İran çempionatında çıxış edən bir neçə özbək futbolçu regionda vəziyyətin gərginləşməsi fonunda bu ölkəni tərk ediblər.
İdman.Biz bu barədə Özbəkistan KİV-ə istinadən məlumat yayıb.
Məlumata görə, bəzi oyunçular artıq digər dövlətlərə yollanıblar. Futbolçulardan bir qismi isə vətəni Özbəkistana qayıdıb.
Qeyd olunur ki, qərar bölgədəki hərbi eskalasiyanın fonunda təhlükəsizlik səbəbilə qəbul edilib.