AFFA-nın Sosial Ətraf mühit dayanıqlığı üzrə meneceri Kifayət Mustafayeva UEFA-dan təyinat alıb. Sport24.az assosiasiyanın rəsmi saytına istinadən xəbər verir ki, o, UEFA Gənclər Liqasının əsas mərhələsində keçiriləcək "Qalatasaray" (Türkiyə) – "Union" (Belçika) oyununun UEFA nümayəndəsi olacaq.
Qeyd edək ki, görüş noyabrın 25-də İstanbulda yerləşən "Esenler Erokspor" stadionunda təşkil olunacaq.