top
İranın cavabı Trampa: DÇ-dən İran yox, ABŞ kənarlaşdırılmalıdır! Idman.biz
13 mart 2026, 12:25
- ↺ +

İranın cavabı Trampa: DÇ-dən İran yox, ABŞ kənarlaşdırılmalıdır!

İran milli komandası ABŞ prezidenti Donald Trampın yığmanın DÇ-2026-da iştirakının "təhlükəsiz və məqsədəuyğun olmadığı" barədə fikirlərinə kəskin etirazını bildirib. İran tərəfi hesab edir ki, turnirdən kənarlaşdırılmalı olan yeganə tərəf iştirakçıların təhlükəsizliyinə zəmanət verə bilməyən ev sahibi ABŞ-dir.

İdman.Biz xəbər verir ki, İran yığmasının yaydığı rəsmi bəyanatda dünya çempionatının hər hansı şəxsə və ya ölkəyə deyil, FIFA-ya məxsus beynəlxalq tədbir olduğu vurğulanıb:

"İranın cəsur övladları meydandakı gücü və qətiyyətli qələbələri sayəsində mundiala vəsiqə qazanan ilk komandalardan biri olub. Heç kim İranı turnirdən kənarlaşdıra bilməz. Əgər kimisə kənarlaşdırmaq lazımdırsa, bu, ev sahibi adını daşıyan, lakin qlobal miqyaslı tədbirdə komandaların təhlükəsizliyini təmin edə bilməyən ölkə olmalıdır".

Keçmiş UFC döyüşçüsü Ceff Monson da ABŞ prezidenti Donald Trampın İran yığmasının DÇ-2026-da iştirakını "uyğun hesab etmədiyi" barədə fikirlərinə münasibət bildirib. Monson ABŞ-nin təhlükəsizlik bəhanəsini gülünc adlandırıb və ölkənin beynəlxalq turnirlərə ev sahibliyi etmək hüququnun əlindən alınmasını tələb edib və təşkilatçı ölkənin bütün iştirakçıların təhlükəsizliyinə zəmanət verməli olduğunu vurğulayıb:

"Bu, tamamilə absurdur. Dünya çempionatı Olimpiya Oyunlarından sonra planetin ən böyük idman hadisəsidir. Seçmə mərhələni keçib burada iştirak hüququ qazanan komandaların təhlükəsizliyinə necə zəmanət verilməyə bilər? Əgər siz təşkilatçısınızsa, oyunçuların, məşqçilərin və hər kəsin təhlükəsizliyini təmin etməyə borclusunuz. Bunu bacarmırsınızsa, deməli, ev sahibliyi hüququnuz əlinizdən alınmalıdır. İdmançılara hörmət və təhlükəsizlik mühiti yarada bilməyən heç bir ölkəyə böyük turnirlər etibar edilməməlidir. Bu, təkcə mənim yox, hər kəsin fikridir".

Qeyd edək ki, 48 komandanın iştirakı ilə tarixdə ilk dəfə genişləndirilmiş tərkibdə baş tutacaq DÇ-2026 iyunun 11-dən iyulun 19-dək keçiriləcək.

10:55

İran futbol yığmasının dünya çempionatında iştirakdan birtərəfli qaydada imtina edəcəyi təqdirdə, FIFA-nın bu ölkəyə qarşı çox ciddi cəzalar tətbiq edəcəyi gözlənilir.

İdman.Biz "RMC Sport" nəşrinə istinadla xəbər verir ki, turnirdən imtina ediləcəyi halda, FIFA İranın bütün komandalarını öz bayrağı altında keçirilən gələcək yarışlardan kənarlaşdıra bilər. Bundan əlavə, İran Futbol Federasiyası imtina tarixindən asılı olaraq 275 min avrodan (550 min AZN) 555 min avroya (1.1 milyon AZN) qədər cərimələnə bilər. Həmçinin, FIFA-nın İntizam Komitəsi komandaya qarşı əlavə idman sanksiyaları da tətbiq edə bilər.

