İdman.Biz xəbər verir ki, "Kristal Palas" - "Rayo Valyekano" qarşılaşmasında ikinci hissə başladı. İlk 45 dəqiqədən sonra hesab açılmayıb.

23:54

"Kristal Palas" - "Rayo Valyekano" qarşılaşmasında ilk hissə başa çatdı. Hesab açılmayıb.

İdman.Biz xəbər verir ki, bərabər səviyyədə keçən 45 dəqiqədə qapılar qarşısında hər hansı bir təhlükəli vəziyyət yaranmayıb və qapılara istiqamətlənmiş zərbə qeydə alınmayıb.

22:59

İdman.Biz xəbər verir ki, UEFA Konfrans Liqasının final qarşılaşması olan "Kristal Palas" - "Rayo Valyekano" oyunu başladı.

22:41

İngiltərənin "Kristal Palas" futbol komandası bu gün Konfrans Liqasının 2025/2026 mövsümünün finalında İspaniyanın "Rayo Valyekano" futbol komandası ilə qarşılaşacaq.

İdman.Biz xəbər verir ki, oyun Almaniyanın Leypsiq şəhərindəki "Leypsiq" stadionunda keçiriləcək. Qarşılaşmanı italiyalı baş hakim Mauritsio Mariani idarə edəcək. Matç Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.

Start heyətləri belədir:

"Kristal Palas": Din Henderson, Şadi Riad, Maksans Lakrua, Adam Uorton, Ceydi Kanvo, Daniel Munyos, Daiçi Kamada, Tayrik Mitçell, İsmaila Sarr, Yeremi Pino, Jan-Filipp Mateta.

"Rayo Valyekano": Auqusto Batalya, Floryan Lejön, Pep Çavarriya, Andrey Ratsiu, Pate Siss, Oskar Martin, Unay Lopes, Xorxe de Frutos, İsi Palason, Alvaro Qarsiya, Aleşandre Juravski.

09:18

Bu gün UEFA Konfrans Liqasında final matçı keçiriləcək.

İdman.Biz xəbər verir ki, həlledici oyunda İngiltərənin "Kristal Palas" və İspaniyanın "Rayo Valyekano" komandaları üz-üzə gələcək.

Qarşılaşma Almaniyanın Leypsiq şəhərindəki eyniadlı stadionda baş tutacaq. Matç Bakı vaxtilə saat 23:00-da başlayacaq.

Final görüşünü İtaliya Futbol Federasiyasından Mauritsio Mariani idarə edəcək. Ona Daniele Bindoni və Alberto Tegoni kömək edəcəklər. Dördüncü hakim funksiyasını İsveçdən Qlenn Nyberq yerinə yetirəcək. VAR otağında isə italiyalı Marko Di Bello çalışacaq.

Arda Turanın baş məşqçisi olduğu "Şaxtyor"u yarımfinalda mübarizədən kənarlaşdıran "Kristal Palas" tarixində ilk dəfə Avropa kubokunun finalına yüksəlib.

"Rayo Valyekano" da rəqibi kimi turnirin finalında debüt edəcək. İspaniya təmsilçisi həlledici görüşdə qalib gələrək tarixində ilk Avropa kubokunu qazanmağı hədəfləyir.

Qeyd edək ki, UEFA Konfrans Liqasının qalibi gələn mövsüm UEFA Avropa Liqasının liqa mərhələsində iştirak hüququ əldə edəcək.

Birev — ev elanları, mənzil, həyət evi, torpaq, ofis | Daşınmaz əmlak platforması
Qarabağ FK

Son xəbərlər

Minifutbol
Bu gün, 19:00

Lənkəranda Çexiya yığmasını qəbul edən futzal millimizin məşqçisi: "Tribunadan böyük dəstək alacağımızdan ümidlili"

Futbol
Bu gün, 18:53

"Lion" klubunun baş məşqçisi Paulo Fonseka ilə yollarını ayırdı

Futbol
Bu gün, 18:52

Xarici ekspertlər “Sabah” və “Vikinq” arasındakı çempionlar liqası mübarizəsi üçün proqnozlar veriblər

Futbol
Bu gün, 18:37

Cey-Cey Qabriel “Real Madrid”ə keçidə yaxındır: Gənc hücumçu “Mançester Yunayted”in bütün səylərinə baxmayaraq, La Liqa klubunu seçdi

Tennis
Bu gün, 18:30

İspan çempion Rafael Nadal Realın Direktorlar Şurasına təyin ediləcək

Futbol
Bu gün, 18:24

PSJ 8 dəqiqədə 4 qol vurar, Çempionlar Liqasında tarix yazdı

Futbol
Bu gün, 18:23

Yunay Emeri: "Barselona"ya 0:3 hesabı ilə məğlubiyyətimizi şərh etdi: "Hesab 0:2 olanda belə ümidimi itirməmişdim"

Futbol
Bu gün, 18:09

"Sabah"ın prezidenti Maqsud Adıgözəlov Çempionlar Liqası gəlirlərinin investisiya fonduna yönləndirilməsini açıqladı

Qarabağ FK
Bu gün, 18:05

U-19 "Qarabağ" "Dinamo"ya (Zaqreb) cavab oyununda 0:7 hesabı ilə uduzdu

Futbol
Bu gün, 18:00

Sabah'ın prezidenti: 'Çempionlar Liqasına vəsiqə qazanılsa da strateji dəyişmədik'

Minifutbol
Bu gün, 17:54

Vitali Borisov: Yerli futzalçılar üçün zamana ehtiyac var

Qarabağ FK
Bu gün, 17:54

"Qarabağ"ın U-19 komandası UEFA Gənclər Liqasında mübarizəni dayandırıb;

Futbol
Bu gün, 17:52

Sabahın U-19 komandası UEFA Gənclər Liqasında Vikinqə 0:5 hesabı ilə məğlub olub

Digər
Bu gün, 17:41

Suraxanı Atma Qovşağında keşirilən seçmə yarışda idmançılar atma bacarıqlarını nümayiş etdiriblər

Futbol
Bu gün, 17:41

Arteta 16 yaşlı Doumenə dəstək verdi: Praqada rekord debut gözlənilir

Gimnastika
Bu gün, 17:32

Azərbaycan tamblinq komandası dünya çempionatının finalına yüksəldi

Tennis
Bu gün, 17:19

Rafael Nadal "Real Madrid"in direktorlar şurasına daxil olacaq

Tennis
Bu gün, 17:06

22 qat Böyük Dəbilqə qalibi Rafael Nadal "Real"ın İdarə Heyətinə təqdim olunacaq;

Futbol
Bu gün, 17:00

Elmar Baxşıyev: Sabahın Norveçdəki 'Viking'e qarşı oyunu üçün şəraitə tez uyğunlaşması vacibdir

Futbol
Bu gün, 16:49

Liverpool məşqçisi Andoni İraola Fenerbahçe qarşısında inamı məhv etməyi tələb etdi

Futbol
Bu gün, 16:40

Liverpool, Valverde üçün 100 milyon avroluq təklif hazırlayır

Futbol
Bu gün, 16:39

Rodri, Barselona futbolçusu, Atletiko qarşı oyunu buraxacaq

Futbol
Bu gün, 16:22

Rodri, Atletiko qarşısında yaralanma səbəbindən oyunu buraxa bilər

Futbol
Bu gün, 16:20

Barcelona itkisindən sonra Rodri yaralanıb – Atletico qarşı oyunu buraxacaq

Oxşar xəbərlər