top
İslam Kərimov: Bakı Kuboku Uşaq Futbolunun İnkişafına Xidmət Edir Idman.biz
Bu gün, 13:28
- +

İslam Kərimov: "Bakı Kuboku" Uşaq Futbolunun İnkişafına Xidmət Edir

"Neftçi" və Rusiyanın "Dinamo" (Moskva) klubunun birgə təşkilatçılığı ilə Anatoli Banişevskinin xatirəsinə həsr olunacaq "Bakı Kuboku"nu keçirməkdə məqsəd uşaq futbolunun inkişafını artırmaqdır.

Bunu Bakı təmsilçisinin aşağı yaş qrupları üzrə koordinatoru İslam Kərimov deyib.

O, turnirin Azərbaycan futbolunun əfsanəvi hücumçusu Anatoli Banişevskinin xatirəsinə həsr olunduğunu xatırladıb.

"Bu il Anatoli Banişevskinin 80 illik yubileyidir. Bu gün isə "Neftçi"nin yaranmasından 89 il keçir. Biz uşaq futbolunun inkişafını artırmaq məqsədi ilə beynəlxalq turnir təşkil etmək niyyətindəydik. Belə qərara alındı ki, bunu Bakıda gerçəkləşdirək və Anatoli Banişevskinin xatirəsinə həsr edək. Bu, "Neftçi" klubunun təşəbbüsü ilə baş tutdu. Ölkə xaricindən 5 komanda yarışa qatılacaq. Daha əvvəl "Neftçi"nin baş məşqçisi olmuş Yuri Kuznetsovun oğlu Aleksandr Kuznetsov Moskva "Dinamo"sunu ölkəmizə gətirir", - deyə o, report.az-a açıqlamasında bildirib.

İ.Kərimov "Bakı Kuboku"nun final oyununa "Neftçi"nin sabiq futbolçuları, Rusiyada oynamış və Banişevski ilə birlikdə çıxış etmiş veteran oyunçuların çağırıldığını söyləyib:

"Bunlar Kazbek Tuayev, İsgəndər Cavadov, Maşallah Əhmədov, Oktay Abdullayev, Asif Əliyev, Asim Xudiyev, Vladislav Qədirov, Tərlan Əhmədov, Arif Əsədov, Nazim Süleymanov və Vəli Qasımovdur. Turniri yüksək səviyyədə təşkil etməyi planlaşdırırıq. Qonaqlarımız Anatoli Banişevskinin məzarını ziyarət edəcəklər. Bütün iştirakçıların "Neftçi" - "İmişli" oyununa tribunadan baxması üçün şərait yaradacağıq. Həm də Novruz bayramı olduğu üçün adət və ənənələrimizlə onları tanış edəcəyik".

Xatırladaq ki, 2015-ci il və daha kiçik təvəllüdlü futbolçular arasında təşkil olunacaq turnir martın 19-dan 21-dək "Palms Sports" Futbol Mərkəzində baş tutacaq.

"Neftçi" B qrupunda "Dinamo (Voronej, Rusiya), "Göztəpə" (Türkiyə) və "Qarabağ" ilə mübarizə aparacaq. A qrupunda isə "Dinamo" (Moskva), "Beşiktaş" (Türkiyə), "Kayrat" (Qazaxıstan) və "Ulduz" komandaları yer alıblar. "Neftçi" martın 19-da "Dinamo" (Voronej) və "Qarabağ", 20-də isə "Göztəpə" ilə qarşılaşacaq.

Reqlamentə uyğun olaraq, martın 20-də A qrupunun qalibi B qrupunun ikincisi ilə, B qrupunun qalibi isə A qrupunun ikincisi ilə üz-üzə gələcək. Qruplarda 3-cü və 4-cü yeri tutan komandalar da eyni prinsip əsasında oyunlar keçirəcəklər.

Turnirin son günü – martın 21-də 7-ci, 5-ci və 3-cü yerlər uğrunda oyunlar, eləcə də final görüşü keçiriləcək. Həlledici matçdan sonra mükafatlandırma mərasimi təşkil olunacaq. "Bakı Kuboku" beynəlxalq turnirinin bütün oyunları "Neftçi" TV vasitəsilə canlı yayımlanacaq.

Qarabağ FK

Son xəbərlər

Digər
Bu gün, 15:16

Venesuela beysbol üzrə dünya çempionatında sensasiya yaratdı, ABŞ-ı məğlub etdi

Futbol
Bu gün, 15:07

Heyət dəyərinə görə dünyanın ən bahalı klubları - SİYAHI

Futbol
Bu gün, 15:06

Bazar dəyəri ən yüksək olan klubların SİYAHISI

Futbol
Bu gün, 15:02

"Şamaxı" - "Araz-Naxçıvan" oyunu başlayır - CANLI

Futbol
Bu gün, 15:01

Çempionlar Liqasının 1/8 final cavab oyunları: Ssenarilər və intriqalar

Cüdo
Bu gün, 15:00

Azərbaycanın 16 yeniyetmə qız cüdoçusu Türingiya Kubokunda mübarizə aparacaq

Futbol
Bu gün, 14:40

Fənərbaxça Yuventusun hücumçusu Duşan Vlahoviçlə maraqlanır

Futbol
Bu gün, 14:36

Ramin Musayevdən "Neftçi" ilə bağlı xatirələr və tövsiyələr

Futbol
Bu gün, 14:31

ÇSKA-nın Krasnodardan səhər uçuşu dron hücumuna görə gecikib

Futbol
Bu gün, 14:30

"Şamaxı" - "Araz-Naxçıvan" Oyunu Öncesi Heyətlər və Gözləntilər

Futbol
Bu gün, 14:27

"Şamaxı" - "Araz-Naxçıvan": START HEYƏTLƏRİ VƏ OYUN HAQQINDA MƏLUMAT

Formula 1
Bu gün, 14:21

"Uilyams"ın Çəki Problemi: "Bikini Əməliyyatı" ilə Mövqeyi Bərpa Etmək Cəhdi

Futbol
Bu gün, 14:20

"Trabzonspor" Krist İnao Uali üçün 50 milyon avro tələb edir

Futbol
Bu gün, 14:00

Ramin Musayev "Neftçi"nin 89 illiyi və klubdakı iş prinsipləri haqqında danışıb

Digər
Bu gün, 13:56

Dadaş Dadaşbəyli ikinci dəfə idman səfiri seçilməsindən danışıb

Futbol
Bu gün, 13:49

Misli Premyer Liqası, XXV tur: Oyunların təyinatları açıqlandı

Digər
Bu gün, 13:43

Rusiyalı badmintonçular Avropa çempionatından kənarda qalıb

Futbol
Bu gün, 13:41

Misli Premyer Liqasının 25-ci turunun oyunlarına təyinatlar açıqlanıb

Futbol
Bu gün, 13:36

"Bayern" qapıçı qıtlığı ilə üzləşib: Çempionlar Liqasında rekord qırıla bilər

Güləş
Bu gün, 13:34

Vüqar Şükürov: Avropa ölkələri yarış təşkilatçılığında Azərbaycana çata bilmir

Futbol
Bu gün, 13:30

Yuri Vernidub: "Neftçi"də liderlərlə xal fərqini azaltdıq və mübarizə aparırıq

Futbol
Bu gün, 13:25

İslam Kərimov: "Bakı Kuboku" uşaq futbolunun inkişafına xidmət edir

Futbol
Bu gün, 13:19

Kasper Şmeyxel karyerasını bitirə bilər

Oxşar xəbərlər