İran milli komandasının kapitanı və lideri Mehdi Taremi qrup mərhələsində Yeni Zelandiya ilə oyundan əvvəl danışıb. Sport24.az xəbər verir ki, bu barədə ESPN məlumat yayıb:
"Mətbuat konfransında heç kim mənə futbolla bağlı sual vermədi... Amma sabah əla komandaya, Yeni Zelandiya qarşı oynayacağıq. Ümid edirəm ki, yaxşı oyun olacaq. Siyasətə gəldikdə isə, siyasi mətbuat konfransları üçün jurnalistlər başqa şəhərlərə getməlidirlər. Yeni Zelandiyaya böyük hörmətimiz var və matçın yaxşı olmasını istəyirik".
Qeyd edək ki, İran - Yeni Zelandiya matçı iyunun 15-dən 16-na keçən gecə, Bakı vaxtı ilə saat 05:00-da start götürəcək.