"Kəpəz" futbol komandası Moldova millisinin hücumameyilli yarımmüdafiəçisi Viktor Stinanı heyətinə qatıb.
İdman.Biz xəbər verir ki, Gəncə təmsilçisi 28 yaşlı futbolçu ilə 2026/2027 mövsümünün sonunadək müqavilə imzalayıb.
Stina son olaraq Moldovanın "Zimbru" komandasında çıxış edib. O, Kişinyov təmsilçisinin heyətində son dönəmdə dörd oyuna çıxıb və bir qol vurub.
Hücumameyilli yarımmüdafiəçi Moldova millisində keçirdiyi 30 qarşılaşmada dörd qol vurub.
"Kəpəz" ötən mövsüm Azərbaycan Premyer Liqasında 33 oyundan 27 xal toplayaraq 12 komanda arasında 10-cu yeri tutub. Gəncə klubu mövsüm ərzində səkkiz qələbə qazanıb, üç heç-heçə edib və 22 dəfə məğlub olub.