top
Komanda sayı artırılacaq, legioner limiti ləğv olunacaq - RƏSMİ Sport24.az
03 fevral 2025, 21:59
- +

Komanda sayı artırılacaq, legioner limiti ləğv olunacaq - RƏSMİ

3 fevral 2025-ci il tarixində AFFA-nın inzibati binasında AFFA-nın prezidenti Rövşən Nəcəfin rəhbərliyi altında İcraiyyə Komitəsinin növbəti iclası keçirilib. Sport24.az xəbər verir ki, icraçı vitse-prezident Sərxan Hacıyev iclasın gündəliyi barədə məlumat verib.

Daha sonra gündəlikdə duran məsələlər müzakirə olunub.

 

Əvvəlcə AFFA-nın yeni baş katibinin təyinatı olub. İcraiyyə Komitəsi Cahangir Fərəcullayevin bu vəzifəyə təyin olunması barədə qərar qəbul edib.

 

İclasda AFFA-nın 2025-ci il üçün büdcəsi təsdiqlənib.

 

Həmçinin AFFA-nın 2025-2028-ci illəri əhatə edən inkişaf strategiyası qəbul olunub.

 

İclasda Misli Premyer Liqasında klub sayının artırılması məsələsi müzakirə olunub. 2025/2026-cı illər mövsümündən komanda sayının 10-dan 12-yə artırılması qərara alınıb. Çempionatın əsasnaməsi və formatı İcraiyyə Komitəsinin növbəti toplantısında müzakirə ediləcək.

 

Eyni zamanda Misli Premyer Liqasında 2025/2026-cı illər mövsümündən legioner limitinin ləğvi qərara alınıb. Yeni mövsümdən legioner limitində aşağıdakı kriteriyalar tətbiq olunacaq:

Oyunun sifariş vərəqəsində maksimum 17 əcnəbi futbolçu ola bilər.

Meydanda eyni anda 11 əcnəbi futbolçu oynaya bilər.

 

Legioner futbolçular üçün rüsum aşağıdakı kimi olacaq:

1 legionerdən 7 legionerə qədər: 5000 (beş min) AZN

8-dən 12-yə qədər: 10000 (on min) AZN

13-dən 15-ə qədər: 100000 (yüz min) AZN

16 və daha yuxarı: 200000 (iki yüz min) AZN

Öz ölkəsinin milli komandasının üzvü olub-olmamasından asılı olmayaraq, bütün legionerlərə rüsum tətbiq ediləcək.

Heyətində yerli futbolçular oynadan klublara xüsusi hesablama metodu ilə bonus ödəniləcək. Bonuslar legioner rüsumundan əldə ediləcək vəsaitdən veriləcək.

 

İcraiyyə Komitəsi 17 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandasının (2008-ci il təvəllüd) baş məşqçisi İlham Yadullayevin müqavilə müddətinin "UEFA İnkişaf Turniri – 2025"də iştirakla əlaqədar mayın 1-dək uzadılması barədə qərar qəbul edib. Digər yaş qrupları üzrə milli komandaların baş məşqçilərinin təyinatı komitənin növbəti iclasında müzakirə olunacaq.

Qarabağ FK

Son xəbərlər

Futbol
Bu gün, 05:12

Lionel Messinin adı MLS-in ulduzlar oyununa daxil edilməyib

Futbol
Bu gün, 04:15

Yuventus Brunu Fernandeşlə maraqlanır

Futbol
Bu gün, 03:10

İnfantino Argentina millisinə qalibiyyət münasibətilə təbriklərini çatdırdı

Futbol
Bu gün, 02:05

Porto "Aston Villa"ní 2:1 hesabı ilə məğlub edib

Digər
Bu gün, 01:45

Maqomed Ankalayev UFC Fight Night-da qalib gəlib

Gimnastika
Bu gün, 01:26

Britaniyalı gimnast Qabriel Lenqton Birlik Oyunlarında zədələnib

Futbol
Bu gün, 01:07

Sportinq Lissabon Monakonu yoldaşlıq oyununda məğlub edib

Futbol
Bu gün, 00:48

Neftçi qadın futbol komandası Çempionlar Liqasındakı mübarizəsini dayandırdı

Futbol
Bu gün, 00:15

Fiorentina Yuventusun müdafiəçisi Joao Mario ilə maraqlanır

Güləş
Dünən, 23:56

Azərbaycan karateçiləri WUKF dünya çempionatında 4 medal qazandı

Futbol
Dünən, 23:41

PSJ Suzukini transfer etmək üçün Şevalyeni satmaq istəyir

Futbol
Dünən, 23:10

Endrikin „Real“dan getmə ehtimalı var

Futbol
Dünən, 22:57

"KuPS" UEFA Çempionlar Liqasına hazırlıqda qələbə qazandı

Futbol
Dünən, 22:55

Vilyarreal PSV-ni yoldaşlıq oyununda məğlub edib

Futbol
Dünən, 22:09

Arsenal Vinisiusu almaq variantını nəzərdən keçirir

Futbol
Dünən, 21:58

Neftçi qadın futbolçuları PAOK-a uduzdu

Formula 1
Dünən, 21:38

Lyuis Hemilton Piastrini maneə törətdiyinə görə cəzalandırıldı

Voleybol
Dünən, 21:23

Türkiyə qadın milli voleybol komandası Millətlər Liqasının finalına yüksəlib

Futbol
Dünən, 21:08

„Fənərbağça” Rafael Leao və Ermedin Demiroviçlə bağlı transfer şayiələrini yalanladı

Futbol
Dünən, 20:59

Şahdağ Qusar kamerunlu yarımmüdafiəçi Arsene Daudanı transfer edib

Futbol
Dünən, 20:54

Kəpəz" klubu zambiyalı futbolçunu heyətinə qatdı

Basketbol
Dünən, 20:39

FİBA-nın keçmiş prezidenti Horasio Muratore vəfat edib

Minifutbol
Dünən, 20:25

Qəbələ və Şəfa yoxlama oyununda heç-heçə etdi

Futbol
Dünən, 20:25

Bayer Offenbaxın Regional Liqa klubunu məğlub edib

Oxşar xəbərlər