Xatırladaq ki, bir qədər əvvəl İranın idman naziri Əhməd Donyamali "belə şəraitdə iştirak etmək imkanımız qətiyyən yoxdur" deyərək turnirdən çəkilməyə işarə etmişdi. Gərginlik fevralın 28-də ABŞ və İsrailin İrana endirdiyi raket zərbələrindən sonra pik həddə çatıb. Dünən isə ABŞ prezidenti Donald Tramp İran komandasını turnirdə görməyə şad olduqlarını, lakin onların iştirakını hazırda uyğun hesab etmədiyini bildirib.

Qeyd edək ki, ABŞ, Meksika və Kanadanın ev sahibliyi edəcəyi DÇ-2026-da İran yığması Belçika, Misir və Yeni Zelandiya ilə eyni qrupda yer alıb.

Birev — ev elanları, mənzil, həyət evi, torpaq, ofis | Daşınmaz əmlak platforması
Qarabağ FK

Son xəbərlər

Futbol
Bu gün, 04:13

Mançester Yunayteddə Əsas Namizəd Eddi Hau

Futbol
Bu gün, 03:09

Luiş Fiqu: "Mourinyo "Barselona" üçün möhtəşəm baş məşqçi olardı"

Futbol
Bu gün, 02:08

Mançester Yunayted kapitanı Bruno Fernandeşin evi Çempionlar Liqası matçı zamanı oğurluq edildi

Futbol
Bu gün, 01:29

“Arsenal” 2026-cı il dünya çempionu Aleks Baenanı transfer etmək istəyir

Futbol
Bu gün, 01:10

Klopp Bavariyanın müdafiə sistemini tam başa düşmür

Futbol
Bu gün, 00:51

PSJ, zədələnən Kvaratskheli yerinə Bayerin Ibrahim Maza transferini planlaşdırır

Futbol
Bu gün, 00:18

Levandovski “Qızıl top” namizədliyi üçün Lamin Yamal, Harry Kane və Michael Olise-ni təriflədii

Qarabağ FK
Dünən, 23:58

Premyer Liqanın IX turunda "Sabah" "Qarabağ"la, "Neftçi" isə "Turan Tovuz"la qarşılaşacaq

Futbol
Dünən, 23:39

Türkiyə Futbol Federasiyasının İntizam Komitəsi 147 klub rəhbərini 45 gün futboldan uzaqlaşdırdı

Digər
Dünən, 23:24

Azərbaycan Milli Olimpiya Komitəsinin nümayəndələri Krasnoyarskda keçirilən 14‑cü Beynəlxalq İdman Forumunda iştirak edir

Futbol
Dünən, 23:08

Barselona hələ rəsmi oyuna çıxmayan yarımmüdafiəçi Brayan Farinyasla müqaviləni uzatmaq niyyətindədir

Futbol
Dünən, 22:53

Simeone Kan İn Linin sağlamlığını qorumaq üçün matçda iştirak etməməsinə qərar verdi

Futbol
Dünən, 22:43

Bakıda keçiriləcək FIFA U-15 Dünya Çempionatı 78 ölkəyə tarix yazdıracaq

Futbol
Dünən, 22:39

Fiqu: 'Eğer birlikte oynasaydık, sol cinaha geçmeliydim'

Güləş
Dünən, 22:32

Azərbaycan Güləş Federasiyası Qazaxıstan İdman Universitetində əməkdaşlıq görüşü keçirdi

Futbol
Dünən, 22:31

Mövlən Paşayev “Şamaxı” Futbol Klubunun Strateji Müşaviri Təyin Olundu

Futbol
Dünən, 22:24

Hans-Diter Flikin El-Klasikoda Havi Espartı əsas heyətdə çəkdiyi gözləntisi

Futbol
Dünən, 22:20

Sabah Arena’da Masazır tribunası yaradılacaq

Digər
Dünən, 22:10

Messi gənc futbolçulara səsləndi: “Qazandığınızdan daha çox məğlub olacaqsınız” - VİDEO

Digər
Dünən, 22:08

Qadın futbol klubları arasında ilk dünya çempionatı ABŞ-də keçiriləcək

Digər
Dünən, 22:02

"Real" Arda Gülərlə 5 illik müqavilə imzalayıb;

Digər
Dünən, 21:56

“Sabah”da yeni transfer

Digər
Dünən, 21:55

Xaqan Əhməd ikinci qrossmeyster normasını yerinə yetirdi

Digər
Dünən, 21:44

Helmut Marko Rassellin dünya çempionu olmaq şansına inanmır

Oxşar xəbərlər