"Mançester Yunayted"in futbolçusu Kazemiro "İnter Mayami"nin diqqət mərkəzindədir. Sport24.az xəbər verir ki, MLS klubu yarımmüdafiəçini heyətinə qatmaq üçün danışıqlara başlamağa hazırlaşır.
Kazemironun isə ilk seçimi MLS deyil. O, yeni mövsümdə Çempionlar Liqasında mübarizə aparacaq Avropa klubunda oynamaq arzusundadır.
Daha əvvəl İtaliya və Almaniya klublarının Kazemiro ilə maraqlandığı bildirilib.
34 yaşlı futbolçu bu mövsüm İngiltərə Premyer Liqasında 29 oyunda 7 qol vurub, 2 məhsuldar ötürmə edib.