top
İranlı futbolçuların Avstraliyada sığınacaq istəməsi: Bir oyunçu fikrini dəyişdi, digərləri təhlükəsiz yerlərə köçürüldü Idman.biz
11 mart 2026, 16:33
- ↺ +

İranlı futbolçuların Avstraliyada sığınacaq istəməsi: Bir oyunçu fikrini dəyişdi, digərləri təhlükəsiz yerlərə köçürüldü

İranın qadınlardan ibarət futbol milisinin üzvlərinin Avstraliyada sığınacaq istəməsi ilə bağlı dramatik hadisələr davam edir. Avstraliyanın daxili işlər naziri Toni Burk ölkə parlamentinə müraciətində komandanın yeddi üzvünə sığınacaq verildiyini təsdiqləsə də, onlardan birinin son anda qərarını dəyişdiyini açıqlayıb.

İdman.Biz xəbər verir ki, nazirin adını açıqlamadığı futbolçu komanda yoldaşlarının məsləhəti ilə sığınacaq fikrindən daşınıb və İran səfirliyi ilə əlaqə saxlayıb.

Nazirin sözlərinə görə, bu addım digər futbolçuların təhlükəsizliyi üçün risk yaradıb:

"Səfirlik artıq hər kəsin yerini bildiyi üçün digər oyunçuları dərhal təhlükəsiz evlərdən başqa məkanlara köçürməli olduq".

İran tərəfi isə sığınacaqdan imtina edən milli futbolçunun Muhaddisə Zolfi olduğunu açıqlayıb. Bildirilib ki, Muhaddisə Avstraliya hökuməti və bəzi media qurumlarının təzyiqi altında sığınacaq üçün müraciət edibmiş və komanda yoldaşları ilə məsləhətləşdikdən sonra bu addımından peşman olub.

Hadisələr İran millisinin Asiya Kuboku matçından əvvəl dövlət himnini oxumaqdan imtina etməsindən sonra başlayıb. İran dövlət televiziyası futbolçuları "xain" adlandırsa da, ölkənin Baş Prokurorluğu və Xarici İşlər Nazirliyi onları vətənə qayıtmağa çağırıb.

Qeyd edək ki, milli komandanın üzvləri bu gün Malayziyaya çatıblar və ölkələrinə geri dönəcəklər. Onların aeroporta gəlməsi ilə gərgin anlar yaşanıb.

Birev — ev elanları, mənzil, həyət evi, torpaq, ofis | Daşınmaz əmlak platforması
Qarabağ FK

Son xəbərlər

Futbol
Bu gün, 10:43

Napoli Qavini Barselona'dan transfer etməkdə maraqlıdır

Futbol
Bu gün, 10:40

Anastasios Duvikas, Yunan hücumçusu, Çempionlar Liqasının bombardlilər siyahısında liderdir

Cüdo
Bu gün, 10:32

Bakı şəhərində U-17 cüdo birinciliyi 9-10 noyabr tarixində keçiriləcək

Digər
Bu gün, 10:28

Fərid Qayıbov Monako'da Avropa Şurasının iclasında çıxış etdi

Formula 1
Bu gün, 10:13

Alan Cons, 1980-ci il Formula-1 dünya çempionu, 80 yaşında vəfat etdi

Qarabağ FK
Bu gün, 10:00

“Neftçi” Braziliya hücumçusunu transfer etdi, “Qarabağ” yenidən Portuqaliya klubuna müraciət edir

Futbol
Bu gün, 09:49

Sabah Kapitanı Stas Pokatilov: UEFA Çempionlar Liqasında Ən Çox Qurtarış Edən İkinci Qapıçıdır

Qarabağ FK
Bu gün, 09:45

Riçard Almeyda Azərbaycana qayıtdı: Emosional paylaşımı ilə həsrətini izah etdi

Digər
Bu gün, 09:40

Kanada Rus millətinin gənclər dünyə çempionatına qatılmamasına qərar verdi

Futbol
Bu gün, 09:38

Yeddinci turun son dörd oyunu bu gün

Voleybol
Bu gün, 09:35

DH Volley Azərbaycan komandası CEV Çelenk Kubokunda növbəti oyununa çıxacaq

Basketbol
Bu gün, 09:31

LANDAU Lionsun məğlubiyyəti sonrası Erhan Toker səbəbləri açıqladı

Basketbol
Bu gün, 09:25

Murad Dikmen: Ev oyunlarını qələbə ilə bitirmək əsas məqsəddir

Futbol
Bu gün, 09:20

Devid Bekhem Manchester United'ı almağa çalışan konsorsiumun rəhbəri ola bilər

Voleybol
Bu gün, 09:13

DH Volley Azərbaycan komandası 1/32 finalında Danimarka ilə qarşılaşacaq

Futbol
Bu gün, 09:00

UEFA Avropa Liqası Dördüncü Turda 17 Oyun, Milan, Yuventus və Beşiktaş İştirak Edir

Qarabağ FK
Bu gün, 09:00

"Qarabağ"dan ayrıldı, 3 ildən sonra Kabo-Verde milli komandası tərəfindən dəvət alıb

Futbol
Bu gün, 08:50

UEFA Konfrans Liqası: Üçüncü turda 18 oyun – Trabzonspor, Ayaks, Monako və digərləri

Futbol
Bu gün, 08:40

Braziliya U‑20 matçında 54 qırmızı vərəqə və hakimin həyatı təhlükədə

Futbol
Bu gün, 08:20

ÇL: Qalatasarayın futbolçusu “həftənin oyunçusu” namizədi

Futbol
Bu gün, 08:06

“Nyukasl” klubunun futbolçuları baş məşqçinin taktik tələblərini anlamırlar

Futbol
Bu gün, 08:00

Kostanayda Tobolun oyunçusuna silahlı hücum

Futbol
Bu gün, 07:14

"Aston Villa" Unai Emery-ə yeni müqavilə təklif edir

Futbol
Bu gün, 06:13

Nikolas Pas Çempionlar Liqasının ən məhsuldar futbolçusu oldu

Oxşar xəbərlər