top
Klopp: Məşqçi olduğum müddətdə özümü dahi mütəxəssis saymamışam Idman.biz
05 aprel 2026, 15:18
- ↺ +

Klopp: Məşqçi olduğum müddətdə özümü dahi mütəxəssis saymamışam

"Borussiya" Dortmund və "Liverpul" futbol komandalarının sabiq baş məşqçisi Yurgen Klopp karyerası barədə səmimi fikirlərini bölüşüb.

İdman.Biz "TV2" nəşrinə istinadən xəbər verir ki, almaniyalı mütəxəssis məşqçilik fəaliyyəti dövründə özünü heç vaxt görkəmli ustad hesab etmədiyini etiraf edib.

"Məşqçi olduğum müddətdə özümü heç vaxt dahi mütəxəssis saymamışam. Hər gün o qədər işim, beynimdə o qədər sual olurdu ki, bəzən nə edəcəyimi belə bilmirdim", - deyə Klopp qeyd edib.

O, həmçinin Xosep Qvardiola ilə müqayisə olunmasına da toxunub:

"Əgər insanlar bizim rəqabətimizdən danışırdılarsa və mən onu dünyanın ən yaxşı məşqçisi hesab edirəmsə, deməli, mən də kifayət qədər yaxşı olmuşam. Bunu anlayırdım, lakin sonadək dərk etmirdim".

Klopp əlavə edib ki, yalnız karyerasını bitirdikdən sonra öz işinə fərqli gözlə baxa bilib:

"Mən artıq məşqçi deyiləm və indi başa düşürəm ki, sən demə, mən həqiqətən də yaxşı imişəm".

Xatırladaq ki, Klopp 2015-2024-cü illərdə "Liverpul"a rəhbərlik edib və bu müddət ərzində komanda ilə həm Çempionlar Liqasının, həm də Premyer Liqanın qalibi olub.

Birev — ev elanları, mənzil, həyət evi, torpaq, ofis | Daşınmaz əmlak platforması
Qarabağ FK

Son xəbərlər

Futbol
Bu gün, 11:20

“Sabah” müdafiəçisi Puxaç Levandovskiyi görkəmli natiq hesab etmir

Qarabağ FK
Bu gün, 10:37

Duran, “Qarabağ”dan “Seltik”ə keçidinin Kolumbiya millisində dəvətə əsas faktor olduğunu bildirib

Futbol
Bu gün, 10:19

Şəfa və Turan Tovuz Misli Premyer Liqasının 7-ci turunda ilk dəfə qarşılaşacaq

Qarabağ FK
Bu gün, 09:31

“İmişli” “Qarabağa” qarşı: İlk qolmu, dördüncü məğlubiyyətmi?

Futbol
Bu gün, 09:19

Messi Inter Miami-də 934-cü qolunu vurdu, 1000-ə 66 top qaldı

Cüdo
Bu gün, 01:49

Rəşad Nəbiyev dünya çempionatında rekord 7 medal qazanmış cüdoçularımızı təbrik etdi

Futbol
Bu gün, 01:04

Real Madrid Vilyarrealı 1-0 məğlub etdi, Vinicius qırmızı kart gördü; Barcelona 3-0 Xetafe

Futbol
Bu gün, 00:12

Filipe Kandido: 4-1 qələbə ilə Qəbələyə tam haqq etdik

Futbol
Dünən, 23:48

Yeton Bekiri: “Qəbələyə şikayət və ya ağlamağa gəlməmişəm, yalnız işləmək üçün buradayam”

Futbol
Dünən, 23:40

Flick erkən qolun “Barselona”nın 3:0 qələbəsindəki əhəmiyyətini vurğuladı

Futbol
Dünən, 23:21

Azər Bağırov Edqar Adilxanovun transfer xəbəri barədə rəsmi olaraq inkar etdi

Basketbol
Dünən, 22:58

"Neftçi" 83:79 hesabıyla "Ordu"nu məğlub edərək mövsümə start verdi, "LANDAU Lions" isə NTD-yə 102:68 qalib gəldi

Basketbol
Dünən, 22:24

“Neftçi”nin baş məşqçisi qələbədə ehtiyat oyunçuların böyük rolunu vurğuladı

Futbol
Dünən, 22:00

Zirə baş məşqçisi Rəşad Sadıqov: Heyətimizdə səkkiz‑doqquz zədəli futbolçu var

Cüdo
Dünən, 20:54

Uşanqi Kokaurinin Dünya Çempionatı Finalı Taktiki Səhvlərə Bağlıdır, Titullar Onun Psixologiyasına Təsir Etmir

Futbol
Dünən, 17:55

Vəli Qasımov: Neftçi oyunda Sabahdan bir qədər üstün idi, ancaq nəticə bərabərlik oldu

Futbol
Dünən, 15:34

Sumqayıt son yeddi qarşılaşmada Qəbələyə məğlub olmayıb

Futbol
Dünən, 11:00

“Sabah”ın legioneri Akim Zedadka: “Qalib gəlməsək də məğlub olmamalıyıq”

Qarabağ FK
Dünən, 10:00

Viçko Şevel: “Sabah”la iki xal itirdik, “Qarabağ”a qalib gəlməliyik

Futbol
Dünən, 04:19

Kili Qonsales: Messi Argentina millisi üçün ömrünün sonuna qədər darıxacaq

Futbol
Dünən, 03:47

“Juventus” argentinalı futbolçu Nikolas Qonsaleslə uzunmüddətli müqaviləni yenilədi

Basketbol
Dünən, 01:47

Naxçıvanın baş məşqçisi qələbəni, Sumqayıtın baş məşqçisi məğlubiyyəti şərh etdi

Futbol
Dünən, 01:21

Mançester Siti Premyer Liqa ilə maliyyə cəriməsi razılaşması üçün danışıqlar apardı

Futbol
Dünən, 00:59

Mahirin komandası Polşada 1:4 məğlubiyyətlə sonuncu yerdə

Oxşar xəbərlər