Bu gün Konfrans Liqasının finalı keçiriləcək. Sport24.az xəbər verir ki, həlledici matçda "Kristal Pelas" (İngiltərə) və "Rayo Valyekano" (İspaniya) üz-üzə gələcək.
Qarşılaşma Almaniyanın Leypsiq şəhərindəki "Red Bull Arena"da baş tutacaq və Bakı vaxtı ilə saat 23:00-da start götürəcək. Görüşün baş hakimi isə italiyalı Mauritsio Marianidir.
Qeyd edək ki, reqlamentə əsasən, Konfrans Liqasının qalibi gələn mövsüm UEFA Avropa Liqasının Liqa mərhələsində iştirak hüququ qazanacaq.