top
İstanbulda “Fənərbağça” azarkeş lideri Cem Gölbaşına qarşı silahlı hücum planı aşkar edildi, beş nəfər həbs edildi Idman.biz
02 noyabr 2026, 03:21
- ↺ +

İstanbulda “Fənərbağça” azarkeş lideri Cem Gölbaşına qarşı silahlı hücum planı aşkar edildi, beş nəfər həbs edildi

Türkiyənin "Fənərbağça" futbol komandasının "Gənc Fənərbağçalılar" (GFB) azarkeş qrupunun lideri Cem Gölbaşına qarşı silahlı hücum hazırlığı ilə bağlı İstanbulda əməliyyat keçirilib.

İdman.Biz Türkiyə mediasına istinadən xəbər verir ki, ictimaiyyət arasında "Daltonlar" adı ilə tanınan cinayətkar qruplaşma ilə əlaqədə şübhəli bilinən beş nəfər saxlanılıb.

İstanbul Baş Prokurorluğunun Mütəşəkkil Cinayətlərlə Mübarizə üzrə İstintaq Bürosunun koordinasiyası ilə aparılan araşdırma zamanı Cem Gölbaşına qarşı silahlı hücum hazırlığı barədə məlumat əldə edilib.

Müəyyən olunub ki, hücumda iştirak etməkdə şübhəli bilinən şəxslər Türkiyənin müxtəlif şəhərlərindən İstanbula gəliblər. Polis onların qaldıqları ünvanları müəyyənləşdirərək əməliyyata başlayıb.

Araşdırmalar nəticəsində şübhəlilərin İstanbulun Esenyurt rayonundakı gizli mənzildə qaldıqları müəyyən edilib.

Qaziantepdən İstanbula gələn üç şübhəlinin İbrahim Ç. ilə eyni ünvanda olduğu aşkarlanıb. Keçirilən əməliyyat zamanı İbrahim Ç., Cihan Can G., Abdulkadir D. və Orhan B. saxlanılıb.

İstintaqın davamında hücumda istifadə edilməsi planlaşdırılan silahların təmin olunmasında rol oynadığı müəyyən edilən Çınar A. da tutulub. Bununla da saxlanılanların sayı beşə çatıb.

Əməliyyat zamanı aparılan axtarışlarda bir uzunlüləli avtomatik tüfəng, iki tapança, iki uzadılmış daraq və 200 patron aşkar edilərək götürülüb.

Ələ keçirilən silah və döyüş sursatları istintaq çərçivəsində ekspertizaya göndərilib.

Qeyd edək ki, hadisə ilə bağlı araşdırma davam edir. Saxlanılan şəxslərin hücum planında iştirakına dair şübhələr istintaqın predmetidir.

Birev — ev elanları, mənzil, həyət evi, torpaq, ofis | Daşınmaz əmlak platforması
Qarabağ FK

Son xəbərlər

Qarabağ FK
Bu gün, 16:30

Gəncədə anşlaq, “Qarabağ” üçün təhlükə - Vəziyyət daha da pisləşə bilər

Futbol
Bu gün, 16:22

PSJ-yə ağır zərbə: Dezire Due mövsümü erkən başa vurdu

Futbol
Bu gün, 16:05

Son çempion Sumqayıtda niyə laqeyd münasibət gördü? - VİDEO

Qarabağ FK
Bu gün, 15:50

“Kəpəz” – “Qarabağ”: START HEYƏTLƏR

Futbol
Bu gün, 15:48

Çalhanoğlu uğrunda üç nəhəng klubun mübarizəsi, “İnter”də maaş problemi

Futbol
Bu gün, 15:40

"Araz-Naxçıvan" - "Neftçi" - CANLI YAYIM

Futbol
Bu gün, 15:40

Şahin Şahniyarov: Şəfaya qarşı 6 xallıq qələbə qazandığımızı deyə bilərəm, milli komandada daimi yer qazanmaq istəyirəm

Futbol
Bu gün, 15:30

PSJ "Bornmut"un hücumçusunu 95 milyon avroya ala bilər

Futbol
Bu gün, 15:28

Maktominey 2027-ci ildə Mançester Yunaytedə qayıda bilər

Digər
Bu gün, 15:15

17 yaşlı parataekvondoçumuzdan dünya çempionatında ilk qələbə

Futbol
Bu gün, 15:14

Dezire Due çarpaz bağları qoparaq PSJ-də ciddi itki yaşadı

Futbol
Bu gün, 15:07

Musiala Barcelona’ya keçə bilər? 25 milyonluq maaş müzakirəsi

Futbol
Bu gün, 15:00

Əli Qədimov: “Məqsədimiz ilk 6-lıqda yer almaqdır”

Futbol
Bu gün, 14:56

Poçettinodan köməkçilərinə ingilis dili tələbi

Futbol
Bu gün, 14:47

Dünya çempionu canlı yayımda huşunu itirdi - VİDEO

Basketbol
Bu gün, 14:44

Azərbaycanın U-14 basketbol millisi Belqraddakı toplanışı başa vurdu: 1 qələbə, 2 məğlubiyyət

Voleybol
Bu gün, 14:40

Qadın voleybolçulardan ibarət "Turan"ın Çempionlar Liqasındakı ev oyunları Tovuzda keçiriləcək

Futbol
Bu gün, 14:38

“İstəyimizə nail ola bilmədik” – Emin Rüstəmov

Futbol
Bu gün, 14:30

“Barselona” “Sabah”la oyundan əvvəl son matçında çıxır

Digər
Bu gün, 14:30

Mahir Emrelinin komandası “Vidzev”i qəbul edəcək

Futbol
Bu gün, 14:19

“Mançester Yunayted”in kapitanı getməyə hazır olduğunu deyib

Futbol
Bu gün, 14:00

Rövlan Muradov: 'Neftçi' ilə döyüşüb-vuruşaraq xal qazanmağa çalışacağıq'

Futbol
Bu gün, 13:43

Mbappe “Real”ın futbolçularına əsəbiləşdi: “Düşünməyi dayandır!” - VİDEO

Futbol
Bu gün, 13:41

"Neftçi" Şamaxıda zirvəyə yüksələ bilər - Heyətlər

Oxşar xəbərlər