top
Kandido: “Mövsümün əvvəlində geridə qaldıq, amma irəliləyiş var” Sport24.az
31 avqust 2026, 23:10
- ↺ +

Kandido: “Mövsümün əvvəlində geridə qaldıq, amma irəliləyiş var”

Misli Premyer Liqasının III turunda keçirilən "Sumqayıt" – "Qarabağ" (0:1) matçından sonra meydan sahiblərinin baş məşqçisi Filipe Kandido mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb. Sport24.az xəbər verir ki, mütəxəssis ilk növbədə oyun haqqında təəssüratlarını bölüşdü:

 

– Nəticədən narazıyam, məğlub olduq, lakin deməliyəm ki, 11 nəfərlə oynadığımız müddətdə komanda yaxşı futbol sərgiləyirdi. Kadi Borgesin qırmızı vərəqə almasından sonra da epizodlarımız oldu, hətta "Qarabağ" da fərdi keyfiyyətlər hesabına şanslar yaratdı. Bura gəldiyim ilk günlə indiki vəziyyəti müqayisə edəndə oyun planında irəliləyiş görürəm. İkinci hissədə komanda cəsarət göstərdi, irəlidə pressinq etdi və qol imkanları yaratdı, sadəcə onları dəyərləndirə bilmədik. Baş məşqçi kimi ən vacib odur ki, kollektiv oyundan-oyuna inkişaf etsin.

 

Kandido ardınca jurnalistlərin suallarını cavablandırdı:

 

– Komanda ilk matçlarla müqayisədə daha döyüşkən təsir bağışladı. İstədiyiniz "Sumqayıt"ı nə vaxt görəcəyik?

 

– Vaxt barədə danışmağı sevmirəm. Məsələn, bir və ya iki ay sonra demək düzgün olmaz. "Formula 1" ilə müqayisə etsək, biz sanki yarışa axırıncı yerdən başlamışıq, lakin əminəm ki, mövsümün sonuna qədər hər rəqiblə mübarizə aparan, "Qarabağ" kimi güclü komandalarla qarşılaşmada yaxşı oyun və qələbə göstərə bilən bir kollektiv quracağıq. Mövsüm ərzində bunu hər kəs görəcək.

 

– Heyətdə qıtlıq hiss olunur. Masaki Murata komanda ilə məşq etməsinə baxmayaraq, niyə iştirak ərizəsində yoxdur?

 

– Hazırda komandanın formalaşma dövrüdür və transfer pəncərəsinin bağlanmasına az qalıb, dəyişikliklər olacaq. Fərqli xarakteristikaya malik oyunçular axtarırıq. Həmçinin 12 legioner limiti var və risk edib kimisə dərhal siyahıya salıb sonra dəyişmək kimi bir lüksümüz yoxdur. Transfer dövrü bağlandıqdan sonra tam oturuşmuş heyəti meydanda görəcəksiniz.

 

– Rəhbərlik qarşınıza hansı hədəfi qoyub?

 

– Əlbəttə, məşqçi kimi hər oyunda qalib gəlmək istəyirəm. Rəhbərliklə ilk görüşdən əsas müzakirəmiz ötən illə müqayisədə daha yaxşı nəticə əldə etmək olub. Konkret olaraq çempionluq və ya avrokubok hədəfi qoyulmayıb, lakin pillə-pillə inkişaf edən, gələcək üçün güclü bir komanda qurmağı hədəfləmişik.

Birev — ev elanları, mənzil, həyət evi, torpaq, ofis | Daşınmaz əmlak platforması
Qarabağ FK

Son xəbərlər

Futbol
Dünən, 20:52

“Qəbələ” Rafael Utziqi ilə müqavilə imzaladı

Basketbol
Dünən, 19:29

“LANDAU Lions” basketbol komandası Səbuhi Hacıyevlə əməkdaşlıq bağladı

Basketbol
Dünən, 18:30

Sumqayıt klubuna İngiltərəli basketbolçu Coş Oqundele qoşuldu

Futbol
Dünən, 17:47

Rəşad Abdullayev: Litva qarşısında qələbə şansı var

Gimnastika
Dünən, 17:42

Azərbaycan akrobatika gimnastları dünya çempionatının finalına yüksəldi

Futbol
Dünən, 14:15

Zirədən ayrılan qapıçı Tiago Silva “Şəfa”da - Rəsmi

Futbol
Dünən, 11:00

Araz‑Naxçıvan yeni baş məşqçi Yuri Maksimovun rəhbərliyi altında ilk məşqini keçirdi;

Minifutbol
Dünən, 09:50

“Birbaşa Bakı” və “Zirə” komandaları Çempionlar Liqasının 1/8 finalında İspaniyada çıxış edir

Futbol
Dünən, 09:43

Messinin Argentina millisində son oyun üçün biletlər dörd dəqiqəyə satıldı

Futbol
Dünən, 09:28

U-21 Azərbaycan milli komandası Çexiya ilə Bank Respublika Arenada üz-üzə gələcək

Şahmat
Dünən, 09:25

Azərbaycan şahmat komandası bu gün Özbəkistanda Ermənistan və Çexiya ilə qarşılaşacaq

Futbol
Dünən, 06:39

Lionel Skaloni, Argentina millisinin yeni kapitanı olaraq Kristian Romero'yu açıqladı

Futbol
Dünən, 01:49

Deku bildirib ki, Barcelona keçən yay Lautaro Martinez transferi üçün maraqlanmışdır

Futbol
24 sentyabr 2026, 23:21

Mançester Yunayted və Tottenham Fulham‑ın xorvat hücumçusu İqor Matanoviçi üçün maraqlanır

Futbol
24 sentyabr 2026, 21:56

“Zirə”nin futbolçusu Ktatau əməliyyatdan keçib

Futbol
24 sentyabr 2026, 20:31

AC Milan, beş dəfə yüksələn dəyəri olan Alessandro Romano’yu transfer etmək istəyir

Futbol
24 sentyabr 2026, 20:12

Mançester Siti'nin transfer seçimi: 650 min futbolçulu məlumat bazasından filtrləmə prosesi

Futbol
24 sentyabr 2026, 18:00

“Araz‑Naxçıvan” milli komandalarının fasilədə iki yoxlama matçı keçiriləcək

Futbol
24 sentyabr 2026, 17:56

İspaniya dünyəvi çempionu futbolçusundan anonim qəhrəman: 1,2 milyon dollar bonusundan imtina edib

Futbol
24 sentyabr 2026, 17:48

İlham Yadullayev: Litva qarşısındakı matçdan öncə qələbə milli komandamız üçün vacibdir

Güləş
24 sentyabr 2026, 17:03

Azərbaycanda çimərlik güləşinin Dünya Seriyası finalı üçün heyət açıqlanıb

Basketbol
24 sentyabr 2026, 16:18

"Sumqayıt" klubunun Elçin Salmanzadə ilə bir illik müqaviləsi

Qarabağ FK
24 sentyabr 2026, 15:00

U-16 milli komandamızın 22 futbolçusunun dəvət siyahısı

Boks
24 sentyabr 2026, 14:40

Azərbaycan boks millisi Avropada yeni 5 medal rekordunu qırdı

Oxşar xəbərlər