top
İran millisi Dünya Çempionatındakı bazasını ABŞ-dən Meksikaya köçürdü Idman.biz
24 may 2026, 14:48
- ↺ +

İran millisi Dünya Çempionatındakı bazasını ABŞ-dən Meksikaya köçürdü

Futbol üzrə İran millisinin FIFA Dünya Çempionatındakı baza düşərgəsi ABŞ-dən Meksikaya köçürülür.

İdman.Biz xəbər verir ki, bunu İran Futbol Federasiyasının prezidenti Mehdi Tac açıqlayıb. Onun sözlərinə görə, FIFA və turnirin rəsmi şəxsləri ilə aparılan danışıqlardan sonra komandanın Arizonadakı əvvəlki baza planının dəyişdirilməsi barədə müraciət qəbul olunub.

Mehdi Tac bildirib ki, İran millisi Meksika ilə ABŞ sərhədində, Sakit okeanın yaxınlığında yerləşən Tixuana şəhərində məskunlaşacaq:

"Dünya Çempionatında iştirak edən ölkələrin bütün baza düşərgələri FIFA tərəfindən təsdiqlənməlidir. Xoşbəxtlikdən, göndərdiyimiz sorğulardan, FIFA və Dünya Çempionatının rəsmi şəxsləri ilə keçirdiyimiz görüşlərdən sonra komandanın bazasının ABŞ-dən Meksikaya köçürülməsi barədə xahişimiz qəbul edildi".

İran tərəfi bu addımı viza və logistika ilə bağlı mümkün çətinliklərin azaldılması ilə izah edir. Mehdi Tacın sözlərinə görə, Tixuana Los-Ancelesdə keçiriləcək oyunlara daha yaxın məsafədə yerləşir və komandanın Meksikaya birbaşa İran Hava Yolları ilə səfər etməsi də mümkün ola bilər.

İran millisi G qrupunda Yeni Zelandiya, Belçika və Misir yığmaları ilə mübarizə aparacaq. Komanda ilk iki oyununu Los-Ancelesdə keçirəcək: 15 iyunda Yeni Zelandiya, 21 iyunda isə Belçika ilə qarşılaşacaq. İran millisi qrupdakı son matçında 26 iyunda Sietldə Misirlə üz-üzə gələcək.

Qeyd edək ki, FIFA Dünya Çempionatı 11 iyun - 19 iyul tarixlərində ABŞ, Meksika və Kanadada təşkil olunacaq. Turnirdə ilk dəfə 48 komanda iştirak edəcək.

Birev — ev elanları, mənzil, həyət evi, torpaq, ofis | Daşınmaz əmlak platforması
Qarabağ FK

Son xəbərlər

Futbol
Bu gün, 07:09

İnter, Milan qarşısında məğlubiyyətlərlə səkkiz oyuna çatdı

Futbol
Bu gün, 06:13

Barcelona baş məşqçisi Hans-Dieter Flik 100-cü qələbəsini qazandı, Luis Enrikenin rekordunu keçə bilmədi

Futbol
Bu gün, 05:18

Harri Keyn ilk 13 oyunda ötən mövsümün asist göstəricisini keçdi

Futbol
Bu gün, 04:13

PSJ yeni üçüncü formasını Roma qarşılaşmasında nümayiş etdirə bilər

Futbol
Bu gün, 03:21

De Dzerbi Kristal Palas qalibiyyətindən sonra məmnunluğunu, amma daha çox qol vura biləcək ehtiyacı vurğuladı

Futbol
Bu gün, 01:58

Trua 2:0 Le-Manı məğlub etdi

Futbol
Bu gün, 01:38

“Real Madrid” futbolçusunun evinə “El Clasico” zamanı 350 min avrodan artıq dəyərində oğurluq

Digər
Bu gün, 01:20

Bakı noyabrın 23‑29‑da qreppling, pankration və həvəskar MMA dünya çempionatlarına ev sahibliyi edəcək

Futbol
Bu gün, 00:43

Bukovina ilə Livıy Bereq arasındakı matç hava hücumu təhlükəsi səbəbindən dayandırıldı

Futbol
Bu gün, 00:38

Cəlal qol vurdu, “Petrolul” evdə xal qazandı

Güləş
Bu gün, 00:26

Arseniy Djioyev: “Ümid edirəm ki, Azərbaycan bayrağı birinci yerdə olacaq”

Futbol
Bu gün, 00:21

Real Madrid müdafiəçisinin evində 350 min avro dəyərində əşyalar oğurlandı

Futbol
Bu gün, 00:12

Manchester United Karrikin gələcəyinə dair qərarı noyabr fasiləsinə qədər təxirə saldı

Futbol
Dünən, 23:55

Simeone La Liqasında ən çox qalib gələn məşqçi rekordunu yenilədi

Futbol
Dünən, 22:53

Rüfat Abdullazadə iştirak etdi, komandası 1:1 heç-heçə ilə tamamladı

Futbol
Dünən, 22:46

Murad Məmmədov Pafos üçün məğlubiyyətdən xilas oldu

Cüdo
Dünən, 22:39

İki Azərbaycan cüdoçusu U-23 Avropa çempionu

Futbol
Dünən, 22:38

Mourinyo yeddi günə üç matç tənqid etdi

Futbol
Dünən, 22:24

Rüfət Abdullazadənin komandası 1:1 nəticəni son anda bərabərlədi

Futbol
Dünən, 22:15

Spalletti: "Napoli qarşısında qələbə üçün rəqiblərdən daha çox istəmək lazımdır"

Olimpiada
Dünən, 21:59

Dakar 2026‑da Azərbaycan üzgüçüsü Süleyman İsmayılzadənin 800 m sərbəst üzmə yarışı ləğv edildi – məşqçinin etirazı

Futbol
Dünən, 21:48

Maykl Karrik Çelsiyə 0:2 məğlubiyyətdəki üç əsas səbəbi izah etdi

Futbol
Dünən, 21:01

"Sabah" klubu "Barselona" ilə UEFA Çempionlar Liqası matçı üçün hazırlanır

Qarabağ FK
Dünən, 20:45

Yeton Bekiri: "Qarabağ"la 0:0 hesablı heç-heçədə komandamdan razıyam, 1 xala layiq idi"

Oxşar xəbərlər