top
Jose Mourinho Real Madrid‑in 3‑0 qələbəsindən sonra açıqlama verdi Idman.biz
02 noyabr 2026, 00:51
- ↺ +

Jose Mourinho Real Madrid‑in 3‑0 qələbəsindən sonra açıqlama verdi

İspaniyanın "Real Madrid" futbol komandasının baş məşqçisi Joze Mourinyo La Liqanın 11-ci turunda "Rasinq Santander" üzərində qazanılan 3:0 hesablı qələbəni dəyərləndirib.

İdman.Biz xəbər verir ki, portuqaliyalı mütəxəssis rəqibin mübarizliyini xüsusi vurğulayıb.

"Rasinq"in enerjili və döyüşkən komanda olduğunu bildirən Mourinyo meydan sahiblərinin üç top fərqi ilə geri düşdükləri vaxt da təhlükə yaratdıqlarını qeyd edib.

"Rasinq" çox enerjili, mübariz komandadır. Hesab 0:3 olanda belə, stadion onları dəstəkləyirdi və təhlükə qalırdı. Yaratdığımız imkanları nəzərə alsaq, 4:0 və ya 5:0 hesabı ilə də qalib gələ bilərdik. Amma vəziyyət çətinləşə də bilərdi. Rəqib qol vursaydı, daha da fəallaşacaqdı", - deyə Mourinyo bildirib.

Baş məşqçi komandasının yüksək pressinq tətbiq etdiyini və bunun uğurlu nəticə verdiyini vurğulayıb:

"Biz yüksək pressinqdən istifadə etdik. Maraqlıdır ki, "Rasinq" də öz meydanına gələn bütün komandalara qarşı məhz belə oynayır. Biz isə olduqca çətin keçən bu həftədə növbəti qələbəmizi qazana bildik".

Qeyd edək ki, "Real Madrid"in qollarını Kilian Mbappe, Cud Bellinqem və Yan Diomande vurublar.

Bu nəticədən sonra Madrid təmsilçisi 11 oyunda topladığı 27 xalla La Liqanın turnir cədvəlində üçüncü pillədə qərarlaşıb. "Rasinq" isə 11 xalla 16-cı yerdədir.

Birev — ev elanları, mənzil, həyət evi, torpaq, ofis | Daşınmaz əmlak platforması
Qarabağ FK

Son xəbərlər

Qarabağ FK
Bu gün, 16:30

Gəncədə anşlaq, “Qarabağ” üçün təhlükə - Vəziyyət daha da pisləşə bilər

Futbol
Bu gün, 16:22

PSJ-yə ağır zərbə: Dezire Due mövsümü erkən başa vurdu

Futbol
Bu gün, 16:05

Son çempion Sumqayıtda niyə laqeyd münasibət gördü? - VİDEO

Qarabağ FK
Bu gün, 15:50

“Kəpəz” – “Qarabağ”: START HEYƏTLƏR

Futbol
Bu gün, 15:48

Çalhanoğlu uğrunda üç nəhəng klubun mübarizəsi, “İnter”də maaş problemi

Futbol
Bu gün, 15:40

"Araz-Naxçıvan" - "Neftçi" - CANLI YAYIM

Futbol
Bu gün, 15:40

Şahin Şahniyarov: Şəfaya qarşı 6 xallıq qələbə qazandığımızı deyə bilərəm, milli komandada daimi yer qazanmaq istəyirəm

Futbol
Bu gün, 15:30

PSJ "Bornmut"un hücumçusunu 95 milyon avroya ala bilər

Futbol
Bu gün, 15:28

Maktominey 2027-ci ildə Mançester Yunaytedə qayıda bilər

Digər
Bu gün, 15:15

17 yaşlı parataekvondoçumuzdan dünya çempionatında ilk qələbə

Futbol
Bu gün, 15:14

Dezire Due çarpaz bağları qoparaq PSJ-də ciddi itki yaşadı

Futbol
Bu gün, 15:07

Musiala Barcelona’ya keçə bilər? 25 milyonluq maaş müzakirəsi

Futbol
Bu gün, 15:00

Əli Qədimov: “Məqsədimiz ilk 6-lıqda yer almaqdır”

Futbol
Bu gün, 14:56

Poçettinodan köməkçilərinə ingilis dili tələbi

Futbol
Bu gün, 14:47

Dünya çempionu canlı yayımda huşunu itirdi - VİDEO

Basketbol
Bu gün, 14:44

Azərbaycanın U-14 basketbol millisi Belqraddakı toplanışı başa vurdu: 1 qələbə, 2 məğlubiyyət

Voleybol
Bu gün, 14:40

Qadın voleybolçulardan ibarət "Turan"ın Çempionlar Liqasındakı ev oyunları Tovuzda keçiriləcək

Futbol
Bu gün, 14:38

“İstəyimizə nail ola bilmədik” – Emin Rüstəmov

Futbol
Bu gün, 14:30

“Barselona” “Sabah”la oyundan əvvəl son matçında çıxır

Digər
Bu gün, 14:30

Mahir Emrelinin komandası “Vidzev”i qəbul edəcək

Futbol
Bu gün, 14:19

“Mançester Yunayted”in kapitanı getməyə hazır olduğunu deyib

Futbol
Bu gün, 14:00

Rövlan Muradov: 'Neftçi' ilə döyüşüb-vuruşaraq xal qazanmağa çalışacağıq'

Futbol
Bu gün, 13:43

Mbappe “Real”ın futbolçularına əsəbiləşdi: “Düşünməyi dayandır!” - VİDEO

Futbol
Bu gün, 13:41

"Neftçi" Şamaxıda zirvəyə yüksələ bilər - Heyətlər

Oxşar xəbərlər